Страницы

11.07.2013

Mirbağır Bünyadov - Onlar

Onlar gələndə biz uşaq idik
sənli, mənli - ikimiz də
bu qədər qayğılar yoxdu içimizdə.
küçələrdən izdihamla yeridilər
maraqlı sözlər dedilər və getdilər
içimizi böyütdülər, ruhumuzu kor etdilər
bizim şirin dünyamızı gözümüzə gor etdilər
şirin vədlər verə verə ac günlərə öyrətdilər.

onlar gələndə biz uşaq idik.
bir gün sənin atanı apardılar 
bir gün mənim atamı

və hər gecə analarımız başımıza sığal çəkib 
bizi o qədər inandırdılar ki atalarımızın dönəcəyinə
böyüdükcə uşaq kimi inandıq bu yalana
o qədər inandıq ki düşlərdəki mutluluqdan yorulduq
o qədər inandıq ki özümüz ata olduq
və qəhrəman babalardan danışdıq
balaca fidanlara
və onlar da inandı bu böyük adamlara
inandı ki qəhrəmanlar qayıtmaz bu kiçicik ölkədə
qatilləri tapılmaz
tapılsa suçu olmaz...

onlar gələndə biz uşaq idik
azadlığın şirinliyin görməmişdik
atamız da getməmişdi
anamız da ölməmişdi
atamızın getməyini
anamızın ölməyini
70 ilmi gözləmişdik!!!

Комментариев нет:

Отправить комментарий