Страницы

28.08.2013

Corc Karlin - Öd və nifrət

Amerikalı yazar və komik Corc Karlinə görə yumor – çox miqdarda ödün, nifrətin, spermanın və söz oyunlarının qarışığından ibarətdir. Öz çıxışlarında o, təkcə dindarları, ortalıq adamlarını, dövləti, allahı və başqalarını tənqid etməyib, eyni zamanda dalına barmaq ediləcək adamların siyahısını da açıqlayıb. İllər keçdikcə Corc lap zəhər tuluğuna dönüb, və yaradıcılığının çiçəklənən dövründə dünyadan köçüb.

Mən sizi əyləndirmək və informasiya vermək üçün gəlmişəm!

… bizə bəxş edilmiş bu həyatla edə biləcəyimiz ən maraqlı şey, olsa-olsa, onu yarıda kəsmək ola bilər! Bəlkə də mən özüm heç bunu bacarmaram. Bəs siz? Ay allah!
Hətta həyatım özümü öldürməyimdən asılı olsaydı belə buna əlim gəlməzdi! Bu haqda heç düşünmürəm də. “Filankəs nə üçün belə etdi” deyə fala da baxmıram. Bilirsiniz ağlıma nə gəlir? Bunun üçün vaxtı haradan tapasan? Kimin özünü öldürməyə vaxtı var? Məgər sizin işiniz başınızdan aşmır? İşlərimin çox olması mənim vecimə də deyil! İntihar mənim siyahımda ən alt sıralarda olacaq. Ola bilsin ki, evimi yandırmaq qrafasından da aşağıda. Görəsən özümə bir az işgəncə verməkdən başlaya bilərəmmi? Başa düşürsünüz də? Məsələn, əlimin bir parçasını kəsmək. Görüm hələ bu ideya axıra qədər mənim ürəyimə yatacaqmı.  Çünki sənin öz prioritetlərin olmalıdır, dostum! Başa düşürsənmi? Və sənin də nədən ötrüsə buna bənzər planların olmalıdır. Sən də bax bu haqq-hesabı planlaşdırmalısan! İnsanlar səbəbsiz yerə evdən qaçmırlar və ya körpüdən özlərini atmırlar. Elə şeylər var ki, sən ona qərar verməlisən! Vaxt çox qiymətlidir! Sən bu işi görməyi nə vaxta planlaşdırırsan? Baxaq görək hələ. Çərşənbə günü doludur. Timmini sirkə aparmaq lazımdır. Cümə axşamı “Survivors” efirə çıxır.  Cümə günü yoğun bağırsağımın təmizlənmə günüdür.  Şənbə günü nənə-babalar gələcək. Bazar günü! Bax, ən lazımlı gün elə bazar günüdür! Yəqin ki, cəsədimi birinci anam görəcək! Başıma gətirdikləri bütün pisliklərə görə, o qəhbəyə hələm bu da azdır. Sonra gərək mən özümü hansı üsulla öldürəcəyimi fikirləşəm! Bunu nə cür edəcəm? Baxaq görək. Yüksəklikdən qorxuram, bu xoşuma gəlmir. Həb uda bilmərəm, qanaxmadan zəhləm gedir. Elektrik sobalarının da içinə salasan. Ondansa qatar altına ataram özümü. Ancaq otuz ildir dəmir yolunu çəkmək haqqında söhbət gedir, hələ çəkib qurtarmayıblar. Bəlkə elə bir tapança tapıb ağzımın içinə bir güllə vurum.  Həə... Birdən güllə yan keçsə? İşdir sağ qalsam kəlləmdə g.t boyda bir dəlik olacaq! Sonra gərək gicdıllaq kimi başımda şapka gəzdirəm.  Fikirləşirəm, deyəsən özünü asmaqdan rahatı yoxdur. Ən yaxşısı elə budur. Gərək ip tapasan. Cəhənnəmə qalsın! Həmişə gərək nəsə bir qəmbərqulu çıx! Qarajda ipim var. Ancaq tamamən yağa və mazuta batmış durumdadır. İstəmirəm bunlar hamısı mənim boynuma yaxılsın. Bu həftə Wal-Mart dükanlar şəbəkəsində yaxşı ip elanları vardı! Özünü öldürməkdən ötrü bir ambar pul xərcləməyə də dəyməz. Mən ipi kreditlə götürə bilərəm, belə olarsa bu şoğərib mənə havayı düşər! Elə isə qoy onda belə olsun! Mən özümü asıram, Wal-Mart isə bunun pulunu ödəyir!... İntihar mənə görə maraqlı mövzudur, çünki bu maraqlı bir çıxış yoludur. Könüllü olaraq artıq mövcud olmamaq. Müdrik qərardır! Bunun nə olduğunu bilirsizmi? Bu dibinə qədər makiyaj deməkdir.   
Bu ölkə cındır və pox-püsürlə ağzına qədər doludur! Buna fikir vermisinizmi? Ey allahım, ya rəbbim! Başqa adı ola bilməz bunun! Cındırlar, pox iyi verənlər, qəhbə balağından düşənlər, ipiqırıqlar, ibnələr və dalbayoblar! Hamısı da səs verir. Hə, hə, onların hamısı seçkilərdə səs verirlər. Əslində isə, elə təəssürat yaranır ki, sanki səs verənlər elə yalnız onlardır. Adətən siz, seçki siyahısına baxaraq onların səs verdiyini deyə bilərsiniz. Dostum, belə mənasız işlərə vaxt itirməyən elə bircə məni görərsiniz. Adamlar dibinə qədər qanmazdırlar! Divara yaxılan ikinci qat boya kimi qanmazdırlar. Və mən bunu özümü göstərməkdən ötrü demirəm, nə də sayaqlayıram! Və bu boş yerə qaz buraxmaq da deyil ha. Söylədiklərimi əsaslandırmaqdan ötrü əlimdə bir neçə səbəbim də var. Yalnız cahil və ağıldan kəm bir millət belə gözəl yeri götürüb bu cürə pis günə qoya bilər. Ticarət mərkəzi! Böyük qəhbəxanaya bənzəyir. Bunun nə olduğunu bilirsinizmi? Bax burada topalaşanların hamısına xalq deyirlər. Zəncir kimi sapa düzülüblər, irili xırdalı nə qədər ticarət mərkəzi var. Onlar böyük mərkəzlərin arasında balaca mərkəzlər tikirlər. Balaca mərkəzlərin arasına isə minimarketləri sıxışdırırlar. Minimarketlərin arasında isə bizdə dayanacaqlar, yanacaqdoldurma yerləri, maqazinlər, camaşırxanalar, ucuz otellər, fast-fudlar, strip-klublar və böyüklər üçün maqazinlər var.  Gözəlçə Amerika! Böyük transkontinental kommersiya bataqlığı... Bu ölkə böyük bir donuz fermasıdır ki var! 
İlahi insanlar necə darıxdırıcıdırlar! Lap dibinə qədər darıxdırıcı. Mənim kimi cavan bir oğlan üçün ən yaxşısı nə ola bilərdi, bilirsinizmi? Sadəcə komada olmaq. Məgər bu möhtəşəm deyilmi? Gün boyunca heç bir iş görmədən uzanırsan. Boru vasitəsilə nəfəs alırsan və bayıra çıxırsan. Yeməyi də sənə borudan ötürürlər. Əlini ağdan qaraya vurmursan. Ha-ha, yataqda uzanmış xiyaramı bənzəyirəm? Elədir ki var, dostum. Heç kim zəng eləmir. Qəflətən kimsə gəlib zəhləni tökmür. Əgər gəlsə belə sənin şeyinə deyil, çünki sən komadasan və praktik olaraq klinik ölüsən. Və sən onların gicdıllaq söhbətlərini eşitməyə borclu deyilsən. Onların bossları, onların işi, onların maşınları, onların evi və onların uşaqları. Aman tanrım, amına qoyum, İsa dadımıza çatsın, onların uşaqları. Xalq, xalq, bundan daha iyrənc nə var?
Ey xalq, sizin əhvalınızı korlamaq istəmirəm, ancaq haqq deyilən bir şey yoxdur. Başa düşdünüz? Onlar hamısı uydurmadır. Buqimen kimi, 3 donuz balası kimi, Pinokkio kimi, ana qaz və digər nağıl qəhrəmanları kimi uydurmadır.  Haqq – ideyadır. Xəyalda əmələ gələn bir zaddır. Xoşagələn ideyadır. Xoşagələndir, ancaq uydurmadır.  Əgər siz haqqınızın olduğunu düşünürsünüzsə, o zaman icazə verin soruşum, onları haradan çıxartdınız? Adamlar deyəcəklər: “Bu haqlar Allah tərəfindən verilib”. Görürsünüz, bləd, yenə də həmin söhbətə gəldik. Yenə də həmin haqq-hesab. Yenə də Allaha istinad etmə. İzah edə bilmədiyimiz nə varsa hamısı Allah tərəfindən endirilib.  Mənim düşüncəmə görə, ya bizim sonsuz haqqlarımız var, ya da heç haqqımız yoxdur.  Şəxsən mən sonsuz haqqlarımızın olmasına tərəfdaram.  Məsələn, mən haqqlarımın sonsuz olduğunu hiss edirəm, ürəyim nə istəyirsə onu edə bilərəm. Yox əgər mən sizin xoşunuza gəlməyən nəsə edirəmsə o zaman sizin məni öldürməyə haqqınız vardır.  Bundan daha dəqiq hesablaşmanı haradan tapa bilərsiniz? Dolayısıyla, əgər hansısa bir ipiqırıq nə zamansa sizə: “Mənim belə düşünməyə haqqım var” desə, sən də: “Mənim də belə düşünməyə haqqım var, və mən belə düşünürəm ki, səni öldürmək lazımdır”. Sonra da başına bir güllə çax və yoluna davam et. 
...insanlar cəngəllikdəki vəhşilərdən fərqli deyillər. Vəhşilər. 25000 min il əvvəl yaşamış kromanyonlardan onları ayıran heç nə yoxdur. Heç bir fərq! Bizim DNK-mız yüz min il ərzində çox az dəyişilib. Biz hələ də ibtidai beyin səviyyəsində düşünürük. Birhüceyrəli varlıqlar səviyyəsində. Öldürməsən öldürüləcəksən – bundan o tərəfə gedə bilməmişik. İndi özümüzün inkişaf etmiş olduğumuzu düşünmək bizim xoşumuza gəlir, çünki biz bilgisayar düzəltməyi, təyyarədə uçmağı, su altında üzməyi bacarırıq, sonet bəstələyə bilirik, şəkil çəkirik, opera yazırıq... Lakin, bilirsinizmi nə var? Biz hələ cəngəllikdən çıxa bilməmişik. Hələ çıxmağımıza çox var. Biz olsa-olsa yarım-mədəni vəhşilərik, sadəcə olaraq başımızda beysbol kepkası var, əlimizdə də avtomatik silah. 
Mən bu gün dəfn olunan o gənc qadınlar haqqında düşündüm. Siz onlar haqqında düşündünüzmü heç? Yəqin ki yox! Ancaq mən 3-4 gün bundan öncə qəzada ölən və bu gün torpağa basıdırılan o qadınlar haqqında düşündüm. Bəzilərində ürək çatışmazlığı vardı, kimilərinin böyrəyində fəsad vardı, ancaq çoxunun qəşəng amcığı vardı! Yaxşı amcıqları, qəşəng məmələri, bəmbər arxaları. Hamısı da torpağın altında xarab olub gedəcək! Bu məni sadəcə olaraq kədərləndirir, hansısa gənc bir qızın mamışı torpağın altında qalıb çürüyəcək.  Çünki sən, əgər öz ürəyini ona ehtiyacı olan bir insana qurban verməyə hazır olduğunu düşünürsənsə, o mamışların da kimlərsə tərəfindən istifadə olunmasının bir üsulu olmalıdır. Və ehtiyacı olan adamlara verilməlidir! 
Bu keçən illər ərzində mən çox şeylər gəvəzələdiyimə görə siz inanmaya bilərsiniz, ancaq insanlar mənim çox xoşuma gəlirlər.Vallah, həqiqətən. Mənim insanlardan xoşum gəlir, ancaq qısa növbələrdə. İnsanlar uzun müddətə mənim xoşuma gəlmir. Ancaq qısa müddətə onlarla aram yaxşı olur, ancaq elə ki, bir-iki dəqiqə artıq qalıram, oradan vızqırdıb gedirəm. Səbəbi isə çox sadədir, ola bilər bu səbəbi siz mənimlə paylaşarsınız. Mənim kütbaş xiyarlara dözüm səviyyəm çox aşağılardadır. Məhz elə kütbaş xiyar. Siz onları tanıyırsınız. Və hər biri sizə öz xiyarlığı haqqında danışmaq istəyər, söhbəti nə zaman bitirəcəklərini də bilməzlər. Sizin belə bir adamla ünsiyyətiniz olubmu? Söhbəti nə zaman bitirəcəyini bilməz, sanki söz tırığına düşüb. Mənasız trivial tırıq, sizinlə qətiyyən əlaqəsi olmayan və maraq dairənizə girməyən boşboğazlıqlar.      
Mən müsair insanam! Minilliyin insanı! Çoxtərəfli, multimədəni, postmodernistçi dekonstruksionist, siyasi, anatomik və ekolojik olaraq yararsız. Məni qoşublar, internetdən yükləyiblər, gətiriblər və üstümdə işləyiblər. Mən ixtisarın üst, təkmilləşmənin alt qatını bilirəm. Mən aşağı həyat səviyyəsi olan yüksək texnolojik birisiyəm! Yeniyəm, müasirəm, hər iki sahildə çoxlu vəzifələrim var, və mən sizə bir nanosaniyə ərzində bir qiqabayt ötürə bilərəm! Mən yeni dalğayam, ancaq köhnə məktəbdənəm və daxilimdəki uşaq dışarı çıxmaqdan ötrü özünü cırır. Mən istilikkeçirənən, qızmağa fürsət axtarıram, yumşaqürəkli canayatan müştəriyəm, insan səsiylə aktivləşirəm və bio-deqradasiyaya uğramışam. Baza bilgilərimlə birləşə bilirəm; və mənim baza bilgilərim kiberfəzadadaır, yəni mən interaktivəm, hiperaktivəm, zaman-zaman radioaktiv də oluram! Mən görüşdəyəm, tapşırıqdayam, əlaqədəyəm və narkotiklə yoxam! Kokainə və QİÇS-ə ehtiyacım yoxdur! İçmək və qusmaq arzum olmayıb! Mən bir anlığam, tiyənin ucundayam, bacadan yuxarıda, ancaq radardan aşağıdayam. Konseptualam, aşağıprofilliyəm, ortamənzilli ballistik missionerəm.  Nizamlanan, yüksək atılma klaslı bombayam. Boyük qalstuklar taxıram, deyirəm: güc aldadıcıdır, oyanıram, bir dövrə qaçıram. Tamamən aramsızam, yekəayaqlıyam. Alovlu zəhmətkeşəm, zəhmətli alovkeşəm; reablitasiyadan və inkardan kənaram. Mənim öz trenerim var, öz satınalmaçım, öz köməkçim və şəxsi qrafikim var! Məni susdura bilməzsiniz! Siz məni bir yerə boşalda bilməzsiniz! Çünki mən yorulmazam, naqilsizəm, mən betablokatorda müsbət alfayam. Mən inamsızam, əlim yaxşı gətirir; süst və  modalıyam. Açığam, evciləm, baha deyiləm, tələbkaram! Çoxölçülüyəm, uzunmüddətliyəm, yüksək keyfiyyətliyəm, teztəsirgöstərənəm, əldəqayırmayam və qalıcı olmaqdan ötrü tikilənəm! Əllə idarə olunuram, bağımsızam, posttravmatik öncəsi kəllə-diz refleksim var, və mənim sevgidən doğulan uşaqlarım var, mənə nifrət dolu məktublar yazarlar! Lakin mənim hissiyatım var, hissiyyatlı olmağa çalışıram. Mən sağaldıram, paylaşıram. Dəstəkləyirəm, yapışdırıram, ilk yardım göstərirəm. Gedərlərim azaldı, ancaq gəlirlərim qalxdı! Spamları oxuyuram, zibillə qidalanıram, arzuolunmaz səhmləri alıram, və idman proqramlarına baxıram. Spesifik yaşdayam, kapitaltutumluyam, istifadəçilərə qarşı dostcanlıyam və laktoza qəbul edə bilmirəm! Qaba seksi sevirəm; sərt sevgidən xoşum gəlir, məktub yazanda X hərfiylə başlayan sözlərdən istifadə edirəm və mənim sərt diskim hardkorla – ağır seks proqramlarıyla doludur! Minimarketdən mikrodalğalı soba ladım. Meqamarketdən isə mini-ven aldım. Növbəsiz yerlərdə fast-fud atışdırıram, mən xırdaca, bütün ölçülərə hazır vergi ödəməyənin biriyəm! Tam ekipirlənmiş, zavodda təsdiq olunmuş, xəstəxanada testdən keçmiş, klinikada bəyənilmiş, elmi cəhətdən formalaşmış bir tibb möcüzəsiyəm! Əvvəlcədən yuyulmuş, hazırlanmış, qızdırılmış, göstərilmiş, təsdiqlənmiş, qablaşdırılmış, yoxlanılmış, qurudulmuş, iki dəfə bükülmüş, vaakumla möhürlənmişəm, sonsuz tutuma malikəm! Mən çox yöndəmsizəm dostum.  Arıq və əsəbiyəm . Mən cırılmışam, bağlanmışam və yanmağa hazıram! Kəskinəm, çevikəm və aldadılmağa yatqınam. Tələsmirəm, kütləyə qoşulub gedirəm. Dalğalarla oynayıram, ayağm sürüşkəndir. Yelkənli qayıqda hərəkət edirəm, fırlanıram,  gic-gicəlik edirəm, pul qoyuram və uduram. Gözümü yummuram, ona görə də uduzmuram! Mən gülərüz bir oyunçuyam! Şam vaxtı mənə görə çartlamaq vaxtıdır. Mən havadan asılı qalıram, buna şübhə ola bilməz, və çox möhkəm dayana bilirəm. Rabitə kəsilir!

Çeviri: Rasim Qaraca

Комментариев нет:

Отправить комментарий