Страницы

05.04.2013

Xosrov Barışan - ÇAĞDAŞ QƏZƏL

Çünki sevgi çaxırın gözlərindən içdi qəzəl,
Elə kefləndi bətər, al ışığı geçdi qəzəl.

Sarayın tanrıçasın övməyəli; hürr uçuram.
Duyub insan səsini, xalq içini seçdi qəzəl.

Dil bağın yağmaladı yad söz ilə əski qəzəl!
Yeniləndi, o alaq otlarını biçdi qəzəl.

Bəzi söz al-ver edənlər də modernik deyərək;
İsmlər noxtası beynində sanır köçdü qəzəl.

Əkləmir bir yeni qat, öz qatını hey dağıdır!!!
Yamsılır özgəni hər zadda, deyir heçdi qəzəl.


Da qəzəlsiz yıxılar musiqi adlı sarayım;
Malatımdır muğamım, ondaki kərpiçdi qəzəl.

Hamı bax; al-ver edir, şer yazırsan ((BARIŞAN))!!!
Gədə modlar bazarında yekə bir suçdu qəzəl!

Комментариев нет:

Отправить комментарий