Страницы

31.07.2013

UNUDULUB...

Ramilə Qardaşxanqızı

Elə darıxmışam sənsiz,
səndə olan ürəyimi,
ürəyimdə boşluğunu,
o boşluqda nəfəsini,
nəfəsində nəfəsimi,
duya bildiyim qədər,
sənə nifrət edirəm!

Elə darıxmışam sənsiz,
əllərini tutmadığım,
gözlərinə baxmadığım,
qanına hopa,
ruhuna çökə bilmədiyim,
sənə nifrət edirəm!

Hər gecə sənsiz uyuyan özüm qədər,
Hər səhər mənsiz oyanan sənin qədər,
sənə nifrət edirəm!

Elə darıxmışam sənsiz,
yoxluğun da unudulub.
Geri dönüb zaman,
məkan.
Unudulub dava-dalaş,
ağrı-acı.
Unudulub bir ömürün
iztirabı.
Unudulub, yad qollarda ,
ezgə yerdə gecələyən
o sən.
Qıvrılaraq yatağında qalan
bu mən.
Unudulub bu gün
dünən...
Sənə nifrət edirəm!

Комментариев нет:

Отправить комментарий