Страницы

21.04.2013

Əlixan Qaya. Bu dünyanın

Gecələr ayın yerinə
Günəş çıxıb gündüz olsa
Bu qüssədən dünyamızın
Yaraları köz-köz olsa
Kim bağlayar yarasını
Bu dünyanın
Bu dünyanın
Tapar dərman çarəsinə
Bu dünyanın
Bu dünyanın
Qəhər boğur boğazını
Dünyanı-
Gündüz əlində
Dünyanı qorxu öldürür
Gündüzdəki söz əlində
Bu dünyanın gündüzündən
Lap dumduru göy üzündən
Günəş kimi ulduzundan

Qorxuram mən
Qorxuram mən
Yaxşı ki gecələr vardır
Dünyanı sükut apardı
Dərdimi çəkib qopardı
Qara gecənin sükutu

Комментариев нет:

Отправить комментарий