Страницы

28.04.2013

XIX ƏSRDƏ VİLAYƏT VƏ TAYFALARA GÖRƏ İRANIN ƏHALİ TƏRKİBİ

Vüqar Xəzaralının tərcümələri

Aleksey Mixayloviç Kolyubakin
Rusiya Baş Qərargah polkovniki

TÜRK-TATAR MƏNŞƏLİ TAYFALAR. İranın əsas əhali qrupları içində, türk-tatar mənşəli tayfalar hərbi nöqteyi nəzərdən əsas maraq kəsb edir: bu tayfalardan nizami qoşunların  ən böyük, həm də ən yaxşı hissəsi komplektə olunur; həmçinin bunlar atlı milisin(haciz) əsas hissəsini  təşkil edir.
İranda yaşayan türk-tatarlar, qeyd etdiyimiz kimi, əsasən səlcüqların, moğolların, türkmən(qara-ağ qoyunlu) və Səfəvi  yürüşləri və hakimiyyəti vaxtında köç etmiş  müxtəlif türk tayfalarından qaynaqlanır. İranın əsasən Quzey hissəsinə yiyələnmiş türk-tatarlar yerli əhalini qismən sıxışdırmış, qismən onlarla qarışmış, bununla belə öz milliyətini itirməmiş, və beləliklə Azərbaycan və Quzey İrakın əsas əhalisini təşkil etmişlər, ayrı-ayrı tayfa və budaqlar bütün İrana yayılmışdır.

Türk-tatarların mütləq əksəriyəti oturaqdır, əkinçilik, maldarlıq, sənətkarlıqla məşğuldur və bu vilayətin əhalisinin ən zəhmətkeş və xeyirli hissəsini təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu tayfalar demək olar tamamilə bir dildə danışırlar ki, bu Azərbaycan ləhcəsi  kimi tanınır. Tiplərinə görə onlar osmanlı-türklərinə yaxındırlar; adətən o qədər də hündür deyillər, və öz  yöndəmsiz quruluşlarına görə hündürboy və qamətli  farslardan seçilirlər. Sonuncuların türk-tatarlarla qarışması nəticəsində əsasən türk irqi(tipi) üstün gəlir. Bu əsasən kənd yerlərində daha çox sezilir; şəhərlərdə fars tipi daha yaxşı qorunub. Həmçin kürdlərin də  türk-tatarlarla uzun zaman birgəyaşayışının nəticəsində də öz milliliyini və köçəriliyini  itirirlər və yetərli qədər oturaqlaşırlar.
Əskər kimi, türk-tatarlar dövri qədimdən cəsur və dözümlü kimi tanınır və Azərbaycandan olan qoşunlar hökumət tərəfindən ən etibarlı və ən keyfiyətli kimi dəyərləndirilir.
Türk-tatar qrupuna ayrıca olaraq aşağıdaki tayfalar daxildir:
1.Əfşarlar - ən mühüm türk-tatar tayfası, həm ölçüsünə həm də silahlı qüvvələrdə iştirakına görə. Əfşarlar İranın  bütün qərb  hissəsində yayılmışlar, yayılmalarının şərq sərhədi kimi Rəşt- Kirman xəttidir. Onlar ən böyük hissəsi iki yerdə qruplaşır: Urmiya gölünün Şərq tərəfində Azərbaycanda və Həmədanla Kermanşah arasında, İraqla Lurestan sərhədində(Əsədabad rayonunda) və Kəngavərdə. Bu tayfanın sayı barədə dəqiq məlumat yoxdur.
Əldə olan məlumatlara görə əfşarları bütün İranda 40 min ailə və yaxud 200 min hər iki cinsdən olaraq hesablamaq olar.
Əfşarlar arasında sünnülər də var, ama əsasən onlar şiə təriqətinə mənsubdurlar. Əfşarlar və onlara qohum müqəddəmlər və başqa oturaq və yarıoturaq tayfalar Azərbaycanın qərb hissəsində yerləşərək, dövri qədimdən indiki vaxta qədər İran-Türkiyə sərhədinin hər iki tərəfinə köç edən  vəhşi və əhliləşdirilməyən kürdlərlə amansız mübarizə aparmışlar. Şiələrlə sünnülər arasında  olan nifrətlə qızışdırılan və hər iki qonşu hakimiyətin zəifliyi ilə qidalanan, bu əsrlik mübarizə bəzən  əsl müharibə xarakteri alırdı –böyük kütlələrlə müdaxilələr, şəhərlərin uzun zamanlı mühasirələri və sairə. Öz qüvvələrinə güvənməli olan əfşarlar və onların qohumları, təbii ki, daima hazır vəziyətdə olmalı idilər, və həlledici məqamda az qala bütün elliklə silaha sarılıb, uğura güvənərək öz rəqibləri ilə, öz köçəri əcdadları təkin,  haq-hesab çəkməyə gedirdilər.
Son zamanlar diyarda nisbətən sakitlikdir: belə ki əksər kürd tayfaları oturaqlaşıb, bəziləri isə, məsələn, Zırza tayfası Uşnu dairəsində hətta əfşarllardan təhkimli vəziyətə düşüblər, buna baxmayaraq əhalinin əmin-amanlığı tam təmin olunmayıb.  Şeyx Ubeydullanın 1880 ildə dağıdıcı  hucumu və şəkək tayfasının 1881 ildə üsyanı buna sübutdur. Bu üsyanlardan Urmu gölü ətrafında yaşayan  əfşar, müqəddəmlər və başqa oturaq türklər  çox ziyan çəkmişlər. Hadisələrin belə gedişatı, əlbəttə, əhalinin əmin-amanlığına pis təsir etmişdir. Ama o biri tərəfdən, bu əfşarlarda və başqa türk-tatar tayfalarında, Turan düzündən köç etmiş əcdadlarının döyüşkənliyini  qorumuşdur.
Əfşarlar İran ordusunun ən yaxşı piyada qoşunu hesab olunur. Onların atlı milisi(yığması) qarapapağların və mühacirlərin atlı milisindən bir az zəifdir. Onlar 7 batalyondan çox piyada və topçu(4000 adam) və atl milis verirlər ki, bu da 10 ailəyə bir nəfər deməkdir. 7 batalyondan çox ona görə deyirik ki, ehtimal ki , onlar  qarışıq olaraq başqa oturaq tayfalarla birgə təşkil olunmuş  hərbi hissələrlə də təmsil olunurlar.  İstənilən halda əfşarlar 10000 qədər əskər verə bilərlər ki, bunlardan işin yaxşı təşkil olunması şərti ilə çox yaxşı qoşun təşkil etmək olar.
2. Əfşarlara qohum Müqəddəmlər Mərqab dairəsində və Miandoab düşündə Azərbaycanda yaşayırlar. Miandobda yaşayanlar əsasən maldardırlar və yarıköçəri həyat tərzi sürürlər; Marağa müqəddəmləri yetərli qədər oturaqdır. Əfşarlarla dostluq və mehribançılıqda yaşayaraq, onlarlar bilikdə kürdlərə qarşı fəal mübarizədə iştirak edirlər. Müqəddəmlərin hamısı şiədir. Ritter və Blamberqə görə onların sayı 5000 ailə, yaxud hər iki cinsdən olaraq 25000 nəfərdirlər. Müqəddəm adını yalnız bir topçu  batalyon və atlı milisin bir hissəsi daşıyır. Marağa dairəsi 4 batalyon və, 2400 adam çıxarır. Aydındır ki, bunları sayca o qədər də çox olmayan ancaq müqəddəmlər təşkil etmir. Bu tayfa bir piyada   (800 nəfər) və bir topçu(250 nəfər) batalyondan   çox adam verə bilməz.
3. Bayatlar. Bayatlar  Zaqafqaziyadan (Cənubi Qafqazdan qeyd.red.) gəlmişlər, Azərbaycanda, İraqda(İran İrağı qeyd.red.) Tehran(dairəsi), Xorasanda(Nişapur dairəsi) və Fars(Şiraz dairəsində) yaşayırlar. Bayatlar oturaqdır, əkinçiliklə məşğuldur. Ritter onların sayını 14 000 ailə kimi(Nişapurda 8000 ailə), Blaramberq isə ancaq 7000 ailə göstərirlər. Ritterin rəqəmi, hansına ki özü də inanmır, güman ki, şişirdilib. Nişapur bayatları, ən varlı və karlıdırlar, daha çox türkmənlərin(Orta Asiya qeyd.red.)yağmalarından ziyan çəkmişlər. Onların verdikləri qoşun barədə dəqiq məlumat yoxdur. Çox guman ki, Xorasandan kənarda bayatların hərbi əməliyatlarda iştirakı inandırıcı deyil. Say nisbətlərinin azlığına  görə.
Древние тюрки4. Dumbali. Azərbaycanda  Xoy və Salmas ətrafında yaşayırlar. Bu tayfa əsasən oturaq və əkinçidir. Onların sayı Ritter tərəfindən 12000 ailə kimi göstərilir, güman ki, şişirdilib. Blaramber onların sayını 5000 ailə(25 000 nəfər)kimi göstərir. Nə Çirikov nə də Roulinson bu tayfaların hansısa özəliyini qeyd etmirlər, bayatlarda olduğu kimi. Nə qədər əskər verirlər məlum deyil. Ancaq məlumdur ki Xoy iki batalyon piyada, iki topçu(2500) və atlıların bir hissəsini verirlər.
5. Qacar. Nə vaxtsa məşhur Cəlair tayfasının bir qolu. Hazırki şah evinin Qacar nəslindən olması bu ytayfanı özəl duruma gətirmişdir. ...Nə vaxtsa igidliyi ilə seçilən qacarlar indi fars əyanları ilə qarışaraq  deqradasiya olunmaqdadır və İranın müxtəlif şəhərlərinə səpəlnərək, hərbi kasta kimi əhəmiyətlərini itiriblər. Qacarların əsas yaşayış yeri Astrabad(Mazandaran). Farslarla və əfşarlarla qarışmaları nəticəsində  saylarını müəyyən etmək indi çox çətindir. Blaramberqin verdiyi 25000 ailə guman ki şişirdilib. Ritter ancaq 3800 ailə göstərir ki  görünür həqiqətə daha yaxındır.  Rəsmi məlumatlara görə qacarlar 2000 atlı milis vermlidir, ama əslində bu 300 dən çox deyil. Uzaq başı bu rəqəmi ikiqat artırmaq olar.
6. Mühacirlər. Qafqazın ruslar tərəfindən alınması nəticəsində İrana köç etmiş adlı-sanlı müsəlman soyadlarıdır.  Siyasi və hərbi məqsədlərə görə şah hökuməti mühacirləri Rusiyaya qayıtmaqdan çəkindirmək və onlardan hərbi kasta yaratmaq niyyətində idi. İllik mıvacib onların yaşayışını təmin etməli idi. Əsasən Azərbaycanda yerləşdirilimişdilər. Məğrur və karlı mühacirlər İranda ilk zühürları zamanı çox keyfiyətli qoşun təşkil edə bilərdilər, ama hökumət bundan yetərində yararlana bilmədi. Onlara verilən məvacib onları işlə məşğul olmaqdan çəkindirirdi, və onlara nisbətdə hökumət tərəfindən göstərilən xüsusi rəğbət onları tamamilə korladı. Rəsmi sənədlərə görə onlar 1200 atlı çıxarmalıdr. Ancaq çox guman ki bu rəqəm ancaq kağızdadır. Bu rəqəmin kağızda olmasını sübut edən odur ki, 1889 ildə şah hökuməti mühacirlərdən kazak briqadasının təşkil olunmasında istifadə etməyə çalışarkən, ancaq 300 atlı tapıldı.
7. Bunlardan xeyli yaxşı durumda olan Qarapapağlardı. (Qara-Çuorlu), həmçin İrana Zaqafqaziyadan gəlmişlər, ama dərhal da daha fərqli iqtisadi duruma düşmüşdülər. Uzaqgörən və çalışkan Abbas-Mirzə onları Azərbaycanın və Xorasanın müxtəlif yerlərində yerləşdirmiş, və burada yaşayan yerli türk-tatarları və kürdləri onlara iqta(şərti mülkiyət) kimi vermişdir. Bu torpaqlardan aldıqları gəlir əldə edərək Qarapapağlar özləri  atlı milis çıxarmalı idilər. Olduqca əlverişli iqtisadi durum, onları hakimiyətlə bağlamış. Dəqiq sayları bilinmir; Ritter Azərbaycanda 12000 hesablayır. Xorasan Qarapapaqları ilə birlikdə bunları 15-20000 hesablamaq olar. 10 nəfər bir atlı hesabı ilə bu 1500-2000 atlı deməkdir.  Qarapapaqların İran ordusundaki rolunu nəzərə alaraq demək olar ki, bu rəqəm olduqca kiçildilib. Qarapapağlar igiddilər, əla at çapırlar, böyük və əla at ilxıları var. Onların atlı milisi Azərbaycanda ən yaxşı atlı qoşun sayılır, və əvvəlki savaşlarda əsas qüvvəni təşkil edirdilər.
8. Qara-Gözlü, İraqda(Əcəm İrağq) Həmədanla Qəzvin arasında yaşayan  böyük oturaq türk mənşəli tayfa. 12000 min ailə. Və yaxud 60000 adam. Bu tayfadan 4 Həmədan piyada nizami batalyonu (3400 nəfər)və bir topçu  (250 nəfər)təşkil olunur. Onun atlı milis çıxarması məlum deyil. Həmədan batalyonları keyfiyətinə görə Azərbaycan batalyonlarından geri qalmır.
9. Cavanşir. Blaramberqə görə bu tayfa (Xorasan) Şirvanından gəlib, indi isə sayları 5000 ailə yaxud 25000 adam olmaqla Azərbaycanda və bir hissəsi Qabulda(Əfqanıstan qeyd. red.)yaşayır. Cavanşirlər atlı milis çıxarır, ama indiki zamanda, görünür, nizami qoşuna adam verirlər, əvvəli illərdə onlar igid və döyüşkən döyüşçü kimi ad çıxarmışdılar.
10. Şahsevənlər. Bu, həm də bizimlə qonşuluqda yaşayan tayfa barədə( Muğanda Rusiya imperiyasını sərhədi nəzərdə tutulur qeyd. red.) Oqranoviçin məlumatlarından öyrənmək olar. Şahsevənlər əksərən köçəridir, ama Azərbaycanın iki dairəsində, Ərdəbil və Meşkində qışlaqları var; az hissələri İraqda yaşayır(İraq Əcəmi) qeyd red.)Azərbaycan şahsevənləri Savalanda və Qaradağda yaylayırlar, qışda isə aşağı düşürlər. İranla bağlanmış xüsusi anlaşmaya görə şahsevənlərə qışda Muğana sərhədin bu tərəfinə köçmək icazə olunur. Onların yağmaya və oğurluğa meyli yerli oturaq əhalini çox narahat edir. Əksəriyəti şiədir, ama dini ayinlərə diqqət etmirlər. Yerləşmələrinə görə Azərbaycan şahsevənləri əl-Ərdəbil və əl-Meşkin şahsevənlərinə bölünürlər. Hərəsinin öz xanı var.
Ritter onları bütün İran boyu 20000 ailə kimi göstərir. Ama hazırki vaxtı onların sayı çətin ki bu rəqəmə uyğundur. Onlardan çox böyük hissəsi 1859-60, və 1870-71 il kəskin  şaxtaları zamanı tələf oldu, Azərbaycan şahsevənlərinin çox şaxtadan, aclıqdan və xəstəliklərdən tələf oldu, varlılar dilənçi kökünə düşdü.  12 000 alaçıqdan, bu hadisələrdən sonra, 6000 və yaxud 36000 hər iki cinsdən olaraq adam qaldı. Onların oturaq hissəsinin nə ölçüdə olmasını demək çətindir, istənilən halda bu köçəri hissəsindən çox deyil və nəticədə 12 000 ailə edir, yəni Ritterin verdiyi 20000 çıxılsın  Oqranoviçin göstərdiyi tələf olan  6000 nəfər.  Bu hər iki cinsdən olaraq 66000 adam deməkdir. 6000 oturaq şahsevəndən Roulinsonun göstərdiyi kimi, 3000 İraqda(İraq Əcəm qeyd  red.) Lamsda yerləşir. Oturaq şahsevənlər ayrıca hərbi bölük çıxarmır, və guman ki Ərdəbilin, Meşkinin, Xəmsə və Qəzvinin çıxardığı hərbi hissələrdə təmsil olunurlar. Bu quldurların arasında hər hansı bir nizam –intizam yaratmaq çox çətin olardı.
11. Şəkək. Ritter və Blaramberq şəkəkləri türk-tatarlara aid edir,  başqa tətqiqatçılar kürdlərə. Hal hazırda Azərbaycanın Şimal-Qərb hissəsində, Baradost, Salmas, Xoy dairələrində yaşayan Şəkəklər bura Türkiyədən gəlib, indi də Türkiyədə onların çoxsaylı qohumları yaşayır. Yaşayış tərzlərinə görə şəkəklər yarıoturaqdır, əkinçiliklə və daha çox maldarlıqla məşğuldurlar. Hakimiyətə münasibətlərdə onlar türk-tatarlarla daha təmiz kürdlərin arasında olan mövqe sərgiləyirlər. Daima kürd quldur orduları ilə mübarizədə olarkən, onlar eyni zamanda əfşarlarla və başqa türk-tatarlarla da nifaq içində yaşayırlar. Sünnü olduqları üçün şiələrə qarşı nifrət bəsləyirlər, buna sübut kimi onların 1880 il kürd qiyamına qoşulmalarını və 1881 ildə şaha qarşı gərgin savaşlarını  göstərmək olar. Bununla belə şəkəklər piyada qoşuna əskər verirlər və dözümlülüyə və igidliyə  görə əfşarlarla birlikdə İranda ən yaxşı əskər kimi tanınırlar. Şəkəklərin sayı barədə göstəricilər olduqca fərqlidir: Ritterə görə 50 min ailə, Blaramberqə görə isə 10 min ailə göstərilir, əgər ilk rəqəm, daimi müharibələri və epidmiyaları nəzərə alsaq,  şişirdilibsə, ikinci rəqəm şübhəsiz həddindən çox kiçildilib. Bu Çirikovun, Xurşid Əfəndinin və Qamazovun dağınıq məlumatlarından və orduya yetərli qədər əskər verdiklərindən görünür. Onların sayını təxminən 23 min ailə qədər göstərmək olar, İrana Berlin traktatına görə şəkək tayfasının yaşadığı Qotur çayın vadisinin birləşdirilməsini nəzərə alsaq, onların sayı 25 min ailə ya da hər iki cinsdən olaraq 125 min adam edir. Rəsmi məlumatlara görə onlar 4 batalyon piyada (3400 nəfər) və bir bu tayfanın adını daşıyan batalyon topçu(250 nəfər)  verir. Onlar həmçin bir qədər də atlı milis çıxarır. Şəkəklərdən ibarət qoşuna nisbətdə hakimiyət onların qiyamlarda iştirakını və müəyən qədər etibarsız olmalarını nəzərə almalıdır.
12. Kəngərli. Tarixdə məşhur Xanqar(Rusiya və Bizans tarixində peçeneqlər kimi məşhurdular)tayfası. Onlar Vəramin dairəsində (İraq Əcəm), Qumda və başqa yerlərdə yaşayır. Ritter onları 6000 ailə kimi göstərir.
13. Leklər(lakslar)mübahisəli mənşəli tayfa, İraqda(Əcəm, Qəzvin dairəsi)Mazandaranda və Farsda yaşayırlar. Ritter onları Beyranevend, Kaxovənd və başqa nəsillərə bölür. Onların sayı qədər məlumat yoxdur. Bütün İrana səpələnmiş çoxsaylı türk tayfalarına, Ritter həmçin daha azsaylılarını da əlavə edir:
Ağ –Qoyunlu və Qara –Qoyunlu Azərbaycanda 7000-8000 ailə.
Fars-Mədənli (11000 ailə), Gilanda və Mazandaranda Əbdül-Məliki (5000-6000 ailə), Azərbaycanda  Munqalı (6000 ailə), İsfahan dairəsində  Eynalı və Qara-Qəmzəli(8000 ailə) və bir çox başqalarını.
Bütünlüklə Ritter kiçik tayfalarda 112 min adam hesablayır.
Azərbaycanda yaşayaraq əsasən eyni şiə məzhəbindən olduqları üçün onlar daha böyük tayfalarla qarışıb –qaynamışlar, başqa vilayətlərdə Xorasanda, Mazandaranda, Kermanda yaşayanlar isə öz xüsusiyətlərini və fərqlərini daha çox qorumuşdular.
Beləliklə bütün türk-tatar mənşəli tayfalar təxminən 750 min, Xentçin dediyindən 250 min az adam təşkil edir. Xentçlə başqa müəlliflərin verdiyi məlumatların bu qədər fərqləndiyini, bu və ya digər tayfanın türk-tatarlara ya da onların təsərində olan qeyri milliyətlərə aid edilməsinin çətinliyi ilə izah olunur. Qot təqviminin(1882) göstərdiyi məlumatlar həqiqətə daha yaxındır (800 min) adam.
İRAN (FARS) MƏNŞƏLİ TAYFALAR. Farslar, daha çox tat (tadəşk) kimi tanınaraq 3 mln.(60%) sayla bütün məmləkət böyu yayılıblar. İranın köklü əhalisi olan perslərin və midiyalıların ərəblərlə, kürdlərlə və türk-tatarlarla qarışmasından əmələ gəliblər. Farsların ən təmiz tipi Farsda, Yəzddə, Kirmanda, midiyalıların isə Mazandaranda və Gilanda qorunub –saxlanıb. Bu hissələrdə eləcə də İranın cənub hissəsində bunlar həm şəhər həm də kənd əhalisini təşkil edir, bütün qalan yerlərdə əsasən şəhər əhalisini. Aralarında köçəri olanı yoxdur. Təbii fars ari irqinin xüsusiyətlərini qoruyub hündürboy, düz quruluş, dözümlü, az qida ilə kifayətlənən, sakit xasiyətli, zəhmətkeş (xüsusən kəndli) və çevik ağıllı. Onlarda sənayəyə meyl var, amma onların ən sevimli məşğuliyəti ticarətdir. Ticarətdə onlar hazırcavab, tədbirlidirlər, ama dürüstlüklə seçilmirlər. Oturaq türk, illah ki köçəri, farsdan daha səmimi və dürüstdür.
Dinləri müsəlman-şiə. Aralarında sünnü və xristianlar yoxdur. Fars-şiə sünnülərə nifrət edir, fanatikdir, dini nifaqa və qarşıdurmalara, mövhumata, xurafata və dini təbliğata  xüsusi maraq göstərir.  

(Ardı var)         1883-cü il oçerki

Tərcümə etdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий