Страницы

30.06.2013

Snouden qalmaqalı


 Amerikanın MKİ haqqında yaranmış "qüdrətli,hər şeyi görə və eşidə bilən" mifi dağılmaqdadır. Buna səbəb MKI-nin daha bir agentinin informasiya oğurlaması və agentin izlənməsi zamanı MKI-nin özünün dalbadal səhvləri olub. Hesab olunur ki, Cozef Snauden MKI-dən 100 minlərlə məxfi fayl oğurlaya bilər. Amerikaya qayıdacağ tədqirdə onu məhkəmə və ölüm cəzası gözləyir.
 Qaçaq agent Vaşinqton-post qəzetinə ilk müsahibəsindən sonra,2-3 gün ərzində MKI-nin onun ağzını yummağa vaxtı olub, lakin səhv etmək qorxusu bu addımı atmağa imkan verməyib.
Snouden ilk açıqlamasında bütün dünyada qurğu şifrəsilə şifrələnməyən danışıqların və mesajların izləndiyini bildirmişdi.
 Ikinci müsahibədən sonra,artıq onun Honkonqda yaşadığı otelin nömrəsi də hamıya məlum olub, lakin bu dəfə MKI ilk səhvə yol verib: onun pasport adında "Edvard Cozef Snouden" əvəzinə, səhvən "Edvard Ceyms Snouden" sorğusu göndərdiklərindən, Snouden maneəsiz pasport kontrolunu keçərək, Moskvaya uçub. Honkonqun rəsmi açıqlamasında isə "biz sorğudan kənar kimi isə saxlaya bilməzdik" deyilir.
 Moskvaya uçan Snouden Damodedova aeroportunun tranzit zonasinda VIP müştərilər zonasındadır, jurunalistlərin gözünə görünmür, yəqin ki, MKI-nin qatillərindən qorxur. Və MKI ikinci dəfə səhv edir: Snoudenin pasportunu ləğv edir. Bu isə o deməkdir ki, Snouden istəsə də, siyasi sığınacaq almadan Rusiyadan uça bilməz-artiq onun pasportu yoxdur! Sonra isə, ABS  Rusiya hökumətindən Snoudeni tələb edir. Cavabında V. Putin deyir: "Bu işdə Rusiyaya qarşı olunan tələblər boşboğazlıq və sayıqlamadır! Snouden trazit zonasındadır və DE-YURE o Rusiyanın sərhəddini keçərək, onun ərazisinə daxil ilmayıb. Tranzit zonasında o istənilən qədər qala bilər, bunun üçün ona heç bir sənəd tələb olunmur. Və tranzit zona nə Rusiya, nə də Amerika qanunlarının təsir zonası olmadığından bizim onu tutuqlamağa ixtiyarımız yoxdur. Bir də ki, Snouden nə edib? O, informasiyanı yaymağa çalışır. Niyə onu tutmaq , susdurmaq lazımdır?! Mən heç kimə bu işlə məşğul olmağı məsləhət bilməzdim... bu donuzu qırxmağa bənzəyir... ciyiltisi çox, faydası isə, az olacaq".
 Obama isə bu məsələ ilə bağlı deyib : "..Əlbəttə ki,Snoudenin hansısa dövlətə uçacağı tədqirdə biz onu vurmağa 3-4 pilotdan ibarət qırıcı təyyarə göndərmək fikrində deyilik..."
 Snouderin sosial şəbəkədəki statusundan : "...axı , pilotsuz təyyarələr də vardır.!"
 Bu casus qalmaqalı artıq bütün dünyada əks-sədaya səbəb olub, bir çox dövlətlərdə ictimaiyyət öz hökumətlərindən Snoudenə siyasi sığınacaq verilməsini tələb edirlər. Kuba Respublikası hökuməti isə, Snoudeni məmmuniyyətlə qəbul etməyə hazır olduğunu bildirib. Xatırladıram ki, Kuba bu günədək heç bir siyasi mühacirə rədd cavabı verməyib və minlərlə siyasi mühaciri qəbul edib.
 Mənsə hesab edirəm ki, Snoudenin fayllarının böyük hissəsi artıq V. Putinin aypadına yüklənib, ona görə də, o "donuzun ciyiltisindən" elə arxayın danışır...
 Putin son 1 ayda 2-ci dəfə ABŞ-in üzünə tüpürüb!
 Daha bir şok məlumat: mühacir MKI agenti Snouden Honkonqda verdiyi musahibəsində Toni Bleyer barədə "xain" ifadəsini işlədib.
Snoudenin Ekvador hökumətinə siyasi sığınacaq üçün müraciətindən sonra digər cəsus qalmaqalında adı hallanan Asanj ona siyasi sığınacaq verildiyini bildirmişdi. Lakin Vaşinqtonun reaksiyasi sərt oldu: o, Ekvador hökumətini Snoudenə sığınacaq verəcəyi tədqirdə iqtisadi sanksiyalarla hədələmişdi. Cavabında Ekvador hökuməti Asanjın sosial şəbəkədə sığınacaq barədə məlumatları inkar etmişdi. Venesuella prezidenti dünən Venesuaellanın milli Televiziyasında publik olaraq Snoudenin müraciət edəcəyi tədqirdə ona dərhal siyasi sığınacaq verəcəyini və onun təhlükəsizliyini təmin edəcəyini bildirib. Hesab edirəm ki, bu təsadüfi deyil. Əslində bu bəyənat Kremlin Venesuella hökumətilə isti münasibətlərinin və V. Putinin "Niyə onu tutmaq, susdurmaq lazımdır?! Mən heç kimə bu işlə məşğul olmağı məsləhət bilməzdim..." sözlərinin davamı kimi baxmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий