Aqil Adiloğlu
Dəyişmək istəyirəm
O hansı dəyişməkdir?
Məni məndən alanmı?
Yox, bunu istəmirəm
Bunu əsla istəməm
Ömründə yaşadığım günlərimi sayıram
Gərək öz taleimi öz əlimlə qayıram
Bu nə axmaq fikirlər, bu nə yanlış ideya!
Alıbdır ağuşuna məni mənsiz sfera
Həyat məni dəyişsin- bax bunu istəyirəm
Yox e, həyat nədir ki məni dəyişə bilsin
O mənim həyatıma ömürlük girə bilsin
O hansı həyatdır ki, yorur, sıxır, bezdirir
O həmin həyatdır ki, məni mənsiz gəzdirir
O girib həyatıma, odur məni çox sıxan
Bax odur kandarımdan gizlincə mənə baxan
Dəyişmək istəyimi kim dəyişə bilər ki?
Kim məni məndən alıb üzümü güldürər ki?
Axı mən də insanam
Yaşamaq istəyirəm
Normal yaşam, normal tərz!
Bəlkə də mən dəyişdim,
Burda sual, burda ərz
Temasızlıq bürüyüb şeiriyyatda şeiri!
Bəlkə mən çox adiyəm
Bəlkə adidən qeyri
Nə qədər yazmaq olar
Sevgidən, dünyamızdan
Xəbərimiz varmı heç bizim öz dünyamızdan?
Biz artıq unutmuşuq fəlsəfi əsərləri
Tənhalıq, yalqızlığı yaradan səbəbləri
İnsanı dəyişdirən fəlsəfi əsərləri
Yazmağı unutmuşuq
Bəlkə hamı dəyişsin???
Bəlkələr nə çox olub bizim həyatımızda?!
Ax sizi, bu bəlkələr!!!
Artıq mən dəyişmişəm
Azad fikirli biri-
Müstəqil cəm olmuşam
Yox e, mən qocalmışam!
Bu cavankən qocalmaq həyatdan yorur məni
Təhrik edirəm səni!
Gəl dəyişək, ətrafım!
Gəl dəyişək, cəmiyyət!
Axı kimə deyirəm
Ömürlük yatıb millət!
Gəl dəyişək, qardaşım!
Gəl dəyişək, a dostum!
Mən dəyişdim, dəyişdim
Dəyişdim, sonda susdum.
Dəyişmək istəyirəm
O hansı dəyişməkdir?
Məni məndən alanmı?
Yox, bunu istəmirəm
Bunu əsla istəməm
Ömründə yaşadığım günlərimi sayıram
Gərək öz taleimi öz əlimlə qayıram
Bu nə axmaq fikirlər, bu nə yanlış ideya!
Alıbdır ağuşuna məni mənsiz sfera
Həyat məni dəyişsin- bax bunu istəyirəm
Yox e, həyat nədir ki məni dəyişə bilsin
O mənim həyatıma ömürlük girə bilsin
O hansı həyatdır ki, yorur, sıxır, bezdirir
O həmin həyatdır ki, məni mənsiz gəzdirir
O girib həyatıma, odur məni çox sıxan
Bax odur kandarımdan gizlincə mənə baxan
Dəyişmək istəyimi kim dəyişə bilər ki?
Kim məni məndən alıb üzümü güldürər ki?
Axı mən də insanam
Yaşamaq istəyirəm
Normal yaşam, normal tərz!
Bəlkə də mən dəyişdim,
Burda sual, burda ərz
Temasızlıq bürüyüb şeiriyyatda şeiri!
Bəlkə mən çox adiyəm
Bəlkə adidən qeyri
Nə qədər yazmaq olar
Sevgidən, dünyamızdan
Xəbərimiz varmı heç bizim öz dünyamızdan?
Biz artıq unutmuşuq fəlsəfi əsərləri
Tənhalıq, yalqızlığı yaradan səbəbləri
İnsanı dəyişdirən fəlsəfi əsərləri
Yazmağı unutmuşuq
Bəlkə hamı dəyişsin???
Bəlkələr nə çox olub bizim həyatımızda?!
Ax sizi, bu bəlkələr!!!
Artıq mən dəyişmişəm
Azad fikirli biri-
Müstəqil cəm olmuşam
Yox e, mən qocalmışam!
Bu cavankən qocalmaq həyatdan yorur məni
Təhrik edirəm səni!
Gəl dəyişək, ətrafım!
Gəl dəyişək, cəmiyyət!
Axı kimə deyirəm
Ömürlük yatıb millət!
Gəl dəyişək, qardaşım!
Gəl dəyişək, a dostum!
Mən dəyişdim, dəyişdim
Dəyişdim, sonda susdum.
Комментариев нет:
Отправить комментарий