Vətən nədir?
Vətən uğrunda çarpışmaq,
haqsızlığa baş qaldırmaqdır.
Məzlum üçün döyüşməkdir.
Vətəni sevmək həm də
mənliyindən əl çəkənləri,
mənfəətini üstün tutanları
oyandırmaqdır.
Gözəl günlərə inanmaqdır vətən!
Əyrini doğrudan ayırmaq
haqqı nahaqqın pəncəsindən
almaqdır vətəni sevmək.
Vətən gözlərini üfüqə dikmək
sevgilini düşünməkdir...
Uğrunda ölümlərə gedib gəlməkdir.
Vətən hər şeyə baxmayaraq bir olmaqdır,
insan olmaqdır.
namusdur vətən!
Vətəni qorumaq,
sərhəd boylarında sülhü arzulamaqdır,
yalın ayaqlarınla, qabarlı əllərinlə
xoş günə çıxmaq,
o günü qorumaqdır
vətən...
Sabaha sahib çıxmaqdır,
müstəqil olmaqdır,
halalca qazanmaqdır-
və bir parça çörəyi paylaşmaqdır vətən!
Комментариев нет:
Отправить комментарий