Страницы

21.07.2013

Məlihə Əzizpur - Gecə

Gecə qaranlıq, gecə susqun
Gecə, adət kimi durğun...
Yeddi qat ölüm geyib günəş!
Hər şey,
Qarğışa bənzəyir - qaraqışa bənzəyir
Mən, tir-tir titrəyirəm
Barmaqlarımda sınıram,
İçimə qısılıram.
Gecə qaranlıq, gecə susqun
Gecə, qurbət kimi yorğun.
Ən tanınmaz bir xəyalın,
Döngəsində dincəlirəm
Birdən, saplanırsan içimə
Arxadan saplanan pıçaq kimi.
Dərin - dərin qanayıram
Bağırıram ... bağırıram ... bağırıram;
Gecə qaranlıq, gecə susqun

Gecə, həsrət kimi vurğun
Gecə, lənət kimi ...

Комментариев нет:

Отправить комментарий