Страницы

16.06.2013

Mehriban Əliyeva “Ülviyyət” mükafatına layiq görülüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Ülviyyət” ictimai mükafatına layiq görülüb.

Bu  barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında bildirib. H. Hüseynova deyib ki, M. Əliyeva qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təkliflər nəzərə alınaraq bu mükafata layiq görülüb. O, qeyd edib ki, ülviyyət M. Əliyevanın humanist missiyasının    ayrılmaz parçasıdır: “Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də, Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən “Ülviyyət” ictimai mükafatına layiq görülür. Ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq” (zaman.az)

Комментариев нет:

Отправить комментарий