Страницы

23.06.2013

Bir gecə burax mənə

Aybəniz Əliyar

Bir gecə burax mənə,
gündüzdən yorğun düşən,
Səhərə diri çıxan.
Bir gecə burax mənə,
qaranlıqdan üşüyən,
ayrılıqdan darıxan.
Bir gecə burax mənə,
Aydan taxt-tacı olsun,
ulduzlardan bəzəyi.
Bir gecə burax mənə,
Qoy olsun qucağında
bol işıldaböcəyi.
Bir gecə burax mənə,
gözlərimi şəfəqli,
ömrü naxış eyləsin.

Bir gecə burax mənə,
ehtirslı ətrinlə
məni bihuş eyləsin.
Dolsun içimə ziya,
səhərədək yatmayım.
İçimdəki qorxunu
yatırım o gecə də
yatsın, siz oyatmayın.
Bir gecə burax mənə,
qurban verim özümü
o gecənin hökmünə,
Nə ola sənlə dolu
bir gecə burax mənə...

Комментариев нет:

Отправить комментарий