Страницы

06.04.2013

Müğənni ferması

Habil Yaşar
profliqa.blogspot.com

Deyirəm bəlkə bir musiqi yarışması açaq, xod gedən tv kanalların birində. Yarışmanın adını da “Müğənni ferması” qoyaq. Məncə daha maraqlı və daha baxımlı olar. Minlərlə “istedadlı”, “gözəl səsə malik” gənclər gələ bu yarışmaya. Jüri isə xalqımızın qaymaqlarından ola. Bu isə xüsusi bir zövq qatar yarışmaya. Təsəvvür edin “istedadlı, savadlı gənclər” ulduz olmaq üçün bu yarışmaya canla-başla axın edir və valideynlər də övladlarının tvdə göstəriləcəyindən, məhşur olacağından dolayı o qədər sevinir ki...Nədi-nədi uşaqları sayılıb-seçilməyənlər arasında bəlkə “sayılıb seçiləcəklər”. Smslərin həll edəcəyi qərarlarla övladlarının sanki bir düha olduqlarına özlərini inandıracaqlar... O smslər ki, ora gələnlər özləri-özlərinə səs verirlər.
Sanki elə ilk addımdan özlərini aldatdıqlarını duysalar da sonucda nə olur-olsun təki birinci olum yada heç olmasa müəyyən şöhrətim olsun. Ən azından bəlkə toya-zada gedib beş-on manat qazanam. (daha doğrusu dilənəm).
Bax belə “Müğənni ferması” adlı “əsl musiqi yarışması” reytinqlər qırmağa başlayacaq və sanki yer-yerindən oynayacaq. Kimlərə görəsə bu yarışma əsl sənətkarların üzə çıxmasında əvəzsiz rol oynayacaq...
İlahi mənən kor olanların sonu hara gedir belə görəsən? Özlərini hətta dahi kimi hiss etmələri qalıb bircə. Daha anlamırlar ki, müğənni olsa-olsa yenə də müğənnidir, axı müğnnidən heç zaman dahi ola bilməz.... Nə isə onsuz da anlamayacaqlar, çunki onların anlama qabiliyyətləri yoxa çıxıb daha geri qayıda bilməz. Sonda sözüm ondadı ki, ey gənclik bu boş-boş yarışmalara, realiti şoulara baş qoşmayın. Bir millətin ayaq üstə durması onun elmli, zəkalı, mədəniyyətli olması ilə bağlıdır. Daha belə mənasız şeylərlə inkişaf olmaz və ola da bilməz. Elə isə aldanmayın, oyanın ey yatmımlar....Oyanın ki, sabahlarınız xeyrli açılsın...

Комментариев нет:

Отправить комментарий