Страницы

21.07.2013

Aleksandr Duqin: "Azәrbaycan-Rusiya münasibәtlәrindә yeni sәhifә açılır"

Moskva Dövlәt Universitetinin professoru, Beynәlxalq Avrasiya Hәrәkatının lideri, siyasi elmlәr doktoru Aleksandr Duqin Vesti.az saytına ekskluziv müsahibә verib. istiqamet.com olaraq həmin müsahibəni Azərbaycan dilində sizə təqdim edirik:

-3 iyulda Azәrbaycan vә Rusiya prezidentlәri arasında ikitәrәfli әmәkdaşlığın inkişaf perspektivlәrininin dә müzakirә edildiyi telefon danışığı baş tutub. Bu günlәrdә isә bәzi KİV-lәrdә Putinin avqustun ortasında Azәrbaycana sәfәr edәcәyi mәlumatları yayıldı. Sizin fikrinizcә Rusiya prezidentinin Azәrbaycana sәfәrinin mәqsәdi nәdir?

-Hal-hazırda Rusiya-Azәrbaycan münasibәtlәri özünün çәtin dövrünü yaşayır vә buna görә daha çox diqqәtli yanaşmanı tәlәb edir. Düşünürәm ki, indiki vәziyyәtdә Azәrbaycanın mövqeyi nәzәrә çarpacaq şәkildә dәyişlmәlidir. Çünkü regiondakı qüvvәlәr nisbәti dәyişmәkdәdir. Biz Amerikanyönümlü siyasәtin hәr tәrәfdә uğursuzluğa sәbәb olduğunu görürük: Türkiyә vә Misirdәki hadisәlәr göstәrir ki, Amerika vә onun müttәfiqlәri-Sәudiyyә Ərәbistanı vә Qatar- siyasi proseslәrin tәşkili vә idarә olunmasının öhdәsindәn qәtiyyәn gәlә bilmirlәr. Suriya prezidenti Bәşәr Әsәdin hakimiyyәtdә hәr keçәn gün daha çox qalması isә Amerikanın regiondakı rolunun azalmasına sәbәb olur vә daha çox insan başa düşür ki, Amerikanın kömәyi ancaq dağılmaya, parçalanmaya vә xaosa gәtirib çıxarır. Mәsәlәn, Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-a stavka etdi vә bu, Gürcüstanın әrazi bütövlüyünün itirilmәsi ilә nәticәlәndi. Türkiyәnin başnaziri Әrdoğan ABŞ-a stavka etdi, nәticәdә xalq üsyanı ilә qarşılaşdı. Misir prezidenti Mursi ABŞ-a stavka etdi vә Әsәdә qarşı açıq cәbhә aldı, nәticәdә Mursini hәrbi çevrilişlә hakimiyyәtdan uzaqlaşdırdılar. Bütün bunlardan isә aydın olur ki, regiondakı siyasәti artıq ABŞ müәyyәn etmir. Son illәrdә özünü regionda aparıcı dövlәt olaraq görәn Türkiyә belә özünün bütün siyasi proektlәrindә uğursuzluqlarla üzlәşib. Artıq Türkiyә heç bir şeydir. Türkiyәnin gücü daxilindәki antiӘrdoğan üsyanları vә cәnub regionlarındakı qarmaqarışıqlıqlarla çox zәiflәdilmiş vә onun Suriyaya qarşı girişimlәri isә nәticәsiz qalmışdır. Bütün bunların nәticәsindә Türkiyә müәyyәn müddәtә regiondakı әvvәlki rolundan kәnarlaşdırılmışdır. Bütün bu hadisәlәr Bakıya açıq-aydın onu söylәyir ki, onun ABŞ-la yenidәn danışıqlara başlaması, Qәrblә yaxınlaşmağa tәkrar cәhd etmәsi bütün bu yuxarıda söylәdiyimiz qarışıqlıq vә parçalanma dalğasının Bakıya sıçramasına sәbәb olacaq. Düşünürәm ki, Putinә Әliyevlә ciddi danışmaq lazım gәlәcәk. Çünkü vәziyyәtin aydınlaşması lazımdır. Әgәr Әliyev Saakaşvili, Mursi vә Әrdoğan kimi Qәrb yönümlü rejimlәrin getdiyi yolu getmәk istәyirsә bu, Moskvanı qane etmәyә bilәr. Yeri gәlmişkәn eyni şeyi ermənilәr haqqında da demәk olar. Əgәr Ermәnistan Qәrblә әmәkdaşlıq etmәk istәyirsә o zaman biz onunla başqa şәkildә danışa bilәrik. Fәqәt regionda amerikan politikasının süquta uğradığını vә İranda yeni prezidentin seçilmәsini nәzәrә alsaq Rusiya-Azәrbaycan münasibәtlәrindә istifadә edilәn tonun dәyişilmәsinә ehtiyac vardır. Bakının bir dәfәlik başa düşmәsi lazımdır ki, Azәrbaycanın әrazi bütövlüyünün qarantı ABŞ vә Türkiyә deyil, mәhz Moskvadır. Bu mövzuda әgәr Rusiya öz mövqeyini dәyişәrsә Azәrbaycanın öz әrazi bütövlüyünü bir dәfәlik unutması lazımdır. Buna görә dә fikrimcә Putinin, Bakının bundan sonra kiminlә vә hansı şәkildә әmәkdaşlıq edәcәyi barәdә seçim etmәsi gәrәkәn Әliyevlә ciddi söhbәt etmәsinin zamanı çatıb. Bu zaman Rusiyanın Azәrbaycana qarşı böyük simpatiyasının olduğunu da nәzәrә almaq lazımdır. Bakı bizә dost vә müttәfiq ölkә kimi lazımdır. Hesab edirәm ki, hal-hazırda Moskva, Bakı, İrəvan vә Tehran Qarabağ münaqişәsi ilә birlikdә mәşğul olmalıdırlar. Amma ABŞ vә AB-nin iştirakı olmadan.

-Belә çıxır ki, Putin Bakıya Bakının qarşısına ya Qәrb ya da Rusiya şәrtini qoymaq üçün gedir?
-Putin Bakıya dostunun yanına gedir. Regionda formalaşan yeni şәrtlәrә görә hәtta mәn deyәrdim ki, qardaşının yanına gedir! Putin Bakıda necә danışacaq? O deyәcәk: amerikalılar vә avropalılar, rәdd olun buradan! Heç bir NATO vә AB! Biz özümüz Azәrbaycanla oturacağıq, mәsәlәlәri müzakirә edib hәll edәcәyik. Hәqiqәtәn dә Azәrbaycana regionda formalaşan yeni şәrtlәr fonunda sәfәr edir! Son dövrlәrdә regionda xeyli qlobal geopolitik dәyişikliklәr baş verib vә әvvәllәr sadәcә xәyal olan hadisәlәr indi fakta çevrilib.
Mәnim Bakıdan qayıdan bir çox hәmkarımın dediyinә görә Bakıdakı ekspertlәr mәnim mövqeyimlә Kremlin mövqeyi arasında nә qәdәr uyğunluq olduğu ilә maraqlanırlar. Onlara mәslәhәtim budur ki, әn yaxşısı mәnim analizlәrimә vә analizlәrimdәn sonra Rusiyanın bölgәdәki siyasәtindә vә bölgәdә nәlәr baş verdiyi arasındakı uyuma baxsınlar. Bәli, mәn hesab edirәm ki, Azәrbaycan-Rusiya münasibәtlәrindә yeni sәhifә açılır vә bu sәhifәdә Azәrbaycan qarşısına cox ağır şәrt qoyulur: bundan belә ABŞ, AB vә Qәrb kimi kәlimәlәri әbәdilik unutmaq.

-Aleksandr Qeleviç, 2008-2012-ci illәr arasında Medvedev, Әliyev vә Sәrqisyan arasında çoxsaylı görüşlәr keçirildi. Vә o görüşmәlәrә ABŞ dәvәt edilmәmәklә oyundankәnar saxlanıldı. Bununla belә o görüşmlәrin Azәrbaycan üçün heç bir müsbәt nәticәsi olmadı. İndi bir şey dәyişәcәkmi?
-Mәn Azәrbaycan mediasına, hәmçinin Ermәnistan mediasına da dәfәlәrlә söylәmişәm ki, birincisi, Qarabağ münaqişәsi heç bir pozitiv hәll yoluna malik deyil. İkincisi dә, ABŞ-la bәrabәr Medvedevi dә oyundankәnar vәziyyәtә salmaq lazım idi. Çünkü Medvedev “Iphone”da oyun oynamaqdan başqa bir şey bacarmayan fiqur idi. O heç bir şeyi hәll etmirdi. Medvedevin zamanında heç bir politika yox idi vә ola da bilmәzdi. Bu, Putinin iqtidara qayıtması üçün oynanılmış oyun idi. Rusiyanın bütün әhalisi vә siyasi elita bunu bu şәkildә bilir. Medvedev taksi sürücüsü kimi hara desәlәr ora sürürdü. Onunla danışmaq, nәyisә müzakirә etmәk mәnasız idi, çünkü ölkәni Putin idarә edirdi. Üstәlik hәm dә çox inamla vә ardıcıllıqla. Onun mövqeyi keyfiyyәt olaraq heç dәyişmәyib: ölkә idarәedilmәsi haqqında tutduğu kurs әvvәlki kimidir, amma siyasi reformların hәyata keçirilmәsi prosesi sürәtlәnib.
Düşünürәm ki, Әliyevlә Putinin görüşü çox gözәl dost әhval-ruhiyyәsindә keçәcәk. Tәbii ki, әgәr Әliyev bu görişmәdә Putinә "biz ABŞ-ı bundan sonra unutduq" sözünü verәrsә. Әliyev üçün Putinlә görüş zamanı ABŞ faktorunu nәzәrә almamaq lazımdır. Mәn Әliyevin ABŞ faktorunu tamamilә unutması gәrәkliyi barөdә danışmıram. Qeyd edirәm ki, bu faktoru sadәcә Putinlә görüşmә zamanı dilә gәtirmәmәk lazımdır. Bunu etdiyiniz zaman sizin Putinlә danışığınız indiyә qәdәrki bütün danışıqlardan da çox gözәl alınacaq. Elә mәhz buna görә indidәn insanları danışıqlar zamanı köhnә alışqanlıqlarını ortaya qoymamağa çağırıram. Bu Azәrbaycan üçün çox vacibdir. Әgәr iki dövlәt başçısının danışıqlarında ABŞ kәlimәsi tәlәffüz edilmәzsә o zaman siz danışıqların sonunda tamamilә fәrqli Putin görәcәksiniz. Vә yeni Rusiyanı görәcәksiniz. Güclü, öz maraqlarını düşünәn vә regional hegemonluğa iddia edәn Rusiyanı görәcәksiniz. Ancaq biz bu rolun öhdәsindәn tәk gәlә bilmәrik. Bizә müstәqil tәrәfdaşlar vә müttəfiqlər lazımdır ki, onlarla bәrabәr Avrasiya syasәtini qura bilәk. Vә bu zaman Qarabağ mәsәlәsindә nә isә danışmaq olar.
ABŞ vә AB-dәn başqa Azәrbaycan rәhbәrinә İsrail haqqında danışmaq da lazım deyil. Hal-hazırda Bakıda olduqca çox lazımsız İsrailli var. Fikrimcә, Putinin gәlişinә qәdәr onların hamısını deportasiya elәmәk lazımdır ki, danışıqların dostyana vә sakit şәkildә keçmәsinә kimsә mane olmasın. Әslindә İsrail Dәmәşqi bombardman edәndәn sonra Rusiya ilә müharibә vәziyyәtindәdir. Putinin İsrailә hal-hazırda münasibәti çox dәyişib. Buna görә dә Bakıda İsrail agentlәrinin çoxluğu danışıqların uğurlu keçmәsinә tәhlükә yarada bilәr.

-Bu ilin oktyabr ayında Azәrbaycanda prezident seçkilәri keçirilәcәk. Putinin Azәrbaycana sәfәrini İlham Әliyevә verilәn dәstәk kimi yorumlamaq olarmı?
-Mәncә Putin sadәcә olaraq Әliyevlә ciddi danışmaq istәyir. Yaddan çıxarmaq olmaz ki, postsovet ölkәlәrindә istәdiyiniz şәxsi iqtidardan uzaqlaşdırmaq üçün çoxlu üsullar var. Putinin artıq tarixi dәyişikliyi hәyata keçirmәk üçün zamanı yoxdur, hәtta bir dәqiqәsi belә yoxdur. Bakıda o, ikinci dәrәcәli mәsәlәlәr haqqında deyil hәyati әhәmiyyәtli mövzular haqqında danışacaq.

-Belә yayğın fikir var ki, Azәrbaycandakı prezident seçkilәrindә Moskva müәyyәn şәrtlәr daxilindә prezidentliyә namizәd Rüstәm İbrahimbәyova stavka edәbilәr. Siz bu fikri bölüşürsünüzmü?
-Mәn İbrahimbәyovun namizәdliyinin dәstәklәnmә sәviyyәsi barәdә bu qәdәr qәti danışmazdım. Moskva, әlbәttә ki İbrahimbәyovla müәyyәn danışıqlar aparır, amma ona stavka edilmәsi haqqında son qәrarını vermәyib. Bu dәqiqdir. Amma Rusiyanın Azәrbaycana sualları var. Әn әsası odur ki, biz qardaşıq. Qardaşlar isә bәzәn bir-birlәrinә küsә bilәrlәr. Әn әsası odur ki, bu zaman qırmızı xәtti keçmәyәsәn. Mәni doğru başa düşün, mәn Azәrbaycana böyük simpatiya bәslәyirәm vә burada nә öz arzularımı vә nә dә imperiya ambisiyalarını ifadә edirәm. Bu reallıqdır vә siz bu reallığa sakit reaksiya verәrәk onu anlamağa çalışın.

Комментариев нет:

Отправить комментарий