Страницы

31.08.2013

Mif üstə qurulmuş hegemonluq

Jalə Dənziyeva

Faşist Almaniyasının ideoloqu Alfred Rozenberqin "XX əsrin mifi"  adlı fundamental əməyi var idi. Müəllif  keçən əsrin mifi ilə bağlı nəyi nəzərdə tuturdu deyə bilmərəm, belə ki, Hitlerın "Mənim mübarizəm" kitabından fərqli olaraq azad nəşriyyata buraxılmayıb. Amma iyirminci əsr doğrudan da qlobal miflərlə zəngn idi. Belə miflərdən biri  o olub ki, ABŞ-da böyük imperiya statusuna uyğun olan həqiqətən güclü və ən əsası döyüş qabiliyyətli ordu mövcuddur.
ABŞ-ın və onun ordusunun tarixi meydana çıxdığı gündən miflərdən zəmin tapıb. ABŞ və onun ordusunun yaranması mifologiyanın qatı dumanı ilə örtülüb. Misal üçün ABŞ 4  İyul 1776-cı ildə yox, bundan 10 il sonra müstəqil olub.1776-cı ildə Britaniya hökumətinə qarşı Şimali Amerika müstəmləkələrinin bir hissəsinin üsyanı, sonra isə partizan müharibəsi başlayıb. ABŞ-ın kim tərəfindən seçilməsi bilinməyən ordu komandanı Corc Vaşinqton isə Britaniya qoşununun böyük hissələrindən gizlənərək kənd ərazilərində sərgərdan idi.
Lakin Britaniya qoşunları üsyançı müstəmləkəçilərə qalib gələ biləcəyi anda- 1783-cü ildə Fransa müharibə başladı. Şimali Amerikaya fransız ordusunun nəzərə çarpacaq qüvvəsi göndərildi. Fransız ordusu və donanmasının fəaliyyəti ilə Şimali Amerikada ingilis qoşunları darmadağın olundu və təslim edildi.
Elə o vaxtkı dünyanın siyası xəritəsində ABŞ meydana gəldi.
ABŞ bu yaxşılığın əvəzini çox özünəməxsus şəkildə ödədi. 1803-cü ildə Fransanın Avropadakı müharibələrlə başının qarışmasından istifadə edən amerikalılar ondan Şimali Amerikada sonuncu fransız müstəmləkəsini-Luiziananı aldılar. Bu keçmiş fransız müstəmləkəsinin ərazisində bir neçə Şimali Amerika ştatı yaradıldı.
Amma amerikalılar Fransa ilə müharibəyə başı qarışmış İngiltərəyə də analoji kələk gəlb Kanadanı ondan almaq istədikdə, az qaldı ki, müstəqilliklərini yenidən itirsinlər. 1884-cü ildə ingilis ordusu ABŞ paytaxtını Ağ Ev qarışıq yandırdı. Və bundan sonra 84 il ərzində amerikalılar hindular və meksikalılar üzərində ürəyini boşaltmaqla və 1861-1865-ci illər Vətəndaş müharibəsində 1 milyon insan sayında bir-birini qırmaqla Avropa dövlətlərinin orduları ilə toqquşmağa risk etmədilər. 
Bu müharibə ona görə qanlı oldu ki, (ABŞ-ın o vaxtkı əhalisi 30 milyon idi) şimallı və cənubluların general və zabitləri nəinki əməli sənət, hətta elementar taktiki əsaslar haqqında çox tutqun təsəvvürlərə mailk idilər. Hər iki orduda nizam-intizam isə Rusiyada 55 il sonra fəaliyyət göstərmiş Maxno anarxist ordusunda olandan da aşağı idi.
Ancaq İngiltərə ilə uğursuz müharibədən 84 il sonra ABŞ Avropa dövlətinə hücum etməyi qərara aldı. Həm də ki, demək olar ki, bütün müstəmləkələrini itirmiş ən zəif olan İspaniyaya hücum etməyi qərarlaşdırdı. Bu müharibənin məqsədi İspaniyanın sonuncu müstəmləkələrini, Karib dənizində Kuba və Puerto-Riko, Sakit okeanda isə Filippin adalarını zəbt etmək idi.
Müharibəni başlamağa bəhanə yaratmaq üçün amerikalılar 15 Fevral 1898-ci ildə Havana reydində öz "Meyn" adlı kreyserini partladaraq o zaman üçün misli görünməmiş təxribata əl atdılar. Partlayış zamanı demək olar ki, kreyserin bütün heyəti (260 nəfər) həlak oldu. Partlayış insanların yatdığı zaman baş verdi. Amerikalılar əlbəttə ki, dərhal bu partlayışı ispan minasının ayağına yazdılar. Amma dənizçi mütəxəssislər sübut edir ki, belə partlayış minadan törəyə bilməzdi, əksinə gəminin daxilində baş verib.
Amerikanlar indi də bu cür təxribatdan geniş istifadə edirlər. 1964-cü ildə Tonkin körfəzində Vyetnam hərbi qayıqlarının ABŞ hərbi gəmilərinə hücum etməsi xəbəri verildi. ABŞ bu hərəkətlərin qarşısını almaq və "Dünya sülh"ünü müdafiə etmək üçün Vyetnama hücum etdi. Nəticədə 1,5 milyon Vyetnamlı öldü, 2 milyon Vyetnamlı yaralandı, 58 min amerikalı öldü, 300 mini isə yaralandı. 2005-ci ildə Amerika həmin Tokindəki hadisəyə aid sənədlərin məxfiliyini götürdü. Sənədlərdən məlum oldu ki, Tonkində Amerika hərbi gəmilərinə hücum zad olmamışdı, yalan məlumat idi. İraqa və Əfqanıstana hücum etmək üçün 11 sentyabr hadisələrini törətdilər. Bax belə. İndi də Suriyaya kimyəvi bomba atıb bunu Bəşər Əsədin ayağına yazdılar. İraqda da elə olmuşdu. Ora hücum edəndən sonra orada kimyəvi silah tapmamışdılar. Amma, görünür amerikalılar bu prinsiplə yaşayırlar- əvvəlcə vur, sonra məsələni araşdır.

Комментариев нет:

Отправить комментарий