Страницы

25.08.2013

Paraqraflarda basdırdılar bizi

Ramin Cahangirzadə

Möcüzə

Burnunu ağzını
bir metir əysən
Neynəmək həyatın
bir ucu sənsən

gəl dedim danışaq
burnun düzəlsin
türkcə də konuşdum
dedim güzelsin

sən demə danışıq
möcüzə imiş
möcüzə bizlərə
oldu bir vərdiş


SALAVAT

Biz kəlmələri fəth edə bilmədik
başımızdan bitdi sorğu əlaməti
noqtələr qabağımızı kəsdi
virgüllər ayırdı bizi
saldılar bizi parantezlərə
sətirlərdə məğlub olduq
paraqraflarda basdırdılar bizi
lütfən bizi oxuyanda
salavat çöyürün...
Allah sizə əcr versin

Sadəcə axmağam

Arxamı çevirdim
Arxayın olun
mən igid deyiləm
lap xayın olun

sadəcə axmağam
ağlıma girsən
hər nəyi aydınca
sən biləcəksən

bilməsən gəl otur
sən də axmaq ol
birlikdə gəl baxaq
hamıya xol xol

Комментариев нет:

Отправить комментарий