Yoldan keçərkən avtomobil gənc oğlanı vurub kənara atır…
Bu zaman yarıcan halda, onun edə biləcəyi tək şey düşünməkdir:
Ailəsini düşünür: Anam! O bu hadisədən xəbər tutsa… Ya atam?.. Axı onun da ürəyi var!
Həyata qarşı, qarşısı alınmaz duyğusallığı: Görəsən dünyamı dəyişsəm, dostlarım… Görəsən dostlarım neylər?.. Sosial şəbəkələrdə şəkillərim vardı, hər biri öz profilinə məni yad etmək üçün həmin şəkillərimi yerləşdirəcəklərmi, şəklin aşağı küncünə də qara lent çəkmək olar. Üzv olduğum gənclər təşkilatları, oxuduğum ali məktəb, yaşadığım küçə… Bəs bu sadaladığım məkanlarda məni kütləvi yad edərlərmi?. Öhö, öhö…
Bu nədir, ağzımdan qan gəlir. Ölürəm, köçürəm bu dünyadan. Sürücü - vicdansız qaçıb getdi. Nəfəs ala bilmirəm, günəşin parıltısı gözümə qara ləkə tək görsənir. Getdikcə pessimizm burulğanına sürüklənirəm, artıq həyatdan nəsə gözləmək də əbəsdir. Yaxşı ki, bir vaxtlar nənəm mənə kəlmeyi şəhadəti öyrətmişdi. Ruhun şad olsun nənə! Gəlirəm yanına…
Dayana bilmirəm, bədənim bütöv ağrıya qərq olub. Yaxşısı budur sevgilimə son sözlərimi yazım, yox onu günahlandırmayacam. İstəmirəm başa düşsün ki, sevgimi rədd etməsi üzündən daldığım dərin düşüncələr məni bu hala saldı… Cəhd elə qalx “özüm!” bacaracaqsan… Yox ağrılar hərkətimi dayandırmış, tamamilə iflic halındayam. Görəsən nə vaxt gözlərimi yumacam əbədi?.. Aha ilk adəm övladı dəyir gözümə...
“Dayan qardaş, indi çağrıram ambulansı.. Dözümlü ol, gəlir”.
Nə deyir bu görəsən, danışa da bilmirəm deyim ki, ehtiyac yoxdur onsuzda gedirəm...
“Aman Allah” Hə?.. Nədir?.. O niyə belə deyir?.. Nə olub belə, ayağım?..
Dərin dumanlığın içərisindən uzaqdan bir qrup insan axını daha… Bu məni yavaş-yavaş təlatümə salır. Tək olarkən ölümdən qorxmurdum indi bu adamların hay-həşirindən təsirlənib ölümə düşmən olmayasan neyləyəsən… Eh!..
“…” telefonuma zəng gəlir deyəsən.
“Alo, xanım, telefonun sahibi qəza keçirib”
“…?! …?”
“mən yoldan keçən biriyəm, burada Yuxu prospektində qəza baş verib”
“…?!”
“bəli, bəli, həmin yolun üstündə bu telefonun sahibi qəza keçirib”
“…!”
Bu mənim sevgilim idi. Həyəcandan yüksələn səs tonu mənə onu tanıtmış oldu. Görəsən mənə niyə zəng edib, axı hər şeyin bitdiyini hesab edirdim. Son görüşümüzdə o nömrəmi gözümün önündəcə silmişdi.
…(düşünürəm). Demək ki, ayrılıq onun da ürəyincə olmayıb. Nə fayda artıq gecdir sevgilim!.. Gəlib başımın üstündə qara bulud olub yağış yağdırsan da faydası yoxdur, çəməndəki güllər soldusa açan deyil artıq…
Qəza zamanı eşitmə sinirimin zədələnməs səbəbindən ağır eşidən qulağıma vıyıltı səsi gəlir. Deyəsən ambulansdır. Çətinliklə nəfəs alıram, mənimlə ehtiyatlı olun! Aaay Allah! Dedim axı ehtiyatlı olun. Aaaay! Bunlar kimdir? Axı başımın üstündə həkimlər olmalı idi. Polislər burda nə gəzir. Bu vıyıltı?.. Hə, indi gəldilər mənə tək aşina dostlarım-həkimlər. Sizə ümidliyəm, baxın da, mən çətin adamam, sevgilimlə də buna görə ayrılmışam. Siz gərəkəldən – ayağdan gedəsiniz ki, şikəst də olsa bu ağır həyatda yaşamağa nail olum. Doğmalarıma doymaq üçün hələ çox erkəndir amma qədər, qismət, ölümsə ölüm. Artıq maşının içərisindəyəm. Ax!.. Damarıma nəsə sancıldığını hiss elədim. Gözlərim qapanır. Ölmək üzərəyəm, bu nədir yaşıl çəmənlik, görürəm. Deyəsən cənnətdəyəm, uşaqlıq xatirəmdə əks olunan kəndimizə necə bənzəyir……..
“……….”
“Hə, nədir nə olub?! Kimsən sən? Gözlərim!.. O işığı söndür gözlərim qamaşır. Mən palatadayam?”
“Nə palata oğlum, sən nə danışırsan?”
“…”
“Oyan, dərsinə gecikirsən. Belə getsə Universitetdən qovacaqlar səni”
“Ana?! Mən hardayam?”
“Əstağfirullah, ay bala evindəsən, dur üzünə su vur ayılsana, sənə min dəfə demişəm o triller romanlarını az oxu”.
“Ehh ana, yaxşı, indi hazırlanıb gəlirəm…”

Комментариев нет:
Отправить комментарий