Страницы

10.07.2013

Həsrətini daşa basdım

NƏRİMAN TOLİŞİ

Deyəsən anlamırsan...
Bir az çətin adamam.
Kimə sərt görünürəm,
Kimə mətin adamam.
Səncə xırdaçıyam--
tək mən beləyəm.
Məncə diqqətliyəm,
hər fikrə,
əmələ...
Hələ
salamdan sonra “əleyk”,
astardan sonra “üz” gəldiyini də bilirəm.
Gülmürəm,
acıyıram,
Budaq üstə oturub

budağı kəsən,
Yıxılanda,
mənə Allah deyən
binəvaya.
Görürəm,
yaradılıb bəşər—şər.
Deyil gördüyün hər nəfər—fər.
Qaya atılmaq,
ilan çalmaq üçün
yaradılmasa da...

***
Həsrətini daşa basdım,
mən, neçə yol--
sən səslədin.
Ayrılığı dardan asdım
mən neçə yol--
sən bəslədin.
Min yağıya qəsddə durdum,
sona qədər.
Mən sözümün üstə durdum,
sona qədər.
Özün oldun üzüdönük--
sənə neylim?
Ağır oldu sənə bu yük--
sənə neynim?
Zəfər çaldım mən dözümə--
dözüm sənə.
Diqqət elə son sözümə--
sözüm sənə.
Gedirsənsə,
Mən demərəm: çıx, get, yeri!
Mən demərəm: bir dön geri!
Lakin hər an
gözləyəcək gözlər səni,
Hər sətrimdə səsləyəcək
çiçək-çiçək,
gerçək-gerçək,
kövrək-kövrək,
sözlər səni.

İNTİZAR

Səs gəldi...
ürəyim düşdü.
Boylandım,
baxışlarım üşüdü.
Aman! Başım şişdi,
mənə buz verin!

Комментариев нет:

Отправить комментарий