İlqar Salmanov
Azərbaycan müxalifəti heç vaxt indiki kimi monolit ola bilməmişdi. 20 ildir ki, müxalif düşərgə sayı bilinməyən dərəcədə birləşmələr-parçalanmalar dalğasının ağuşundadır. Elə ən çox da bu prizmadan ictimai qınağın hədəfinə çevriliblər. Azərbaycan insanı həmişə müxalifləri birləşməməkdə, siyasi iradəsizlikdə qınayıb. Və bugünə qədərki uğursuzluqlarını da bu səbəblərlə bağlayıb.
Amma, belə görünür ki, tilsim qırılıb-Milli Şurada ölkənin əsas müxalif simaları bir araya gəlməyi bacardı. Çoxlarımız üçün illərdir arzusunda olub, təsəvvür edə bilməyəcəyimiz bir siyasi mənzərə yaranmaqdadır. Milli Şura Azərbaycan siyasi palitrasını büsbütün dəyişdi. Mən bu birliyə aparan yol və səbəblər haqqında danışmaq istəmirəm.
Milli Şuranın doğurduğu rezonansa siyasi hakimiyyətdən qarışılıq verilməkdədir. Tamamilə gözlənilən və başadüşüləndir. Əks cəbhədə dayanmış tərəf başqa nə etməlidir ki?
Milli Şuraya “gözlənilən və başadüşülən” başqa bir-“partizan zərbəsi” də müşahidə olunmaqdadır. Daha çox narahatçılıq və təəssüf doğuran da budur: Ağacı içərisindən qurdu yediyi kimi.
Siyasi hakimiyyət yenə də vasitələrindən biri kimi “partizanlarını” təlimatlandırıb, buraxıb meydana. Bu “partizanlar” da zərbələrinə siyasi don geyindirməklə Milli Şuraya sağdan-sola yağdırırlar.
Milli Şuraya elan olunduğu ilk gündən müxtəlif çamurlar atılmaqdadır. İttihamların daha çox ümumi sözlərlə ifadə olunması, arqumentsizlik isə “xüsusi təyinatlıların” halına acı doğurur.
Son günlər isə “vahid namizəd” məsələsi daha çox dəbdədir. Bu məsələ həmişə müxalifətin yaralı yeri olub, həmişə də daha çox bu yerdən zərbə dəyib. Və nəticə də “uğurlu” olub. İndi də Milli Şura “vahid namizəd”lə vurulur. Rauf Arifoğlunun “Abbas Abbasov tapıntısı”, Sərdar Cəlaloğlunun “Rafiq Əliyev tapıntısı”...
Necə olursa-olsun Milli Şura haqqında ictimai və məlum arenada çaşdırıcı rəy formalaşdırmaq tapşırığı alanlar sırasında təəssüf doğuran simalar da var.
Misal üçün, Əli Əliyevi, Qüdrət Həsənquliyevi, İqbal Ağazadəni, Sərdar Cəlaloğlunu və s. başa düşmək olar. Onlarla işimiz yox, zatən bu kəslərin nə deməsinin bir dəyəri də yoxdur.
Amma Pənah Hüseynin, Arif Hacılının, Rauf Arifoğlunun mövqeyi az da olsa təəssüf doğurur. “Yeni Müsavat” qəzeti daha çox “peşəkarlıq” göstərir. Son günlər Milli Şuranın vahid namizədi məsələsi bu qəzetin başlıca mövzusuna çevrilib. Olsun. Amma diqqət çəkən odur ki, Rauf Arifoğlunun komandası Milli Şuranın namizədi kimi Abbas Abbasovun adını hallandırır. Müxtəlif siyasilərin bu yöndə açıqlamaları, şərhlər və s.
Düşünülmüş taktikadır-Abbas Abbasovun Milli Şuranın vahid namizədi kimi təbliğatının necə sonuclana biləcəyi bəllidir.
Bu məsələ ilə bağlı Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da açıqlama verdi: Milli Şuranın namizədi kənardan yox, özündən olacaq.
Bu isə o deməkdir ki, Abbas Abbasovdan əl çəkmək lazımdır, onun namizədliyindən söhbət gedə bilməz. Amma...
İndiki halda “Yeni Müsavat” kimi geniş oxucu kütləsi olan bir qəzetin bu təbliğatının ümumi maraqlara vura biləcəyi zərbə yumşaq desək arzuolunan deyil.
Arif Hacılı da Milli Şuraya münasibətdə eyni mövqedədir. Arif bəy bəzən açıq, bəzən də dolayısı ilə Müsavat partiyasının öz namizədi ilə seçkiyə qatılacağını israr edir. Hətta bir az da önə gedib, AXCP-nin də öz namizədi ilə seçkiyə qatıla biləcəyinə işarə edir. (Baxmayaraq ki, Əli Kərimli birmənalı şəkildə Milli Şuranın vahid namizədlə seçkiyə qatılmasının tərəfdarıdır).
Sirr deyil ki, demokratik seçki mühiti, nə bilim seçkidə şəffaflıq və s. bir yana, Milli Şuranın əsas missiya və vəzifəsi məhz seçkiyə vahid namizədlə qatılmaqdır. Bu həqiqəti Şurada təmsil olunan siyasilər də etiraf edirlər. Elə xalqın məlum kəsimi də bunu gözləyir. Vahid namizəd olmayacağı halda Milli Şuranın uğursuzluğu məlumdur.
Vahid namizəd üzərində spekulyasiya etmək isə əks tərəfin əlinə oynamaqdan başqa bir şey deyil. Belə bir həssas məqamda, Milli Şuranı çox-çox həssas sayılan “vahid namizəd”lə vurmaq isə siyasi hakimiyyətin “partizanları”nın işi ola bilər.
Eh, “partizanlar”, yarasalar...

Комментариев нет:
Отправить комментарий