Страницы

05.07.2013

ƏNƏNƏVİ “ULUSLARARASI HAZAR ŞİİR AXŞAMLARI”


Bu günlərdə paytaxtımızda Dünya Gənc Türk Yazarlar Birliyinin 15-ci ildönümü və növbəti qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrində yazıb-yaradan türk dilli xalqların gənc yazarlarının bir araya gəldiyi Azərbaycan paytaxtında əsl poeziya bayram-əhval ruhiyəsi duyulmaqdadır. 20 gün qabaq isə poeziya Türkiyədə ənənəvi “Uluslararası Hazar Şiir Axşamları” adlanan tədbir keçirilmişdi.
21-ci dəfə ardıcıl olaraq keçirilən bu şeir şölənində Azərbaycanı tanınmış şair Dayandur Sevgin və araşdırmaçı alim Almaz Ülvü təmsil etmişdir. Şair Dayandur Sevginlə Dünya Gənc Türk Yazarlar Birliyinin açılış tədbirində görüşdük, səfər təəssüratı ilə maraqlandıq. Şair D. Sevgin:
“Bu tədbir ənənəvi olaraq hər il keçirilir. Hər dəfə türk dünyasının ünlü bir adamının şərəfinə düzənlənən bu tədbir vaxtı ilə Azərbaycan şairləri Məhəmməd Füzulinin, Almas İldırımın və Bəxtiyar Vahabzadənin şərəfinə də keçirilib. Bu dəfəki tədbir isə Tükiyənin Ünlü və sevilən şairi Yahya Kemalın xatirəsinə və İstambul şəhərinin şərəfinə idi.
İyun ayının 20—23 Türkiyənin Elazıg şəhərində şəhər valiliyi, Elazıg bələdiyyəsi, Firat universiteti və Kültür və turizim mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Poeziya mərasimi İyunun 20-də Elazıg şəhərinin mərkəzi kitabxanası sayılan “Batı kitab və qirayət” evində imza mərasimi ilə başladı. Mərasimdə Elazıg şəhər valisi Müammer Erol çıxış etdi. Açılş günün axşamı qonaqlar Türkiyənin ünlü müğənnisi Ferhat Köçərin konsertində iştirak etdiblər.
İyunun 21-də rəsm sərgisində olduq və sonra Türkiyə silahlı qüvvələri ilə Türk ölkələrindən gəlmiş şair və sənət adamlarının birgə yürüşü oldu.
Tədbir proqramına əsasən Türkdilli xalqların şairləri qruplarala Elazığ valiliyinin ayrı-ayrı ilçələrində görüşlər oldular. İyunun 22-də günün birinci yarsı, Qırğızstandan Gündüz Avaşova, Makedonyadan İlhami Emin və mən Elazıgin Palu şəhərində oxucularla görüşlər keçirdik..
İyunun 22-də “21-ci Uluslararası Hazar Şiir Akşamları” nın final gecəsi oldu. Gecəni Türkiyənin onbir televiziyası canlı yayımladı. TRT AVAZ isə mərasimi Azərbaycanda canlı yayımladı.”
Şair Dayandur Sevgin Uluslararası şer şöləninin final gecəsində oxuduğu şeirini oxucularımız üçün də bir daha dedi

Yahya Kamal, İstanbul

İkilikdən yaranıb türkün gücü, qüvvəti,
İki qəlb bir olanda tapa bilər səadeti.
İki böyük birləşsə daha nəhəng görünər,
İki türk bir olanda meydanda, cəng görünər.
İki böyük görürəm, Biri Şeir Padşahı
Biri Şəhərlər ŞAHI
Yahya Kamal, İstanbul.
Öz elim, öz başımı kəsəndən qanı axır,
İıldırım Bəyazidlə, Teymurun savaşından.
Bu yaranın ağrısı hələ yandırıb-yaxır,
Hələdə namərd düşmən əl çəkmir öz daşından.
Gəl saryıyaq yaranı, kəsək bu axan qanı.
Eşit Özbek əmiri, ey Osmanlı sultanı.
Bu Xəzər sahilində, bu şeir axşamında,
Bizə şahidlik etsin,
Yahya Kamal, İstanbul.
İki TÜRK bir olanda duşman qaçağa düşər,
Gəl uymayaq yağınınnın şirin fəndi-felinə.
Mənim duşmənım olan, senində düşmənindi,
Bir olmasaq düşəcək fürsət onun əlinə.
Sığındığmız bu yol qoy haqqın yolu olsun,
Hər cəngimiz-cidamız zəfərlə dolu olsun,
İgdlərə sərkərdə təzə Koroğlu olsun,
Xeyir-duasın versin,
Yahya Kemal, İstanbul
Türkiyede BATANdı, Azerbaycanda BATAN!
Oxu zefer şarkısı, oxumağın anıdı.
Bir millet iki dövlet, neler çekdi bu millet,
Dalğalanan bayraklar şehidlerin kanıdı.
İşıqlı sabahlara qoy açılsın dan üzü,
Hazarın sahilinde en şirin sözümüzün,
Duyqulu şiirimizin, yegane ünvanıdı
Yahya Kemal, İstanbul.

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий