Страницы

21.04.2013

Kim yazıb, nə yazıb?!

Nuray Nur

Kim yazıb  ilk  dəfə şeiri?
Kim düzüb ard-arda misranı, sətiri?
Kim yazıb, nə yazıb ilk dəfə,
Kim nail oubdur ürəyi şeirlə ilk fəthə?
Kimi vəsf eyləyib o şair görəsən,
Sevincdən yazıbdır, yoxsa ki, kədərdən?
Dünyanı  sevgiylə yaradıb Yaradan,
Əminəm  onu da yazdırıb sevgidən.

Kim yazıb ilk dəfə şeiri?
Qadınmı, kişimi, qocamı, ya gəncmi?
Görəsən çatdıra bilibmi,
İlk şeir içində könlündən keçəni?


Kim yazıb  ilk dəfə şeiri?
Kim düşüb sehrinə belə bir tilsimin?
Hər qula verilən möcüzə deyil ki,
Qərq ola içində şeirli sevginin.
Kim olub seçilmiş bəndəsi görəsən Rəbbinin?

Kim olub, nə yazıb bilmirəm,
Ruhuyla, cismiylə  büsbütün sevibdir, əminəm!
 Ya çatıb vüsala, ya batıb hicrana,
Ürəkdən qələmə süzülüb sözləri,
Yazıbdır ya xoşbəxt, ya da ki, yanaraq halına.
Kim yazdı, nə yazdı, ilk yazdı, son yazdı nə fərqi,
Sadəcə şükr etmək gərək ki, o Rəbbə,
Düzdürür hissləri qələmlə sətirə.


KİMİYƏM! 

Ümmandır arzularım, mən ümmanda bir gəmiyəm,
Doğulandan ölənə üfqə yol almış kimiyəm.
Bələdçidir ümidim sabaha onla gedirəm,
Bitməyən sevgim ilə səmadakı Gün kimiyəm.
Həsrətdir havam-suyum, mən onlarla bəslənirəm,
Kədəri dadmaz isəm sevincə ögey kimiyəm.  

Комментариев нет:

Отправить комментарий