Страницы

05.07.2013

İngilis Bayrağının altında Ərdoğan ciddiyyəti

Əziz Əlibəyli

Yəqin ki, yadınızdadır hələ, Suriya hadisələri yeni başlayanda Ərdoğan hökümətinin mövqeyi. Ortaya qoyduğu münasibət hamını- hətta, Bəşir Əsədi belə Şok etmişdi.Niyə də etməsin ki, ərəb qardaşlığı adı altında illərcə formalaşdırdığı fikri bircə anda alt-üst etmişdi. Qəribəsi isə o idi ki, bunu bir ərəb ölkəsinə etmişdilər.Bu qəribə məntiqin sonu gülünc də olsa belə idi. Suriya pullu ərəblərdən deyil. Bu gün Türkiyənin qulağının dibində baş verən qanlı-qadalı qırğınlara tükünü belə tərpətməməsi şübhəli görünür.Artıq biz, bu iki ildə hadisələrə diqqət yetirsək görərik ki, Suriyada münaqişə başlayanda Türkiyənin Ərdoğanın da dediyi kimi "Biz suriya xalqının yanındayıq" mövqeyi, "arxasında " yerdəyişməsi etdi.Maraqlıdır, 2003- cü ildə AKP iqtidarının elan etdiyi "sıfır problem" siyasəti ilə əvvəlcə Əsəd, sonra isə A.Gül Hələbə səfər etdi.Çünki, bu iki dövlətin maraqlarını üs-üstə salan məqamlar var idi. İraqın parçalanmasından sonra kürd məsələsinin Suriyanı da təhdid etməsi, su problemi kimi fundamental məsələlər vardı.
2011-ci il də Ərəb baharının Suriyaya sıçraması ilə bu ölkədə 26 yanvar tarixindən daxili münaqişə başladı. Türkiyəyə Hatay vilayətinə sayI bir milyona çatan qaçqın axını başladı. Tezliklə, Suriya münaqişəsinin alovlanmasında kimlərin əlləri olduğu meydana çıxdı.Rusiya və Amerika yaxşıca silah satmaq üçün bazar əldə etmişdilər.Amma Ərdoğan hər sözündə təkrarən sevə-sevə işlətdiyi ərəb qardaşlığına xilaf çıxdı. Və günlərin birində məlum oldu ki, Suriya xalqı Əsəd vəhşiliyinə tərk edilib.Türkiyənin regionda kimliyinin təsdiqi olan Suriya məsələsində pərdələri sonuna qədər endirdi. Əvvəlcə, Əsəd turk RF-4 hərbi təyyarəsini vurdu.Gurultulu bəyanatlar Suriyadan gələn yarımçııq peşmanlıq fonunda həzm edildi.Daha sonra, Türkiyə ərazisi top atəşinə tutuldu.Türkiyənin bu addımların cavabında etdiyi tək şey Patriot radar sistemlərinin Suriya ilə sərhəddə yerləşdirməsi oldu.Tükiyə Ərdoğanın deiyi kimi "daxili məsələsinə" rus qulağının dibindən və ingilis bayrağının fövqündən baxmağa çalışdı.Geri dönüb, 2012- ci ilə bu temadan baxdıqda sayın Ərdoğan çox iş görə bilib.Heç olmasa hər ayda bir insanı kosmosa uçurdacaq bəyanatları ilə gündəmi məşğul etməkdən başqa heç nəyə yaramadı.Suriyada münaqişə başlayanda avanqard olan Türkiyə bu gün öz mövqeyini bilərəkdən itirmiş durumdadır.Çünki, vəziyyətə Ərdoğanın publikaya yönlənmiş çıxışlarının fonundan deyil, dumanı çəkilmiş aynadan baxdıqda Onun Amerika ilə, İsraillə qardaşlıq ab-havasında olduğu və birgə də hərəkət etdiyi məlum olur.Düzdür, hansısa bir ölkənin münaqişəyə cəlb edilməsi normal olmasa da regional güc olan, öz maraqları ilə hərəkət edən bir dövlətin qorxaq mövqe sərgiləməsi onun imici baxımından da normal hal deyildi. Necə deyərlər, "Qonşunda fahişə yaşayırsa köç get, əks halda o sənin evində ayaq açacaq".

Комментариев нет:

Отправить комментарий