Страницы

27.04.2013

RASPUTİNİN RUSIYASINDAN PUTİNİN RUSİYASINA “PRİVET”!

Hafiz Mirzə

* Rusiyadan çox məşhur insanlar çıxmışdır. Amma onların çox az hissəsi əsil rus olmuşdur. Bəlkə də gəlmələr buna imkan vermədiyinə görə əsil ruslar özlərini tam ifadə edə bilməmişlər. Bütün dövrlər ərzində Rusiyanın başına nə gəlmişsə gəlmə­lə­rin ucbatından olmuş, amma heç bir nəticə çıxarılmamış və hər şey yenidən təkrar olun­muşdur. Hər xalq öz totemini xatırladır. Rus xalqının totemi olaraq ayının se­çilməsi heç təsadüfi deyilmiş; ifrat səbirliyinə, yatağanlığına görə. Rusiyadan çıxmış əsil rus kökənli böyük istedad sahiblərindən biri də Qriqori Rasputin olmuşdur. 1869-cu ildə anadan olmuş bu adam öncəgörmə və fövqəlenerji qüd­rətinə malik imiş. Nələr baş verəcəyindən qabaqcadan xəbər verir və bir çox xəs­tə­ləri özünün mistik müalicə üsulları ilə sağaldırdı. Adamın sorağı gedib rus çarı II Ni­kolayın sarayına çatmışdı.
II Nikolayın oğlu Aleksey hemofiliyadan əziyyət çə­kir­miş. Rasputin onu sağaldır, çarın və arvadı Aleksandra Fyodrovnanın yanında böyük hörmət qazanır. Çox keçmir ki, o, ölkənin ən etibarlı adamına çevrilir. Hətta çinov­nik­lərin təyinatını  və aradan götürülməsi işlərini də onun mistik öncəgörmələri əsa­sında həyata keçir­dir­lər. Vəzifədə qalmaq və ya vəzifəyə keçmək üçün çinovniklər arvadını, qızını onun yanına göndərirmiş. Rasputin mənsəb etibarı ilə layiq olmadığı halda əs­lin­də öl­kəni bu cür idarə etməsi  bir çoxlarını qıcıqlandırır və nəhayət onu öldürüb Neva ça­­yına atırlar.  Rasputinlə bağlı çox əhvalatlar müasir Rusiya ilə eynidir. Taleyin işinə bax, hətta müasir Rusiya prezidentinin soyadı da onunku ilə səsləşir.  Daha çox  oxşarlıq Ru­siyanın mövcud durumu ilə bağlıdır. Sanki Rasputin 100 il əvvəldə durub Putinə gü­lüm­səyir və salam göndərir. “Kakoy privet, takoy je otvet!”(“Necə salam verərsən, o cür də cavabını alarsan”) məsəli yada düşür.
* Putinin baş naziri Dima Medvedyev Şimali Qafqaz Dairəsinin sosial –iqtisadi in­ki­şafı sahəsində problemlərin həll edilməs məqsədilə Çerkaskda  keçirilən müşa­vi­rə­də bildirib ki, Şimali Qafqaz Rusiyanın böyük hissəsini keyfiyyətli ərzaqla təmin edə bilər. Bununla da məlum olub ki, əslində bu müşavirədə Rusiyanın ərzaq prob­le­mi müzakirə olunurmuş. İndi o da məlum olur ki, hərdən Moskva bazarlarından qaf­qaz­lı­la­rı nə üçün qovurmuşlar. İdeya bu imiş: “Qafqazlı Qafqaza gedib işləməli, bizi ye­dirt­­məlidir!” Rasputin belə etməzdi. İnqilabdan əvvəl Rasputinin Rusiyası bütün dünyanı ərzaqla təmin etmək gücündə idi. Putinin Rusiyası isə özünün ərzaq təminatı üçün gözünü Şimalı Qafqaza dikib! Üstəlik, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Rusiyada ən sağlam vətəndaşlar məhz Şimalı Qafqaz sakinləridir. Amma buna onların əksəriyyətinin İslam inancları ilə, alkaqolsuz həyatla, qeyrət, namus və təmiz qidalanma sayəsində  nail olmasını etiraf etmirlər.
*   Rusiya Prezidenti kreslosunda oturan Vladimir Putin Soçi qış olimpiadası üçün tramplinlər kompleksini tikdirməli olan Rusiya Olimpiya Komitəsi sədrinin müavini Əhməd Bilalovu bu işləri vaxtında başa çatdırmadığına görə tutduğu vəzifələrdən azad edib. Halbuki yubanmaya səbəb olaraq maliyyə ayırmalarının vaxtında ödə­nil­mə­məsi və ödənilərkən də üzərindən böyük məbləğdə “şapka” götürülməsi qeyd olunur. Belə ki, smeta dəyəri 1,2 milyard rubl (40 milyon dollar) nəzərdə tutulmuş obyektin ntikintisinə 8 milyard rubl (265 milyon dollar) ödənilsə də tikinti hələ ki, başa çatdırılmayıb.  Çox gül­mə­lidir. Çünki smeta dəyəri öz həddini aşarkən əlavə vəsait ayrılmasına razılıq verən strukturlar bu pulların hər dəfə səmərəsiz qalmasına göz yummalı deyildilər. Amma onlar göz yumaraq daha yeni partiya pul ayırmışlar. Belə şeylər isə heç vaxt havayı başa gəlmir. Korrupsiya göz önündədir! Rasputin sayağı olan həm də odur ki, qanunla Komitə sədrinin mü­avinini ölkə prezidenti deyil, Komitə sədrinin özü azad etməlidir.
 * Putinin Rusiyasında Sənaye Məhsulları Nazirliyi dövlət orqanlarına istifadə üçün xarici ölkə istehsalı olan avtomobillərin alınmasını qadağan etmişdir. Dövlət or­qanları yalnız  Rusiya və Belarusiya istehsalı olan avtomobillər ala bilər. Bu za­man yalnız ölkədə istehsal olmayan maşınların xaricdən alınmasına icazə verilir. Öl­kə­də nə “Mersedes” istehsal olunur, nə “BMV”, nə də “Audi”. Deməli, lazım gə­lən­də sə­rən­camı bu cür izah edib xarici marka da al­­maq olarmış. Yoxsa ki, bir azdan  baş na­zir və ya prezident  işə “Jiquli”də getməli olacaqdı. Ya da ki, cinayətkarların isti­fa­də et­­diyi yüksək sürətli xarici avtomobillərin arxasınca Rusiya po­li­sinin  “Volqa” və ya “Niva” ilə  necə şütüyəcəyini təsəvvür etmək heç çətin deyil.
 * 2009-cu ildə Rusiya pravoslav kilsəsinin ali dini lideri seçildi. Bu günlərdə Patriarx Kiril 4 illik dini rəhbərliyinin münasibətilə çıxış edib. Onun necə dini lider olmasını dəqiqləşdirmək üçün  əhali arasında sorğu keçirilib. Sorğuda iştirak edən­lə­rin 25%-i onun kimliyini, dini adının Kiril olduğunu belə bilməyib. Patriarx Kirilin əsil adının Vladimir Qundyayev olmasını isə yəqin ki, heç 75% bil­mə­yəcək. Bu, Rusiya patriarxının fəaliyyətinə verilən həqiqi qiymətin göstəricisidir. Bizdə isə QMİ sədri Hacı Allahşükür Paşazadəni tanı­ma­yan tapılmaz.
* Rusiya tarixən o qədər ona-buna şpion göndərib ki, indi Putinin Yaponiyanın Akita profekturasının qubernatoruna hədiyyə göndərdiyi Sibir pişiyini də cəsus kimi qəbul edirlər. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. Fikirlər artıq iki istiqamət alıb. Yaponlar yeganə xalqdır ki, onların leksikonunda söyüş yoxdur. Çünki bu xalq söyüşdən istifadə etmir. Təkcə yapon balıqçıları əsəbləşəndə söyüş söyürlər, onu da yalnız rus dilində. Bir yapon qubernatorunun nə vaxtsa hirslənib  rusca söyüş söyəcəyinə Yaponiyada ümid etmirlər. Amma ikinci istiqamət mən­subları iddia edir ki, hədiyyə olaraq pişik göndərilməsi təsadüfi deyil, rus  pişiyinin Kuril adalarını görən kimi “miyao...mayaoo” ( rusca: “mənimdir”) deyəcək. Yəni ki, “Kuril adalarının sizin yox, bizim olduğunu pişiklərimiz də bilir”.
* Bir holland yazıçısı Venesiya konvensiyasına əsaslanaraq Rusiya ilə dostluq əlaqələrinə son qoymağa çağırıb. Çünki Rusiya prezidenti Putin  homoseksualların bir-birilə evlənməsinə və gey-parada “yox” deyib və Rusiyada bu cür adamlara  qarşı an­ti­padiya formalaşdırıb. Onun zənniycə Rusiya geylərə qucaq açmalı, eyni cinslərin evlənməsi iy­rənc­lik hüququnu gözəllik kimi tanımalı imiş. Zavallının xəbəri yoxdur ki, Ras­pu­tinin dövründə “üzdəniraqlar” səsini çıxardardısa, boynuna daş bağlayıb Neva çayına atar­dı­lar. Heç də çimmək üçün deyil.
 * Daxili İşlər Nazirliyindəki müşavirədə  prezident Putin bildirib ki, onun Rusi­ya­sın­da baş verən hər iki cinayətdən biri açılmır və bu vəziyyət davam edir. Kim­sə Putindən soruşmayıb ki, buna görə kim cavabdehdir, o, yoxsa sadə İvan? Am­ma Ras­pu­tinin dövründə belə vəziyyət olardısa, Qriqori çar ailəsindəki nüfuzundan isti­fadə edə­rək məmurların yarısını istefaya göndərərdi, yarısını da təqaüdə. Qəribə ora­sın­dadır ki, Rusiya DİN-nin apardığı sorğuya əsasən əhalinin yarısının polisə inandığı, etibar etdiyi məlum olub. Bu halda Putinin Rusiyasını anlamaq çox çətindir.
* Rusiyanın Volqoqrad şəhərinin sakinləri kommunistlərin fitnəsinə uyaraq şə­hə­rin adının dəyişdirilib əvvəlki kimi Stalinqrad olması tələbi ilə 100 min imza toplayıb RF-in dumasına təqdim ediblər. Çoxları buna öz heyrətini gizlətmir. Axı əski So­vet­lər İttifaqının tamam əski lideri İosif  Stalin 10 milyondan çox vətəndaşın rep­resiya olun­masında, xalqa di­van tutmasında, ölkəni həbs və cəza aparatına çevir­mə­sində it­tiham edilərək, ölümündən son­ra adına olan hər şey dəyişdirilmişdi. İndi yenidən Bö­­yük Oktyabr inqilabı olmamış və Sta­lin də yeni xidmətlər gös­tər­mə­mişdir. Ona olan bu sevgi nədən qaynaqlanır? Şəhərin ya­ra­nış adının bər­pasından söz gedirsə, Ras­­putinin dövründə Saritsin olmuşdur. Ru­si­ya­da nələr baş verdiyini dəqiq an­la­maq üçün  gərək bir şüşə “samaqon” içəsən  və özünü Ras­pu­tinin yerində hiss edəsən.
* Rusiyada “QAİ” işçilərinin rüşvət almamasına görə yeni üsul kəşf olunub. Belə ki, reydə buraxılan “qaişnik” xüsusi paltar  geyinir. Bu geyimin düyməsində, kəmə­rin­də və cib­lə­rində xüsusi dalğa ötürücü qurğu quraşdırılır. “Qaişnik” rüşvət aldıqda bu ona rəh­bər­liyi tərəfindən in­kar edil­məz faktlarla sübut olunur. Amma... Çox gülməlidir... Məgər “qa­işniklər” aldıqları rüş­­vət­dən rəhbərlərinə də vermirlərmi? Ru­­si­yada nəinki ve­rir­lər, hətta müəyyən məbləğdə “haqq” formasında çatdırırlar – ey­­nən Rasputinin döv­ründəki “qorodovoy”lar və jandarmlar kimi.
* Putinin Moskvasında nəşr olunan “Drujba narodov” (“Xalqalar dostluğu”) jur­na­lı xalqlar arasına yeni ədavət toxumları səpən “Daş yuxular” adlı bir roman dərc edib. Romanı kimə yazdırılıb? Əkrəm Əylisli adlı azərbaycanlı hesab edilən bir ya­zı­çıya. Əsərdə azərbaycanlılar vəhşi, əclaf, qaniçən, gic, istilaçı bir toplum kimi təsvir edilib, ermənilər isə, zavallı, zəkalı, mədəni,.. Heç demə 1918-ci ilin martında, 1990-cı ilin isə yanvarında Bakı və əyalətlərdə, 1992-ci ilin fev­ralında  Xocalıda və son 25 il ərzində Qarabağda  azərbaycanlılara qarşı qətli­am­ları bu “zavallı” ermənilər yox, baş­qa planetlərdən gəlmiş humanoidlər törədibmiş. Allah adamı axırıncı eyblərdən qo­rusun. Əkrəm Əylislini 75 yaşında hərifləməkdən qorumadı.
* Oktyabr inqilabından əvvəlki Rusiyada bütün oğruları, dövlət əmlakını dağı­dan­la­rı, fırıldaqçıları Rasputin çox asanlıqla ifşa edir və Rusiyanın siyasi elita­sını əclaf­lardan və pozğun qadınlardan təmizləyirdi. Çünki deyilənə görə o özü daha böyük əclaf idi. Putinin Rusiyasında isə ölkə “qanuni oğrular” tərəfindən nüfuz dairələrinə bö­lünür, sahibkarlar həm dövlətə, həm çinovniklərə, həm də bu “qanuni oğrular”a vergi verir. Üstəlik, bu “oğrular” öz aralarında aman­sız müharibələr apa­rır­lar. Kim de­yirsə ki, onlar dövlətin xüsusi xidmət orqanları ilə bağ­lı deyillər, tam müstəqil fə­aliyyət göstərirlər – böyük qələt edir. Dünyanın bütün ölkə­lə­rin­də böyük ci­na­yət­kar qrup­lar və onların liderləri birbaşa dövlət orqanları tərəfindən yara­dı­lır, qüd­rət­lən­dirilir və xüsusi sifariş icra edirlər. Vaxtı keçdikdə, səhvləri və nöqsanları bö­­yüdükdə dövlət özü onları aradan götürür. Elə birisi də “Ded Xasan” ləğəbli, 76 yaşlı  Aslan Usoyan idi. Nüfuzunun həddən artıq şişməsi, Rusiyanın ən böyük biz­nes sahələ­rinə nəzarət eləməsi, cinayət aləmində qarşıdurmaların art­ması və digər faktorlar onun qət­linə səbəb oldu. Başından də­qiq snayper atəşi ilə öldürülməsi icraçının xüsusi tə­yi­natlı giller olduğunu bildirir. Am­ma elə o andaca qətli Rövşən Lənkəranski adlı bir azər­­baycanlı aftoritetin tö­rət­məsi ilə bağlı KİV-də məlumatlar yayıldı. Tərəflərin düş­mən olmasına nəzərən xəsarət alacaqları təqdirdə qarşı tərəfin günahlandırılacağı tə­biidir. Qətlin sifarışçisi də məhz bunu nəzərə alıbmış. Bir azərbaycanlı müsəlmanın Ru­siya kimi nəhəng bir ölkənin kri­minal aləminə rəhbərlik etməsinə yol verilə bil­məz­di. Aslan Usoyanın liderliyini ba­şa düşmək olardı.  O türk və müsəlman yox, mil­liyətcə və din etibarı ilə yezidi kürd idi. Kürdlərin bütün dünyada ən birinci və güc­lü dəstəyi əski SSRİ-dən olub. Ru­siya SSRİ-nin rəsmən varisidir. Rövşən Lən­kə­ran­ski isə... Tvitterə qoyulmuş bir şəkildə Putinin yaninda durmuş şəxsin Ded Xasan ol­duğu bildirilir. Şəkildə Putin gü­lümsəyir. Hərçənd ki, Rusiya rəsmləri şəkildə Ded Xasanın olmasını təkzib edirlər. Həqiqətən də Ded Xasan olması əsla faciə deyil. Çar II Nikolayın Ras­pu­tini ola bilər, prezident Putinin Ded Xasanı ola bilməz?!
Rusiya me­diası bu günlərdə Rövşən Lənkə­ran­ski­nin gu­ya ki, İstanbulda öldürül­düyü xə­bə­rini yay­ıb. Məqsəd onun nüfuzunu sarsıt­maq imiş. Amma çox keçməyib ki, Rövşən Lən­kəranski öz nə­zarəti altında olan bütün aftori­tet­­lərə Dubaydan bir MMS  göndərib. Deyilənə görə o MMS şəkildə də Rövşən gülüm­sə­yir.
* Rusiya tarixində 4 şəxsin soyadı “...in”lə bitir: Rasputin, Lenin, Yeltsin və Putin. Bu “...in”lərin iysi bizim üçün həmişə pis gəlib. Xalqımız Rasputinin dövründə im­pe­riyanın əlindən qurtula bilmədi. Leninin dövründə daha incə məkrli rus-sovet im­pe­riyasına ürcah oldu. Yeltsinin zamanında rus polku Xocalı soyqırımını törətdi. Allah Putinin şərindən-bəlasından etnik qruplarımızı uzaq eləsin! Amin!  

Комментариев нет:

Отправить комментарий