Страницы

30.03.2013

Berezovski müəmması davam edir- siyasi qətl ya təbii ölüm?

«Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub»

Ukrayna kəşfiyyatının zabiti isə rusiyalı oliqarxın ölmədiyini iddia edir

Martın 23-də Britaniyadakı malikanəsində dünyasını dəyişən rusiyalı iş adamı Boris Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub. APA-nın xəbərinə görə, bu barədə “Sky News” müstəntiq Mark Bissellə istinadən məlumat yayıb. Həmin ipin bir parçası isə vanna otağındakı dəmirin üzərində tapılıb.
M.Bissell bu faktları şübhəli qəfil ölümləri araşdıran məhkəməyə ifadəsində deyib. Ekspertiza B.Berezovskinin ölüm səbəbi kimi asılma halını qeyd edib.

Müstəntiq B.Berezovskinin evindəki axtarışların daha bir neçə gün davam edəcəyini söyləyib.
“The Guardian” qəzeti isə yazıb ki, B.Berezovskinin meyiti müayinə edilərkən onun qabırğasının sındığı məlum olub. Qalmaqallı oliqarxın keçmiş həyat yoldaşı Qalina Başarova Berezovskinin cəsədinin yarılmasıyla bağlı mətbuata sızdırdığı xəbərdə biznesmenin ölməmişdən əvvəl qabırğalarından birinin qırıldığını bildirib.
Lakin meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Londonda mühacir həyatı yaşayan rusiyalı oliqarxın ölümü ilə bağlı başqa bir iddia da irəli sürülüb. Rusiyada Putinin hakimiyyətə gəlməsində mühüm rol oynamasına baxmayaraq, sonradan Kreml rəhbərinə qarşı sərt müxalif mövqeyilə tanınan Berezovskinin ölümünə dair yeni şok iddia Ukraynadan gəlib. Ukrayna kəşfiyyatının zabiti Nikolay Melniçenko Berezovskinin əslində, ölmədiyini, bütün bu baş verənlərin oliqarxın gizlənməsi üçün uydurulduğunu iddia edir.
Qeyd edək ki, Melniçenkonun adı bir zamanlar Ukrayna prezidenti Leonid Kuçmanın iş otağının dinlənməsi qalmaqalında hallanırdı.
Ingiltərə xüsusi xidmət orqanlarıyla Berezovskinin müdhiş teatr oyunu yazıb səhnələndirdiklərini iddia edən Melniçenko Kiyevdə verdiyi açıqlamasında deyib: “Bütün bu ani ölüm məsələsi ingilis xüsusi xidmət orqanıyla Berezovski arasında əldə olunmuş razılaşmaya oxşayır. Berezovski ölü elan olunacaq və bir müddət gizli həyat sürəcək. Sabah, ya da o birisi gün Rusiyada ortaya çıxsa, kimsə heyrətlənməsin. Söylədiklərimin doğru olub-olmadığı Berezovskinin cəsədinin dəfn olunmaq üçün Rusiyaya göndərilib-göndərilməyəcəyinə qərar verildiyi zaman bilinəcək. Oliqarxın cəsədi Rusiyaya göndərilməsə, o zaman söylədiklərimin doğru olmaq ehtimalı artacaq”.

teref.info

Комментариев нет:

Отправить комментарий