Страницы

28.06.2013

BİR İNSAN NƏ ZAMAN YAZAR OLUR BİLİRSİNİZ?!!

Xuraman Nuru

Bir yazar, nə zaman yazar olur bilirsiniz? Ürəyindəkilər dolub daşdığında və kimsənin onu anlamadığını düşündüyündə…Oxuduğu kitablardan çıxıb, özünün kitabını yazmağa başladığında…Kəlimələrlə bir vals kimi, bir tanqo kimi rəqs edəndə, yarımçıq qalmış bir musiqinin gizli və həzin bir səsi kimi qulağına, bütün bədəninə yayılan zaman göz yaşını saxlaya bilməyəndə… Yazar olmaq; öz dünyasının müsiqisini bəstələməkdir . Gərəkdiyində üsyan bayrağını çəkmək, gərəkdiyində nəmli gözlərinin o gözəl yaşlarını kâğızına damlatmaq, qələmini də özünə mərhəm bilməkdir . Bir yazarın ən çox sevdiyi şeylerden biridir qələmi. Qələm bitər, kâğız bitər. Ürəkdə hiss edilən çarəsizlik bitər, çəkdiyi acılar bitər, qayğılar bitər,eşqi bitər. Amma bir yazar bu qədər bitmişlərin, tükənmişlərin arasında yenə də yazabilirsə bax o zaman doğrudan da bir yazardır. Yazar, acıları yazar. Yazar, sevinci yazar. Yazar, xəyyalarının artıq gerçəyə dönəcəyini gözləyə- gözləyə acı ilə yazar.

Mən nə zaman yazar oldum bilirmisiniz? Ətrafımda o qədər insan varkən, o qədər insan selinin ışığında, özümün qaranlığımı,özümün yalnızlığımı gizlindən gizlinə kəşf etdiyimdə…Sığınacaq bir limanımın olduğunu illərdi sandığımı düşündüyüm zaman birdən dəli dalğalarla döyüşən bir gəmi kapitanı olduğumu anladığımda , möhkəm-möhkəm sixdığım əlimi açdığımda orada yalnızca qələmimin olduğunu anladığımda oldum yazar..Əslində hərkəs yazardı. Hərkəs yazan ola bilirdi. Amma yazar olmaq başqa şeydi. Yazar, ürəyində bir acı hissedəndi, hər gördüyü hadisə, hər eşitdiyi söz ürəyinə toxunandır yazar..Hər kəsdən küsdüyündə yanında olan dostu qələminə söykənib ağlayandır bir yazar..Bir yazar tək kədər yox, sevinci də çox gözəl alır qələmə. Əvvəl titrər vücudu, qəlbi sıxılar amma sevincdən, xöşbəxtlikdən olar sadəcə. O an üzündə gözəl bir gülümsəmə olur, yazar, durmadan yazar o anda. Bax o zaman hərkəsə, hayatda sadəcə acının olmadığını anladar … Bir yazarın da tək kədərlə deyil sevincli anlarlada ilhamlandığını yazar .. Mən ən gözəl sevincli yazımı bilirmisiniz nə zaman yazdım?!Xəyallarımda sarıldığım ümudlərimi gerçəkdə tapdığımda. O əslin də hər zaman yanımda imiş , sadəcə mən görmək istəməzdim necə ki , mənim kimi çox insan görə bilmir…İndi qələmə aldıqlarım bir səsli vidyo kimi yazıram sətirlərimə.. Səs salıram cahana.. Bir yazar, ən çox öz səsini, iç səsini duyar. Ondandır başqa səslərin , hətda öz adının belə özünə yad olması hiss etməyi . Çünki o yazardır, yazar olaraq qəbul etmişdi adını. Mən nə zaman adımı unutdum bilirsiniz? Acılarımla başqalarının acılarına dərd ortağı olduğunu gördüyümdə.Yazılarımla dostlarımın , məni oxuyanların gözlərini nəmləndirəndə, o ürəklərin sarı siminə toxunduğum zaman və elə o zamanlarda adımdan ‘Yazar’ deyə bəhs edildiyində, yazar olaraq tanındığımda o zaman öz adımı unutdum. Bəzən bir ümüd , bəzən acıydım, bəzən real bir dost və bəzən ən əlçatmaz xəyaldım. Amma əsas adım ,,yazarmış” demə sonunda anladım...Bir yazarın, ürəyini daha çox parçalandığı nə zamandır bilirsiniz? Sual işarələri azalıb, noqtələrin çoxaldığında…Yazar, nöqtə qoymağı bildiyi zaman həyatı öyrənir. Mən nə zaman həyatı öyrəndim, bilirsiniz? Nöqtələrım içime işləyib, sətırlərimdən daşdığında. Anladım ki, həyat gülümsəyənləri daha çox sevirmiş. Nöqtələr qoyulunca da həyat daima gülümsəyərmiş. Bitən bitərmiş. Bitəni yazdım, gedəni yazdım, dönəni yazdım. Gedənlər oldu da sətırlərımdə, dönənlərdə ….
Bir yazar, ne zaman əsl bir yazar olur bilirsiniz? Ümüdlər intihar etdiklərində, qələmlərindəki ümidlərın heç tükənməyəcəyini bildiklərində… Bunu dərk etmək çətindir. Amma həyat əslındə çətin yollardan keçər. Yazar, adını nə cür yazarsa yazsın, həyat və insanlar, ürəyindəki o təlatümlü fırtına heç durulmadan onu yazar olaraq yazar.
Mən de bir qulum ən nəhayyətində. Bir yazar, ilhamını nə eşqdan, nə sevgidən, nə de xəyanətdən alır. Onun aldığı ilhamın əsas səbəbi , o qulu; o yazarı yaradan, YARADANDIR!!. Bir yazar böyüklüyünü Yaradanına borçlu olduğunu bildiyində o zaman öz ölümsüzlüyünü yaradır. Bax o zaman O doğurdan da gerçək bir yazardır.

Комментариев нет:

Отправить комментарий