Страницы

21.04.2013

Nilufər Muğantürk - Unut məni

Unut, unutgınan məni.
Gəl, ölən ümidlərçün bir yasin oxutduraq,
bir dəqiqəlik sükutnan yad edək keçənləri,
gözünü gizlətməkçün üzünü yana çevir,
sil gözünün yaşını, unut,
                                   unutgınan məni...

Yaman çətin olacaq gözlərimi unutmaq,
az deyil, bəlkə hər gün min kərə ağlatmısan.
Mənim nə yaşım varee, sayəndə, gülə-gülə;
ən çılğın günlərimə qara lent bağlatmısan.
Toz silən tək beyindən silək xatirələri,
könüllü amneziya ol, unut,
                                  unutgınan məni...

Bir fatihə çevirək eşqimizin ardınnan,
ölməyən sevdamızı qəlbimizdə basdıraq.
Vəhşi Şərqin “müqəddəs” mental dəyərlərinə,
məğlub olduq,
                           üzülmə,
                               gəl, ağ bayraq qaldıraq.
Məndə alınmır, bağışla,
                           unudammıram səni...
Sən kişisən, güclüsən, unut,
                                     unutgınan məni!!!

Комментариев нет:

Отправить комментарий