Страницы

25.08.2013

Günel adında...

Günel Treu

sən məni neylədin,
                       hara itirdin?
mən tapa bilmirəm özüm özümü.
bəlkə yaşamayaq eyni dünyada
bəlkə mən o zaman yığam gözümü...

mən ki yaşamıram yaşamağmı bu
bəs hanı həsrətin bəxtəvər sonu.
 könlümün dayanmır ağrıyan qanı,
qaldıra bilmirəm yerdən dizimi.

çırpınıb min dəfə daşlara dəyib,
ürəyim nə günah bilir, nə eyib.
Yaradan bir azca xəta eyləyib,
tərsinə yazıbdı alın yazımı.


yansam cəhənnəmin məşhər odunda
məni kül etməyə catmaz odun da
bir tənha qadında,
                                 Günel adında
sınanır insanın səbri, dözümü!

Комментариев нет:

Отправить комментарий