Страницы

01.05.2013

Kiyan Xiyav. Ancaq qadın...

Adını manifest toxuma beynimə
Mən ürək adamıyam
Bir görüşdə tanıyar bir durumda
Necə köklü- kökənli olduğunu!...

Barmaqlarını feminist soxma gözümə
Nə özünü dubvarın ikinci cinsinə
Nə də məni niçənin qamçısına düyünləmə!
Nə sömürmək
Nə də sömürülmək
Bir başa sevmək, sevməkdir bizimkisi!...

Ağacmısan
Nə alma, nə üzüm
Özünü iydə ağacı üstün tut!
Adammısan

Nə atena, nə də baybecan qızı
Şıltaq bir qız uşağı qolaycasına!....

Bax
Mən uşaqsı yazıram səni
əlimə düşməz olduğunca uşaqlıq.
səninsə nə çılğınlığın bəlli
nə də yumuşacıqlığın.
oysa mən səni ilk dönə görəndə
uşaq olsaydım
anamın əlindən belə boşlanıb qaçardım!....

Biz yaşamın dadını aldırmadan
Güc- bəlayla dolanırıq sizsiz
Üstündə israfa uğramadığımız
Yalnız sizin adınıza tökülmüş dizələr...


nə gözəl, nə də özgür bir tanrıça
sənin yalnız bir adın var:
qadın!
Sənin necə dəyərli olduğuna
Mənim üçün bu yetər:
Anam bir qadın idı
Bacım bir qadın
Nazlıca qızım bir qadın olacaq
Və sən sevgilim qadınsan
Insanlıqdan könül alma ustası!...

Kimsən, nəsən, bilmirəm
Ancaq adın
amazonda dalqalanan kin köpüyü deyilsə
və əllərin
apulineri acuna bağışlayan ancelikadırsa
buyur!
Səni
Gülüşlərindən doymayan gözlərimlə
Ağlayışlarından hələ getməyən qulaqlarımla
Bir insan sevirəm
Bir qadın deyil
Bir insan!...

Комментариев нет:

Отправить комментарий