Страницы

19.04.2013

"Qardaş?!"

Sahil Qənbərli
Türkiyə, Trabzon

Millətçilik artıq fiaskoya uğramış, dünyanın heç bir yerində dəstəklənməyən siyasi cərəyandır. Hələ keçən əsrin əvvəllərində Natsist Almaniyasının Böyük Sovet ordusu qarşısında rəzilliklə məğlubiyyəti bir daha sübut etmişdir ki, xalqların qardaşlığı, şofinist ideyaya hərmişə qalib gələcəkdir. Təbii bütün bunlar ötən əsrdə qaldı. Mənə təəccüblü gələn isə Azərbaycanda yeni-yeni ortaya çıxan xırda "türk-millətçi" qruplardır. Hansı ki, yaş həddi 14-25 arası dəyişir. Hesab etsək ki, Azərbaycanda onlarla xalq yaşayır, onda bunlar hansı türkçülükdən dəm vura bilər ki? Ümumən niyə məhz türkçülük?
Bu təsadüfi deyil. 14 qardaşımızı itirdikdən sonra, bizə ilk müdaxiləni "qardaşlıq" devizi ilə Türkiyə etdi. Qarabağ savaşına agentləni kəşfiyyat məqsədilə göndərərək, adını yardım qoydu.
Bu geydirmə yardımdan sonralar Türkiyə öz xarici siyasətində istifadə edəcəkdi. Nəsə adama maraqlı gəlir, Türkiyə öz içində "türküçük"lə əməlli-başlı mübarizə aparır, amma bizim  ölkədə "türkçülüy"ün təbliğini edir. Sual ola bilər ki, "niyə"?. Cavab sadədir və eyni zamanda çox maraqlı. Biz neft ölkəsi kimi dünyada tanınırıq.
"Neft ölkəsi, məzlumlar diyarı"nın sakinləri isə 70 illik insanlıqdan çıxıb, türkçü olmalarını bilavasitə Türkiyə istəyir (və bunun təbliğatını durmadan artırır) ki, biz özümüzə arxa-dayaq kimi "qardaş ölkə"ni görək. Türkiyənin indi Amerika imperializminin yaxşı şərqdə ən böyük müttəfiqi olduğunu kimsə danmır. Elə isə "qardaş ölkə" hökümətinin də "Əmirxan"lara tabe olması anlaşılandır, xub. Yəqin diqqətinizdən yayınmayıb ölkədəki "türk-özəl liseyləri". "Çağ öyrətim"in başçılığı ilə açılan bu liseylərdə isə ideya cərəyanı olan "Nurçuluğ"un təbliğ edilməsi də aydındır. "Nurçuluq" təriqətinin (Halbuki buna heç təriqət də dmeək mümkün deyil, çünki ötən əsrin ortalarında yaranıb) hazırki ən böyük lideri Fətullah Gülən Amerikada məskunlaşır. Onun müridlərindən biri Ərdoğan isə Türkiyənin baş naziridir. İp ucunu tuta bildiniz? Hər şey qarşılıqlı olaraq bir-birilə bağlıdır. Böyük orta şərq proyektində istifadə olunan Türkiyə bundan özləri üçün "bölgənin lideriyik" deyə psixoloji komfort yaradır. Biz isə onların mədəniyyətləri ilə, dilləri ilə, uğurları ilə və hətta ordusu ilə də qürar duyuruq. Amerika CIA`nin nümayəndəsi F.Gülən`in qurduğu ölkəsi ilə fəxr edirik. Maraqlı paradoksdur.
Bu gün Türkiyəyə Azərbaycan`ın mənafei deyil, öz maraqları daha mühimdir. (Təbii) Hə, Ermənistanla sərhədi açmır. N`olsun? Guya bundan nə əldə edə bilər ki?! Ermənistanla açılacaq sərhədin nəticəsində yaranan kiçik ticari artrımın nəticəsini, onsuz da Azərbaycandan çox ucuza aldığı neftlə örtür, hətta çox belə edir.  Sözü uzatmadan nəyə bağlayacağmı deyim. Millətlər arasında düşmənçilik olmur, düşmənçiliyi hökümət maraqları yaradır. Eyni zamanda hökümətlər arasında nə qədər səmimilik olsa da, qardaşlıq olmur, maraqlar uzlaşması olur. Sovetlər dağılandan sonra Qərb Azərbaycana Türkiyənin əli ilə girdi. Hələ indi-iindi biz ayılırıq ki, "ay dili qafil, sən demək fələyin saydığı tamam başqa imiş." Türkiyə mədəniyyəti bizim sosial və hətta məişət həyatımıza elə daxil olub ki, bundan heç xəbərimiz də yoxdur. Məsələn, siz hansı türkiyəli adamın sevgilisinə "mən səni sevirəm" deyir? Amma biz türkcə hətta şeirlər də yazırıq. Hətta xitablarımızda belə tükcədən istifadə edirik. Türkcə mahnılarını daha çox dinləyirik, türk futbolu üstündə hətta qırğına da çıxırıq.
Sizə aydın eləmək istəyirəm ki, Türkiyənin Azərbaycanlılara təbliğ etdiyi "türkçülük" qayəsi əslində heç də birlikdən yox, daha doğrusu asılılıqdan, tabe olmaqdan ibarətdir. Biz türkiyəyə böyüyümüz kimi baxaraq, istər-istəməz vassal halına düşəcəyik. Adını nə qoyursuz qoyun, "qardaşlıq", "soykökü" və s. Məğz olaraq biz hal-hazırda isitifadə olunuruq. Mən demirəm ki, türkiyəlilərə düşmən kəsilək, əksinə xalqların qardaşlığına səmimi qəlbdən inanıram. Amma bu "qardaşlıq" adı ilə evferizmləmək və bunu bizə qəbul etdirmək məni yandırır. Azərbaycan xalqının bu gün başına gətirilən bəlaların səbəbi ilk növbədə "millətçilik", "türkçülük" ideyasıdır. Təsadüfi deyil ki, 90-ci illərin əvvəllərində hakimiyyətdə olan "türkçü-millətçilər"in axmaq siyasətinin nəticəsidir ki, hal-hazırda 20% ərazimiz işğaldadır. (Hələ də o vaxtki şalğam-çuğundurlar, indi də müxalifərin liderləridir.)
Əhalisinin yarısından çoxu qeyri-türk olan ölkədə "türkçülük" və ya ümumən hər hansı bir irqçilik ölkəni parçalamağa səbəb olmazmı? Separatçılığa səbəb olmazmı? Axı nə qədər türk yaşayır ki, Azərbaycanda? Əminəm heç 2 milyon deyil. Bəs yerdə qalan 7 milyon nə etsin? Qovmaqdır məqsədiniz, yoxsa irqçi-hegemonluqdur məqsədiniz? Bu ölkə, 86.6 min kv km ərazi Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqına.

Türkiyə, Trabzon

Комментариев нет:

Отправить комментарий