Страницы

10.07.2013

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu vəfat etdi

Şair Gülhüseyn Hüseynoğlu dünyasını dəyişib. Şairin oğlu Toğrul Abdullayevin verdiyi məlumata görə, bir həftədir ki, xəstə yatan 90 yaşlı Gülhüseyn Hüseynoğlu saat 22:30 radələrində gözlərini əbədi olaraq yumub.
Qeyd edək ki, Gülhüseyn Hüseynoğlu 1923-cü ilin oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub.
Gülhüseyn Hüseynoğlu 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri idi.
Təşkilatın məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəgilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.

"Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Ünlü romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndə bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar.
Mərhum Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifi idi. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tuturdu. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvü idi. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdu. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.
Allah rəhmət eləsin!

anspress.com

Комментариев нет:

Отправить комментарий