Mərdan Əzimov
Bir neçə gün bundan qabaq (halbuki mən bu bir neçə günü dünən və yaxud da bu gün kimi də qələmə verə bilərdim, amma mən heç oxucuları aldadarmıyam) Astaranın Pensər kəndindəydim. Məqsədimiz isə istirahət deyil sadəcə iş görüşməsi (el dilində və işi tamı-tamına, olduğu kimi, ən əsas da oxucuları aldatmadan, desək niyyətimiz alver) idi.
Astaranı bir-iki sözlə ifadə etmək şansı qazansam əgər (və qazanıram da) iki söz sözlə bütün rayonun gözəlliklərini və çirkinliklərini: “Cəhənnəmli Cənnət” adı ilə qeyd edərəm və edirəm. Əslində gözəl qoxulu, təmiz havalı, meşəli, bağlı-bağatlı, limonlu, bananlı bir rayon olan Astara paytaxt Bakıdan çox-çox uzaqdır. Hələ onun Pensər kəndi, ən əsasda bizim getdiyimiz hissə lap uzaqdır. Nəyisə keçək əsas məsələyə...
Qonağı olduğumuz evin sahibi, ziyalı insanlara xas olan bir ədayla boynundan eynək asan adını bilmədiyim bir kişinin həyətində 2 dənə yekəpər iti vardı. İtlər də daim ev sahibinin 11 yaşlı nəvəsi Mirəhmədin əhatəsində fırlanırdı. Uşaqda sanki itlərlə nəfəs alırdı. İlk baxışdan Mirəhməd avam kənd uşağına bənzəsədə dəhşət çox bilmiş idi. Amma bir-balaca xainlik vardı uşaqda...
Əyləşdiyim oturacağın yanına itlərlə təşrif buyuran Mirəhməd haralı olduğumu, hardan gəldiyimi soruşdu. Yerimi yurdumu buna deyəndən sonra adımı soruşdu, bütün suallarına olduğu kimi cavab verdim amma heç bir sual belə vermədim. Axırda gördüm ki, özümü saxlaya bilmirəm adını, yaşını, oxuduğu sinifi soruşdum. 5-6 dəqiqəlik söhbət əsnasında normal kənd və yaxudda şəhər uşağının eləcə müəlliminin, həkiminin, xəstəsinin, sağlamının “uje”, “zato” kimi rus sözlərindən (gündəlik həyatımızda işlənən rus sözləri çoxdur e, amma heç işlədmədiyimdən yadıma düşmür) istifadə etmələrinə baxmayaraq bu dağ uşağı onların bircə kəlməsini belə tələffüs etmədən rus sözlərinin ağuşuna düşmədi ki, düşmədi. Ağıllı uşaq idi, çoxlu sinifdən xaric kitab oxuduğunu deyirdi. Danışığından və düşüncə tərzindəndə hiss olunurdu. “Buralarda qız varmı?” deyə soruşdum (məqsədim qız tutmaq deyildi, sadəcə Mirəmədin qızlara qarşı fikrini öyrənmək istəyirdim). Dilinə qurban olduğum Mirəhməddə “mən qızlarla maraqlanmıram, çox pis məxluqlardılar. Danışmaqadan, deyib gülməkdən başqa heçnə bilmirlər, hə birdə onların pis səsləri var e cığ-cığ edən səsləri zəhləm gedir o səsədən!”. Təəcüblənirdim, həmdə çox. Əsəbləşib, sənində anan, nənən, bacın var axı dedim. Dedi k; “Onsuz heç onlardan da xoşum gəlmir, hamı eynidi, həmdə qızların qulağlarına, əllərinə, qollarına taxdıqları dəmir nəyə lazımdı e. Onlar ağır çəkidən başqa heçnə deyil.” Mən Mİrəhmədin bu fikirlərinə təəcüblə yanaşırdım; “Bəs sən xanımlara hansı gözlə baxırsan? Onların bu həyatda yaşaması nəyə gərəkdi?” dedim. Çox sərt cavab verdi: “Su daşımağa, yemək bişirməyə, ev işlərini görməyə lazmımdır ancaq qadınlar. Başqa heç bir işə yaramırlar. Mən böyüyəndə elm adamı olacam və gecdə olsa bu dünyanı məhv edəcəm. Peykə qalxıb bütün insanları məhv edəcəm. İnsanları sevmirəm mən. Sən bilirsən mən bir pişiyin quyruğunu, bir itin əlini kəsmiş uşağam. Mənə həmişə maraqlı gəlirdi ki, itin əlində, pişiyin quyruğunda nə var. Amma qandan, birdə it, pişik bağırtısından başqa heçnə yoxmuş demə”. “Axı dünyanı dağıtsan məndə, sənin ailəndə məhv olacıyıq” dedim. “Siz mənə lazım deyilsiniz” dedi və susdum...
Əclaf lap qəddar idi. 1 dəqiqə kimi cavab vermədim, məni çay sahəsinə aparmaq istədiyini təklif etdi və təkid etmədən qəbul etdim. İtləri də arxamıza düşüb moruq basmış dar yollarla, tikan ayaqlaya-ayaqlaya çay sahəsinə çatdıq. Heyrətdəydim. Ömrümdə ilk dəfə idi ki, belə mənzərə, belə qoxu duyurdum. Cənnətdə olduğumu zənn edirdim, qarşımda yaşıl meşəli dağ, ayağımın altında çoxdan biçilmiş amma qoxusu qalmış çay sahəsi, 2 çoban iti, Mirəhməd və mən gün batımını seyr edirdik. Mirəhmədin bayax dediklərini, bayaxki qərəzli fikirlərinin hamısından üstündən xətt çəkdim. Onu o fikirlərinə görə əfv etdim, məndə buralarda yaşasam məndə elə düşünərəm, buranın havası, suyu belə insanın fikirlərini dəyişir, adamın ağlını əlindən alır...
Bir neçə dəqiqə orda qaldıqdan sonra getməyi planlaşdırırdım və Mirəhmədə Bakıdan gəldiyim, əslində jurnalist olduğumu birdirdim. İnanmırdı, amma yalanıma inandırırdım onu. Üzərimdə olan telefonum şəkil çəkmək, səs yazmaq bacarığına malik deyildi. Mirəhmədə sənin şəklin, səsin olmasa da səni oxuculara olduğun kimi, gördüyüm kimi bəhs edəcəm dedim və dəyəri “iphone 5”in satış qiymətinin 35-də 1 hissəsini təşkil edən telefonumu götürüb Mirəhmədlə sağollaşdım.

Комментариев нет:
Отправить комментарий