Страницы

06.05.2013

Vasif Əlihüseyn - Yuxuma girdiyin kimi

QAR ŞEİRİ

Nişanlı qız oldun, təbriklər sənə,
qapınız döyülür bir dur ayağa.
Mənimçün verilən sözə, xəyanət,
mənimçün olunan zəngə qadağa.

Keçib bu söhbətin üzü-üzümdən,
bütün otağımı sənsiz,yox alıb.
Nə yaxşı, biz bu gün danışmamışıq,
nə yaxşı bir az da, vaxtım çoxalıb.

Qatıbdır başımı dəftər, kitablar,
bürünüb rənginə indi, bu gecə.
Bir də ki, qar yağıb getdiyin yola,
daha üzümə də ağ olub küçə.


Sənin unutduğun oğlanam, həmin,
elə bu şəhərdi dərdimi bilir.
Elə sən yuxuma girdiyin kimi,
hardasa, qoluna bir oğlan girir.

Sən

Sən
Yaddaşımdakı,
həmin saçı kəsik qızsan
dilim gəlmir səni qınamağa...

Səni unutdum,
Səni görən günü unuda bilmirəm.
Göz yaşlarım
getdiyin yollardı yanaqlarımda,
hər dəfə
təzələyirəm ayaq izlərini.

Heç bilmirəm,
Necə xoşbəxt olacaqsan.

Комментариев нет:

Отправить комментарий