Страницы

24.03.2013

Cənubda iudey zülmü

 Kamran Bağırovun respublikaya rəhbər təyin edilməsilə Azərbaycanda bir qrup naxçıvanlı və ermənistanlıların tüğyan etmə dövrü başlandı. Respublikada hakimiyyət bilavasitə kürd mənşəli və onlarla bağlı kadrların əlinə keçdi. Bu kadrları arasında İsa Məmmədov özbaşına əməllərilə xüsusilə fərqlənirdi. İsa Məmmədovun əsli Ermənistanın Əzizbəyov rasyonunun Horis kəndindəndir. Sonradan ailəsi Naxçıvanın Şərur rayonunun Atralıq kəndinə köçmüşlər. Milliyyətcə yezidi kürdüdür, arvadı isə (Katirina Stepanovna) ermənidir. İsa Məmmədovun respublikanın Cənub bölgəsində törətdiyi fəsadlar barədə Nadir Ağayev “Fəlakətlərimizin baiskarı” kitabında geniş məlumat vermişdir.
 Qərb klanı qiyabi filoloq təhsili almış bu adamı Lənkəran şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsinə təyin etməklə bərabər, ona Cənub bölgəsinin şefi olmaq səlahiyyəti vermişdi. Həmçinin İ.Məmmədov da heç nəyi gizlətmədən ictimaiyyət arasında açıq-açığına deyirdi ki, Cənub bölgəsinnin şefi vəzifəsi ona həvalə olunub. Mərkəzi Komitədə Cənub bölgəsinin məsələlərini həll edərkən ancaq onun fikirləri əsas götürülürdü. Baxmayaraq ki, İ.Məmmədov yeganə filoloq təhsili almışdı və heç bir təsərrüfatçılıqla məşğul olmamışdı, lakin Cənub bölgəsinin kadr, kənd təsərrüfatı, nəqliyyat, tikinti, sənaye, təchizat məsələlərini bütünlüklə “istəsəm edərəm, istəsəm etmərəm və istəsəm verərəm, istəsəm vermərəm” prinsipinə əsasən həll edirdi. Qonşu rayonların rayon partiya komitələrinin 1-ci katibləri də vəzifələrində qalmaq xatirinə, məcburiyyət qarşısında bütün məsələləri onunla razılaşmalı idilər.
 Təsərrüfat və partiya işlərindən qətiyyən başı çıxmadığına baxmayaraq, o münbit subtropik bitki sahələrini hökmdar səyilə adi tərəvəz bazasına çevirdi. Çay üçün yararlı nadir torpaqlarda kələm, pomidor və xiyar əkdirdi, torpağa hədsiz dərəcədə kimyəvi zəhərli maddələr və şora tökdürdü. Dövlət vəsaitindən israfçılıqla istifadə edərək su hövzəsi sahilində, Qızılağac qoruğunda rütbəli qonaqların ov etmələri və dincəlib kef çəkmələri üçün evlər tikdirməklə bərabər, tez-tez təntənəli yığıncaqlar və dəbdəbəli qəbullar keçirirdi. Bu qonaqlıqlar zamanı yüksək vəzifəli qonaqların yanında əyləşərək ətraf rayonların partiya komitələrinin katiblərini farağat vəziyyətində müntəzir dayanıb, özünün şıltaq əməllərini yerinə yetirməyə vadar edərdi.
 Hakimiyyəti ələ keçirmiş kürd klanı, göstərişlərinə sadiq olan bu adamının “nailiyyətlərini” nəzərə alıb onu yüksəklərə qaldıraraq, Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi kürsüsündə əyləşdirdi. Bu filoloqun bilavasitə rəhbərliyi ilə Azərbaycan SSR şərab anbarına çevrildi, kənd təsərrüfatında rəqəmlər fantastik dərəcədə şişirdildi, olmayan pambıq istehsalını ildə 1 milyon tona qaldırmağa nail oldu. Özü də son zirvəyə çatdı- Sosialist Əməyi Qəhrəmanı oldu. Cənub bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları da bilavasitə onun göstərişlərinin icraçısı oldu, saysız-hesabsız təmiz adamlara cürbəcür böhtan və şər atıb, ləkələyib damğaladılar.
 Respublikanın Cənub zonasında öz quzğun əməllərilə məşhurlaşmış, vaxtilə kürd klanının Cənub zonasına şef təyin etdiyi İsa Məmmədovun qəzəbinə tuş gəlmiş adamlardan ikisi barədə məlumat verməyi məqsədəuyğun sayırıq. Onlardan biri Lerik Rayon Partiya Komitəsinin sabiq birinci katibi Babəli Ağayev, o biri isə Lənkaran Şəhər Pedaqoji texnikumunun sabiq direktoru Hacı Hüseynbəylidir.
 Babəli Ağayev Lerikdə anadan olmuşdu, uşaq evində böyümüşdü, nə adlı-sanlı qohumları, nə də hakimiyyətdəkilərlə əlaqələri vardı. Respublikanın keçmiş rəhbərliyi dövründə o, öz savadı, bacarığı və rəhbərçilik qabiliyyətinə görə pillə-pillə yüksəlıb, əvvəl Biləsuvar (keçmiş Puşkin) Rayon Partiya Komitəsinin, sonra da öz doğma rayonu olan Lerik rayonunun birinci katibi olmuşdu. Tanrıdan razı idi: bir oğlu vardı, bir qızı.
 B.Ağayev buyruq qulu roluna yaramırdı. Zonanın şefinin və onun hamisinin şərəfinə riyakarlıqla dolu badə qaldırmırdı, vəzifəli qonaqlar qarşısında baş əymir, alçalmırdı. Çətinliklə böyümüş, aza qane olan bu adam həyatda öz vəzifəsini ancaq işləməkdə görürdü. Bu xarakteri zonanın şefi İ.Məmmədovu özündən çıxarıb onu qane etmirdi.
Ailədə isə onu narahat edən məsələ həyat yoldaşının xəstəliyi idi. Onda hipertoniya vardı, dağ rayonunda uzun müddət yaşaması xəstənin vəziyyətini ağırlaşdırırdı. Buna görə də B.Ağayev MK-ya dəfələrlə müraciət edərək hər hansı bir başqa rayona keçirilməsini xahiş eləmişdi.
 80-ci ilin sonunda Azərbaycan KP MK-nın 2-ci katibi Y.Puqaçov B.Ağayevi yazdığı ərizələrlə əlaqədar MK-ya çağırır və ona deyir ki, xahişin təmin olunacaq- əvvəllər işlədiyin Biləsuvar rayonuna keçirilmək məsələsi MK-nın bürosuna çıxarılır. B.Ağayev Y.Puqaçovun kabinetindən sevincək çıxarkən dəhlizdə İ.Məmmədovla rastlaşır. Zonanın şefi ondan xəbərsiz B.Ağayevin MK-nın 2-ci katibi ilə görüşməsinə təəccüblənir. Yalan danışmağa alışmamış B.Ağayev İ.Məmmədovun sualına cavab olaraq deyir ki, onu Biləsuvar rayonuna göndərirlər. İ.Məmmədov isə deyir ki, onu görməyəcəksən…
 Belə də oldu. B.Ağayev Lerik rayonunda işləri təhvil verdi, amma onu Biləsuvar rayonuna keçirmədilər. İ.Məmmədov isə 80-ci ilin axırında Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi oldu. Həmin vaxtdan da B.Ağayevin partiya xəttilə yüksəlişinə nəinki son qoyuldu, hətta o geri addımlamalı oldu. Çox əzab-əziyyətdən sonra B.Ağayev Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin kadrlar şöbəsinə göndərilir. Lakin hakim klanın adamları burada da ona sakit işləməyə imkan vermirlər. Yuxarıdan ona göstəriş verilir ki, Moskvaya göndərmək üçün orada şərab zavodunun direktoru işləyən Məmmədzadəyə saxta xasiyyətnamə yazsın. Moskvanın Bauman Rayon Partiya Komitəsi tərəfindən isə Məmmədzadəyə töhmət elan edilmişdi. B.Ağayev saxta xasiyyətnamə yazmağa etiraz edir. Sən demə, o da İsa Məmmədovun adamı imiş.
 Kürd klanı bu cür işləri bağışlamır. B.Ağayev haqqında vaxtilə yoxlanılmış və təsdiq edilməmiş imzasız məktub təcili surətdə üzə çıxarılır. İmzasız məktub əsasında B.Ağayevə qarşı abad qonaq otağı tikdirməkdə, su çənindən şəxsi məqsədlər üçün istifadə etməkdə, qızı Nilufərin qanunsuz olaraq qızıl medal alıb və cəmi bir imtahan verməklə Tibb İnstitutuna girməsində və Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) 5-ci kurs tələbəsi olan oğlu Hamletin beş il əvvəl qəbul imtahanları zamanı şifahi fənlər üzrə qiymətlərinin artırılması ilə bağlı saxta ittihamlar ortaya çıxır. Bu ittihamların tərtib olunması, belə işlərdə özünə məxsus böyük professionallığı ilə fərqlənən, xuntanın sadiq qulu olan, o dövrdə respublikanın saysız-hesabsız pak, vicdanlı, savadlı və bacarıqlı ziyalılarının ləkələnib, damğalanmasında müstəsna rolu olmuş Xalq Nəzarət Komitəsi sədrinin müavini Salman Cəfərova həvalə olunur. Bu əsassız ittihamlar sübuta yetməmiş B.Ağayevin uşaqlarının ikisi də ali məktəbdən xaric edilməklə bərabər, qızı Nilufərin əlaçı attestatı və qızıl medalı ləğv olunub geri alınır. B.Ağayevin özü isə işdən azad olunmaqla bərabər, partiyadan da xaric edilir.
 Nəhayət, S.Cəfərovun böyük məharətlə saxtalaşdırdığı bu iş lazımi cəza tədbiri görülməsi üçün Lənkəran Şəhər Prokurorluğuna göndərilir və burada vəzifə səlahiyyətindən sui-istifadə etmək adı altında B.Ağayevə qarşı CM-nin 167-ci maddəsinə əsasən cinayət işi qaldırılır. Aparılan istintaqın nəticəsi göstərir ki, B.Ağayev Cənub zonasının şefi İ.Məmmədov kimi dövlət vəsaiti hesabına rütbəli adamlar qəbul etmək üçün möhtəşəm qonaq evi deyil, sahəsi 7 kvadrat metr, dəyəri 700 manat olan qarovulçu üçün evcik tikdiribmiş. B.Ağayev Lerik rayonundan gedəndən sonra Biləsuvar rayonunda onun yaxın qohumu rəhmətə gedir. Bundan xəbər tutan leriklilər orada su qıtlığını nəzərə alıb, yas məclisinə hesabdan silinmiş süd maşınının çənində su aparıb və mərhumun yeddisindən sonra yenə də geri qaytarıblar.
 B.Ağayevin uşaqları ilə bağlı SSRİ Maarif Nazirliyinin ona göndərdiyi məktubda yazılıb: “Bizim xahişimizlə A.M.Qorki adına Ədəbiyyat İnstitutu qızının işini təhlil edərək bu rəyə gəlmişdir ki, onun qiymətləndirilməsinə qeyri-obyektiv və qərəzli münasibət bəslənilmişdir. Bu barədə Azərbaycan SSR Maarif Nazirliyinə məlumat verilmişdir. SSRİ maarif nazirinin müavini Ştikalonun imzası ilə respublika maarif nazirinə göndərilmiş məktubda kollegiyanın qərarını səhv qərar kimi ləğv etmək, N.B.Ağayeva yoldaşın əlaçı attestatını və qızıl medalını qaytarmaq təklif olunmuşdur…”
 Komissiyanın adlı-sanlı üzvlərindən biri, SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə təcrüməçi İqor Paçenyev isə öz rəyində qeyd etmişdir: “Bu, uşağın öldürülməsinə bərabərdir”.
 Üç illik süründürməçilikdən, əziyyətlərdən və zülmdən sonra Lənkaran Şəhər Prokurorluğu B.Ağayevə qarşı qaldırılmış cinayət işinə xitam verdi. Gündən-günə azğınlaşan banda isə SSRİ Maarif Nazirliyinin rəyinə heç bir məhəl qoymur. B.Ağayevin qızı Nilufər ali məktəbə daxil olmaq üçün üç ildən sonra yenidən imtahan verib, bütün fənlərdən əla qiymət alaraq Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinin tələbəsi oldu. SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin xahişilə Xarkov Universitetinin rektorluğu B.Ağayevin oğlu Hamleti 5-ci kursa qəbul etməyə hazır olduğunu bildirdi.
Baxmayaraq ki, Lənkəran Şəhər Prokurorluğu 1983-cü ildə B.Ağayevin işinə xitam vermişdi, lakin bu işlə əlaqədar çıxarılan qərarı, qanuna müvafiq olaraq ona təqdim etmirdi. Çox çətinliklə üç il sonra, 1986-cı ildə B.Ağayev Lənkaran Şəhər Prokurorluğunun qərarını alıb, istəyir ki, partiyaya bərpa olunsun. Ona deyilir ki, cinayət işi az əhəmiyyətli olduğu üçün xitam olunduğuna görə, siz partiyaya bərpa oluna bilməzsiniz. Bax, kürd klanı insanın belini belə qırır. Prokurorluq çıxardığı qərarın surətini ona vermir.
B.Ağayev 1986-cı ildə SSRİ Prokurorluğu vasitəsilə əməllərində cinayət tərkibi olmadığına görə bəraət alır. Nəhayət, 6 ildən artıq keçən əziyyətdən, zülmdən sonra B.Ağayev şəbəkənin torundan çıxıb, təmizlənib pak oldu. Amma bu mübarizədə nə qədər qüvvəsi getdi. Üstəlik cansağlığı… Uşaqların əzab-əziyyətinə dözməyən ana vəfat etdi. Klan isə B.Ağayevə qarşı hələ uzun müddət öz dəyirman daşını işlətməkdə davam etdi.
 İsa Məmmədovun qəzəbinə tuş gələn Lənkəran Pedaqoji texnikumunun sabiq direktoru Hacı Hüseynbəylinin taleyi də çox acınacaqlı olmuşdur. 1971-ci ilin payızında İ.Məmmədov H.Hüseynbəylini çağırıb deyir ki, məhsul bayramı keçirilməsilə bağlı Bakıya 150 qız uşağının göndərilməsini təşkil etməlisən. H.Hüseynbəyli isə deyir ki, texnikumda cəmi 96 qız uşağı oxuyur. Lənkaran zonasının əhalisi isə islami dəyərlərə çox bağlıdır. Əksəriyyətinin valideyni buna razılıq verməyəcək. Ona görə də 150 qız uşağını Bakıya göndərmək heç cür mümkün olmayacaq.
 Hüseynbəylinin cavabı İ.Məmmsədovun xoşuna gəlmir. Ona görə də onun H.Hüseynbəyliyə qarşı münasibəti dəyişir.
 Bir neçə gün sonra İ.Məmmədov yenidən H.Hüseynbəylini çağırıb deyir ki, Bakıda ali məktəblərə qəbul imtahanlarından kəsilmiş iki qız uşağını texnikuma qəbul etsin. H.Hüseynbəyli deyir ki, texnikuma qəbul imtahanları avqust ayında olub. Artıq indi sentyabrın sonudur. Tələbələr oxuyur. Bunun üçün gərək mən qəbul imtahanı götürən müəllimlərə ağız açım. Köhnə tarixlə onlara qiymətlər qoyulsun. Sabah bu məsələnin üstü açıla bilər. Bu cinayətdir. Ona görə indi mən bunu edə bilmərəm. Gələn il isə qəbul imtahanları vaxtı nə qədər adam desəniz götürərəm. İ.Məmmədov isə deyir, sən qorxma götür. Kim hara şikayət etsə, mənim üstümə gələcək. Bu bölgədə məndən böyük adam yoxdur. Şikayət edənin cəzasını mən özüm verərəm. H.Hüseynbəyli belə bir məsuliyyəti öz boynuna götürmür. Bununla da hər şey bitir.
 Həmin dövrdə Lənkəran şəhərində qarın yatalağı xəstəliyi epidemiya şəklində yayılmışdı. Təsadüfən H.Hüseynbəyli də bu infeksion xəstəliyə düçar olub, xəstəxanaya düşür. H.Hüseynbəyli xəstəxanada olduğu dövrdə Ali və Orta Ixtisas Təhsil Nazirinin müavini S.Mustafayevin əmrilə işdən azad olunur. Qanuna müvafiq olaraq isə, H.Hüseynbəyli öz iştirakı olmaqla ancaq nazirliyin kollegiyasının qərarı ilə vəzifəsindən azad oluna bilərdi. Bir müddət keçdikdən sonra H.Hüseynbəyli bilir ki, bu işin arxasında İ.Məmmədov durub, ona görə də istəmir ki, nazirliklə münasibəti pozulsun. Xahiş edir ki, əmək kitabçasını versinlər. O da gedib müəllimliyin etsin. Nazirlikdə ona deyirlər ki, keçmiş tarixə öz xahişinlə işdən azad olunma barədə ərizə yaz, əmək kitabçanı verək. H.Hüseynbəyli isə bu şərtlə razılaşmadığına görə, onun əmək kitabçasını vermirlər. O bir ilə qədər nazirliyə gedib-gəlir, əmək kitabçasını vermirlər ki, vermirlər. Son mərhələdə deyirlər ki, İ.Məmmədov özü sənə iş verəcək. Əmək kitabçanı da yeni iş yerinə göndərəcəyik. Lakin İ.Məmmədovdan iş barədə heç bir xəbər olmur. Nəhayət, respublika Həmkarlar Ittifaqı işə qarışandan sonra H.Hüseynbəyliyə deyirlər ki, əmək kitabçan itib. Ona yeni əmək kitabçası verilir. İ.Məmmədovun qorxusundan nə maarif şöbəsi ona iş verir, nə də ki məktəb direktorları işə götürürlər. Vəziyyəti belə görən H.Hüseynbəyli ardıcıl olaraq yuxarı instansiyalara şikayət ərizələri göndərir. Bir gün axşamüstü İ.Məmmədov H.Hüseynbəylini çağırtdırır. Kabinetində özündən başqa şəhər milis idarəsinin rəis müavini, onun həmyerlisi İnşallah Əsədov da olur. İ.Məmmədov H.Hüseynbəylini təhqir edib deyir ki, niyə ora-bura şikayət edirsən? O da deyir ki, mənim 6 məktəbli qızım, yoldaşım və bir də qoca atam var. Hamısını da dolandıran mənəm. Artıq üç ilə yaxındır ki, işləmirəm. Bəs mən ailəmi nə ilə dolandırmalıyam? Bu vaxt İ.Məmmədov H.Hüseynbəylini şəxsiyyətinə toxunan nalayiq söyüşlə təhqir edir. Bu söyüşə dözməyən H.Hüseyunbəyli yerindən ayağa durur. O ayağa duran kimi İ.Məmmədovla İ.Əsədov hərəsi bir tərəfdən düşürlər H.Hüseynbəylinin üstünə. Onu kefləri istədiyi kimi vəhşicəsinə döyürlər. Bu vurhavurda H.Hüseynbəylinin qabırğalarına, onurğa sütununa xəsarət yetirilməklə bərabər, sol qolu da sınır. Bütün bunların hamısı Lənkaran Şəhər Partiya Komitəsinin 1-ci katibi İsa Məmmədovun kabinetində axşam baş verir. Və üstəlik də İ.Məmmədov H.Hüseynbəylini ciddi şəkildə hədə ilə xəbərdar edir ki, bir yerə şikayət etsən və rayondan çıxsan, onda özünü ölmüş bil.
H.Hüseynbəyli həmin gecəni səhərə qədər ağrılardan yata bilmir. Səhər həkimə müraciət edir. Həkim onun belə vəziyyətini görüb, nə baş verdiyini soruşur. O deyir ki, ağacdan yıxılmışam. Həkim deyir, bu ağacdan yıxılmağa oxşamır. Sonra o, baş vermiş hadisəni və İ.Məmmədovun xəbərdarlığını həkimə söyləyir. Həkim deyir ki, mən səni müalicə edirəm, ancaq İ.Məmmədov bu barədə bilməməlidir. Həkim onun sol qolunu gipsə salmaqla bərabər, müalicə üçün lazımi dərmanlar da yazır.
 Bir müddət keçdikdən sonra H.Hüseynbəylinin bədənində ağrılar azalır. O, Lənkərandan Bakıya gəlir, Bakıdan da Moskvaya gedir ki, Sov.İKP MK-da qəbulda olub, kommunist İ.Məmmədovun xuliqanlıq əməlləri barədə məlumat versin. H.Hüseynbəyli qəbulda olub, şikayət ərizəsi verir və ərizəsinə cavab gözləyir. Növbəti dəfə o, Sov.İKP MK-nın qəbul otağına gəlib, daxili telefonla zəng vurub ərizəsinin cavabını öyrənmək istəyəndə, Bakıdan onun ardınca göndərilmiş 6 nəfər orqan əməkdaşı (biri H.Hüseynbəylini tanıyan, əsli lənkaranlı olub Bakıda işləyən Şəmsəddin Hüseynov olur) onu həbs edib, Moskvada milis idarəsinə təhvil verirlər. Sonra onu etapla (məhbus vaqonu ilə) Bakıya göndərirlətr. Məlum olur ki, Sov.İKP MK-dan Azərbaycan KP MK-ya xəbər edirlər ki, H.Hüseynbəyli adlı bir nəfər Lənkaran Şəhər PK birinci katibi İ.Məmmədovun onu öz kabinetində vəhşicəsinə döyüb, xəsarət yetirməsindən şikayət edir. Bu barədə təcili olaraq İ.Məmmədovu xəbərdar edirlər. Təcili “tədbir” görülür: guya H.Hüseynbəyli qonşu davası edib, Moskvaya qaçıb. Ona qarşı CM-nin 106-cı maddəsinə əsasən cinayət işi açılıb, axtarış elan edilir və yuxarıda deyilən 6 nəfər orqan əməkdaşı təcili olaraq Moskvaya ezam olunur.
 CM-nin 106-cı maddəsinə əsasən 6 aya qədər cəza müddəti kəsilə bilər və yaxud da cərimə oluna bilər. Belə bir “cinayətə” görə axtarış elan etmək və təcili olaraq Moskvaya 6 nəfər orqan əməkdaşını ezam etmək nəyə lazım idi?..
 Bu saxtalaşdırılmış işə görə Lənkaran Şəhər Məhkəməsi H.Hüseynbəyliyə 6 ay cəza müddəti kəsir. O dövrün qanunlarına müvafiq olaraq həbsxanada 45 gün saxlanıldıqdan sonra, H.Hüseynbəyli cəzasının qalan hissəsini -4 ay yarımını tikintidə və ya sənaye müəssisələrində məcburi əməyə- fəhlə işləməyə göndərilməli idi. Lakin onu məcburi əməyə göndərməyib, həbsxanada saxlayırlar. H.Hüseynbəyli həbs yerində olduqda isə ona qarşı yeni cinayət işi saxtalaşdırılır. Guya İ.Məmmədova böhtan atıb. Ona qarşı RSFSR CM-nin 130-cu maddəsinə əsasən cinayət işi qaldırılır. Bakının 26-lar (indiki Səbail) Rayon Məhkəməsi də bu işə “baxılarkən” H.Hüseynbəyli vəsatət qaldırır ki, mən Moskvada həbs olunmuşam, Rusiya CM-nin 130-cu maddəsinə əsasən mənə qarşı cinayət işi qaldırılıb. Qanunvericiliyə əsasən cinayət harada baş veribsə, orada da məhkəmə prosesi olmalıdır. Ona görə də mən Azərbaycan məhkəməsi qarşısında cavab verməyə qəti etiraz edirəm. Xahiş edirəm, cinayət işi baxılması üçün qanuna müvafiq olaraq Moskvaya göndərilsin. Orada da bu işə baxılsın.
 H.Hüseynbəylinin qanuni vəsatəti təmin olunmur. Eyni zamanda o da qəti olaraq məhkəməyə cavab vermir. Buna baxmayaraq, hakim RSFSR CM-nin 130-cu maddəsinə əsasən ona 4 il 6 ay cəza müddəti kəsir. Qeyd edirəm ki, RSFSR CM-nin 130-cu maddəsində 5 ilə qədər cəza müddəti nəzərdə tutulur. Azərbaycanda isə buna müvafiq CM-nin 121-ci maddəsində cəza müddəti 4 ilə qədər nəzərdə tutulmuşdur.
H.Hüseynbəyli cəza müddətini 2 il 8 ayını Azərbaycanda kalonda çəkdikdən sonra, onu cəza müddətinin qalan hissəsini Rusiyanın Həştərxan vilayətində kərpic zavodunda fəhlə işləməyə göndərirlər. O, cəzasını çəkib qurtardıqdan sonra bəraət almaq üçün əlaqədar təşkilatlara müraciət edir. Məlum olur ki, ona qarşı qaldırılmış, cəza çəkdiyi işi arxivdən yox olub- “itib”! Bununla əlaqədar SSRİ prokurorluğu tərəfindən Azərbaycan SSR prokurorluğuna iki dəfə rəsmi göstəriş (19.02.88 il № 12\679-87 və 16.05.89 il № 12\679-87) verilir ki, H.Hüseynbəyliyə qarşı çıxarılmış hökmün qanuniliyini yoxlamaq üçün cinayət işinin materiallarının bərpa olunması üçün lazımi tədbir görülsün. Lakin bunların hamısı kağız üzərində qalır, icra olunmur.
 Bütün bunlar H.Hüseynbəylinin iradəsini qıra bilmir. O 1988-ci ildən Lənkəran bölgəsində xalq hərəkatının öncülərindən biri olur. 1991-ci ildə 5 il müddətinə Lənkəran Şəhər Sovetinin deputatı seçildi. Sonra isə öz ixtisası üzrə fizika-riyaziyyat müəllimi işlədi.
***
 Millətin ac və dar çərçivəsi, gərəksiz və dəyərsiz məsələlər ətrafında baş sındırması, nəticəsi olmayan elmi tədqiqatlar aparması, maraqlı dövlətlərin xarici kəşfiyyatı üçün daha lazımlı və gərəkli hesab olunur. Araşdırma materiallarına görə təkcə ötən yüz illikdə Azərbaycanın 700 min alimi, (elmi tədqiqatlar aparan, dünya elmində söz sahibi olmaq bacarığını alanlar) məhv edilib, sıradan çıxarılıb. Uzun müddət “Kəşfiyyat statistikası”nda qapalı qalan bu rəqəm bizim üçün çox böyük rəqəmdir. Bu bizim üçün faciə olaraq qalır. Məhz belə hücumlardan sonra, millət məğlub olur... nəticədə ən qiymətli dəyərlərini itirir. Bu barədə gələcək yazılarımızda söhbət açacağıq.

nadir.info.az saytının materialları əsasında

Комментариев нет:

Отправить комментарий