Rüfət Soltan
Mən yazırdım. Nə yazırdım?! Hər şey əvvəlki kimi... Əvvəlki hissləri keçirirdim, əvvəlki qaydada ardıcıllığı izləməyə çalışırdım. Düşünməyə, yönələn səs küylərdən məharətlə yayınmağa çalışırdım. Ancaq bu dəfə hər dəfəkilərdən tamam fərqli yazırdım. Qələm həmin qələm, vərəq listi həmin list, müəllim, nəzarətçi həmin insanlar idi, həmkarlarım da dəyişməmişdilər. Ortamda cərəyan edən vəziyyət də heç fərqli deyildi. Amma mən bu dəfə hər zamankından daha çox əziyyət çəkirdim, düşünə bilmirdim, sanki bu imtahan mənim üçün bir kabusa dönüşməyə başlayırdı. Ancaq alınmadı. Mən bacardım və bitirdim. Təbii ki, yazdığım təxminən iki saat boyunca davamlı olaraq beynimə “məni siz edən” başlıqlı düşüncələr gəlirdi. Mən siz olmamalıydım. Bunun üçün hələ birinci kursdan özümə söz vermişdim. Sizi sevməliydim, sizinlə doğma hisslərə şərik olmalıydım.
Şirin, maraqlı söhbətlərə qoşulmalıydım. Qısası sizdən özümü təcrid etmək niyyətim yox idi. Sadəcə prinsiplərim...
Mən yazırdım. Nə yazırdım?! Nəyi düşünərək yazırdım: yazacaqlarımı, yoxsa başqa... Hisslər məni rahat buraxmırdı, şeytan elə bil məni sıxıntıya salmaq üçün bu imtahanı gözləyirdi.
Əslində insanı həyatda saxlayan prinsip naminə yaşamaq ona əməl etmək deməkdir. Mən yaşayıram, mənim prinsiplərim var. Heç kim öz prisnsiplərinin başqaları tərəfindən aşkar olunmasına imkan verməməlidir. Onlar bizim zəif nöqtəmizdir.
Mən yazırdım. Nə yazırdım?! Düşüncələrimdən keçən doğruları yazırdım. Yalanları isə daxilən tanımağa çalışırdım. Onların zahiri məni maraqlandırmır.
Mən yazırdım. Nə yazırdım?! Onsuzda nəyin barəsində yazdığıma fikir vermirdim. Amma nədənsə doğru yazdığıma əmin idim. Nədəndsə boş listdə düşüncələrimin əks olunmadığına əmin idim. Hərdən başımı qaldırıb yoldaşlarıma baxıram. Sinifdə səs-küy çox idi. “Səs-küy” sinifi tərk edəndə isə vərəqlərin, qələmlərlə birgə məclisi oxumağa başladılar. Buna sevinir, həvəsə gəlirdim, amma görünür şeytan məndən də havəsli və qətiyyətlidir.
Mən yazırdım. Nə yazırdım?! İllərdir heçə saydığım bir insan məfhumatına məğlub olduğumumu yazırdım? Yoxsa ona qarşı özümün daha arif olduğumu? Belə getsə mən ona qalib gələcəm, o müəllim məfhumuna...
Mən yazırdım. Nə yazırdım?! Bəlkə plan cızırdım. Öz startegiyamı qurmaqla məşğul idim. Cürbəcür metodlar, taktiki gedişlərimi yazırdım.
Mən yazırdım. Nə yazırdım?! Mən rüşvət haqqında yazırdım. Bəlkə də dövlətin mübarizə apara bilmədiyi bu iyrənc vərdişin qarşısını mən alacaqdım.
Mən yazırdım. Nə yazırdım?! Heç nə, sadəcə özündən bixəbər eqoist olmağım barədə yazırdım. Mən eqoistəm təki mən qurtulum, pul da verərəm, cibim sağ olsun, cibimi tikdirərəm pulum sağolsun.
Mən yazırdım. Nə yazırdım?! Söz yığını, salnamələr, hekayələr, povestlər, bir həyat dramı yazırdım. Orada baş qəhrəmanın özüm olduğumu qeyd edirdim.
Mən yazırdım. Axı nə yazırdım?! Yazırdım ki, qurtulam, sonra o “səs-küy”çü yoldaşlarım gülərək mənə dedilər ki, ay bədbəxt qurtulmaq üçün yazar yox, “maşennik” olmalısan.
Mən yazırdım. Görəsən nə yazırdım?! Bu “maşennik”liyin prinsiplərimə hayqırı olub-olmadığını təhlil edərək cüt vərəqi qaralayırdım.
Mən yazırdım. Nəyə görə yazırdım?! Aldanmamaq üçün? Yoxsa əksinə bu heç lazım da deyildi. Axı mən prinsiplərimə zidd bir anlaşma etmişəm. Bəlkə elə yoldaşlarım da mənə bu səbəbdən gülərək bədbəxt deyirdilər. Bəlkələr heç olmasaydı, ya qara olardı ya ağ, bozu tanımazdıq.
Mən yazırdım. Bircə görsəydim nə yazırdım. O nəzarətçinin üstümə gəlişi və listi qələmdən ayırması, sevgililərin ayrılığına bənzəyirdi. Qəfil ayıldım və yazıların məndən uzaqlaşdığını gördüm. Onlara göz gəzdirməyə imkan vermədilər.
Mən yazırdım. Amma, nə yazırdım?! Qoymadılar görəm. Bəlkə bu yazılar istədiyim ağ vərəqin qara olması deyil boza çevrilməsiydi. Nəzarətçi onu apardı. Sonra müəllim məfhumatı ona göz gəzdirəcək. Aha! İndi yaxalandım.
Mən dəqiq yazmışdım. Sizcə nə yazmışdım?! Doğruları yoxsa düşündüklərimi?
Mən eşidirdim. Kimi eşdirdim?! Müəllimi! Onun müvəffəq olduğuma dair xəbərini eşidirdim.
Mən təəccüblənmirdim. Nəyə təəccüblənmirdim?! İmtahandan keçdiyimə! Bu sensassiya idi yoxsa ənənəvi hadisə?
Mən bilirdim. Nəyi?! Bunun qeyri-adi xəbər olmadığını. Yoldaşlarım isə bunu qətiyyən ənənəvi hadisə hesab etmirdilər. Onlar heç bir öyrənciyə işıq verəməyən müəllimin mənə qarşı bir lampa yandırmasına təəccüblənirdilər.
Onlar təəccüblənirdilər. Nəyə təəccüblənirdilər?! Mənə! Müəllimə yox, eləcə mənə.
Onlar şübhələnirdilər. Nədən şübhələnirdilər?! Mənim öz prinsiplərimi tapdaladığımdan!
Onlar yanılırdılar. Nəyə görə?! Çünki. Mən rüşvəti əməl qabıma deyil, məcburiyyətin təzyiqinə tuş gələn vəd qabıma qoymuşdum.
Mən yazıram. Nə yazıram?! Mənim siz olmadığımı...

Комментариев нет:
Отправить комментарий