Страницы

06.07.2013

Rus Yaroslav Semyonov "Gəl, ey səhər" oxuyur


Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda. Sumqayıtda doğulub. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta bir neçə mahnı bəstələyib.

O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirib. "Xüsusilə də "Gəl, ey səhər" mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam", - Yaroslav deyib.
Kareliya bölgəsində, Finlandiya ilə sərhəddəki məkanda vətənimizi təbliğ edən Yaroslav Semyonovun dediyinə görə, Azərbaycanı özünə ana vətən sayır. Maraqlıdır ki,30 ildən çoxdur ki,vətənində olmayan Yaroslav Semyonov Azərbaycana “Odnoklassnik” sosial şəbəkəsində dostluğunda olan Sumqayıt sakini Ələkbər Zeynalovun dəvəti ilə gəlib. (mill.az)


Комментариев нет:

Отправить комментарий