Страницы

25.08.2013

Vəfa Mürsəlqızı - BAĞIŞLA

 Sənin əyləncə tək baxdığın eşqə,
 Mən könül vermişəm, məni bağışla,
 Biliriəm bəlkə də heç gözləmirdin,
 Bir az gec gəlmişəm, məni bağışla.

 Bir az kədər dolu, bir az qəm dolu,
 Mən gözləri dolmuş buludam axı,
 Sən hardan biləydin ümid verəndə,
 Çoxdan çiliklənib ümidim axı.

 Gülüm biz ki, belə danışmaışdıq,
 Eşqin payızıydı kitabımızda,
 Eh, hardan biləydik, nədən biləydik,
 Vurulmaq yox idi hesabımızda.


 Bilirəm bu görüş həsrət ekizi,
 Vüsalı can verir qolumun üstə,
 Mənim adım nədir bilmirəm düzü,
 Nə adla çıxmışam yolunun üstə.

 Bir səhər gəldiyin yerə gedəndə,
 Mən necə deyəcəm məni də apar,
 Bu dərdin çarəsi yoxdur əzizim,
 Getdiyin mənzildə mənə yermi var?

 Daha daşa dönüb duyğularım da,
 Ayrılmaq, qovuşmaq eynimə gəlmir,
 Mənim çilik-çilik arzularımdan,
 Səadət də biçsən əynimə gəlmir.

 Sənin əyləncə tək baxdığın eşqə,
 Mən könül vermişəm, məni bağışla,
 Dumanda qapını səhv salmışam,mən ,
 Qapına gəlmişəm, məni bağışla.

Комментариев нет:

Отправить комментарий