Страницы

01.09.2013

Qalib Şəfahət - Hədiyyə

Günlərin bir günü iş yoldaşım xaricə istirahətə getmişdi. Mənimlə münasibəti çox yaxşı idi. Gələndə məni də unutmamış və mənə də bir köynək alıb gətirmişdi. Üstəlik də bir az dil-ağız etdi:
-Mən sizin xətrinizi, bilrsiniz, nə qədər çox istəyirəm?! Sizi böyük qardaşım hesab edirəm. Gələndə fikirləşdim ki, qardaşımı da yaddan çıxarmayım. Sizə də bir hədiyyə alım. Hədiyyənin böyüyü-kiçiyi olmaz. Bu köynəyi də sizə aldım. Amma çox əla köynəkdi, buralarda hələm-hələm tapılmaz ha... Qardaş canı, düz sözümdü...
Mən də gördüm bu, hələ danışacaq, köynəyi götürüb, təşəkkür etdim.“Payın çox olsun”,-dedim.
Köynəyi gətirib evə qoydum. Bilirdim ki, geyinə bilməyəcəyəm. Axı başqası alan paltar zövqümcə necə zövqümə uyğun gələ bilər: ya ölçüsü böyük-kiçik olur, ya rəngi xoşuma gəlmir, ya da ki, kostyu mumla uyğun gəlmir.
Paltar da ki, mənim istədiyim kimi olmadı, elə bilirəm məni sıxır. Məndə nəsə çatmır. Ona görə də alacağım paltarların, ətriyyatların hamısını özüm seçirəm.
Dostum Rafiqin ad günü idi. Ona nəsə hədiyyə alıb, təbrik etməliydik. Arvadım birdən, “A kişi, onsuz da o köynəyi sən geyinən deyilsən, yaxşı da köynəkdi, üstunə də başqa nəsə alaq, o köynəyi qoyaq, nə məsləhətdi?”-dedi.
“yaxşı fikirdi, elə də eyləyək”,-dedim.
Başqa şeylər də alıb Rafiqin ad gününü təbrik eləməyə getdik. Təbrik eləyib, bu köynəyi də bir tərifləməyə başladım:
- Qardaş, bildim ad günündü, fikirləşdim nə edim, yadıma düşdü ki, tanış adam var, onun dükanında xaricdən gətirilmiş əla mallar olur. Özümü verdim həmin dükana, gözüm tutdu köynəyi, dedim mütləq bunu alıb, qardaşımın ad günündə hədiyyə edəcəm. Yəqin xoşuna gəldi, qardaşın elə- belə mal almaz ha... Sən bir geyin görək necə tutur səni.
O da təşəkkür etdi.
Qardaşım alan köynək əla olmalıdı. Başqa cür olmaz ki, sonra baxaram,- dedi.
Mən də üz vurmadım daha.
İş yerimi dəyişmişdim. Daha doğrusu, vəzifəmi böyütmüşdülər. Eşidən-bilən dost-tanışlar məni təbrik edirdilər. Hələ hədiyyə verənlər də olurdu.
Axşamçağı idi. Bir də gördüm dostum Əli, həyat yoldaşı ilə özünü evə saldı.
-Ay qardaş, səni təbrik edirəm. Bəs niyə xəbər eləməmisən. Mən də kənardan eşidirəm. Xəbər tutanda bilirsən necə sevindik? Afətə dedim gərək gedib qardaşımızı təbrik edək. O da dedi niyə durmusan, dost bəs nəyə gərəkdi, dur elə gedib,indi təbrik eləyək. Evdən çıxdıq, əsl hədiyyələr üçün gözəl bir mağaza tanıyırdım, getdik oraya. Bu köynəklə qalstuku gözüm tutdu. Dedim mütləq bunları qardaşıma alıb, hədiyyə etmə liyəm. Afət də çox bəyəndi.
-Hə, Nadir qardaş, Əli deyəndə ki, Nadir qardaş yaxşı vəzifəyə keçib, bilirsən necə sevindik?..Hədiyyəni də bir yerdə seçdik. Əli bəyəndi, mənim də çox xoşuma gəldı. Götürdük qardaşımzaa hədiyyə üçün. Cansağlığı ilə geyinəsiz. Deyirəm siftəsini bəlkə elə işə geyinəsiz? Əlimiz də düşərlidi.
Oturub ordan-burdan xeyli dərdləşdik. Onlar gedəndən sonra köynəklə qalstuka baxdıq, mənim üçün də maraqlı idi, görən bu necə köynəkdi?
Arvadım:-“A kişi, bu köynək, Rafiqin ad günündə hədiyyə etdiyimiz köynəkdi ki”...
Məni gülmək tutdu. Gülə- gülə:
-Hə, arvad, onda o köynəyi də, qalstuku da, ütülə, səhər işə geyinəcəm. Elə bu köynək əvvəldən mənim qismətimdəymiş,-dedim.

Комментариев нет:

Отправить комментарий