Страницы

12.04.2013

Haqq nədir?

Anar Sadıllı

Bu gün çoxları haqqdan danışır, amma haqqın nə olduğunu bilmir. Əgər kimlərəsə “haqq nədir? kimdir?” sualını versən, onların əksəriyyəti ozünün haqq olduğunu deyər.
Görəsən haqq nədir? Yoxsa söz yazan, hər hansı bir fikir söyləyən və dediyinin doğruluğunu sübut etməyə çalışan kimsə haqqdır? Elə insanlar var ki, onlar islamdan danışır, amma baxırsan ki, yazısı islamdır, özü isə ayrı əməlin sahibidir. Cəmiyyətimizdə coxları var ki, “haqq elə gəldi, batil belə getdi” deyir. Bü gün haqqdan danışan hər haqqsıza aldanmayın. Bilin ki, üzləri mələk, amma batində şeytan olanlar çoxdur bu gün.

Son zamanlar insanları “islam” deyib öz məqsədlərinə yönəldənlər çoxalıb və təəssüf ki, belə hallar getdikcə artmaqdadır. Bir az dərin düşünün və çoxlu araşdırın. Məsələn, bir kitab oxuyanda o kitabın yazarının cox tanınmış olmağı şərt deyil. Əsas odur ki, kitab nədən danışır, sən o kitabı oxuyub bitirəndə ordan faydalı nə isə əldə edirsənmi? İctimaiət arasında olan söhbətlərə nəzər yetirin. İnsanların çoxu bir birinə ağıl verir, amma özləri verdikləri ağıl qədərini belə etmirlər. İndi gəlin, bir araşdırak görək, haqq nədir? Haqq olan yerdə haqqsız üzə cixar. Haqq hardan başlayır? Çox sual veririk bu gün kim haqqdır, kim haqqsız? Haqqın başladığı yer özü haqlı olmalıdır, özü haqqı yaradan olmalıdır. Haqq birinci Allahdır, hər ölçüdə onun haqqıyla ölçülməlidir. Kimin haqqlı olmağını bilmək istəsəniz, baxın Yaradanın haqlarına və o insanın haqqını görün. Allahın haqqıyla düz gəlirmi? Gərək burda ilk öncə Allahın haqqını tanıyasan və bütün haqqsızlıqları məhz o zaman aydın görəsən. Haqq-ədalət, doğruluq Allaha məxsusdur. Hər kim Allah-təalanın haqq-ədalətindən istifadə edərsə, doğru yolu tapar. Sizlərə son sözüm budur ki, heç zaman haqqsızlıga uğramayasınız. Allah hər insanı haqq, düzgünlük yoluna çəksin. Amin!

Комментариев нет:

Отправить комментарий