Страницы

15.08.2013

Qocalarevinin uşaqları

Taleh Eminoğlu

Axşam yeməyindən sonar hamı iki-üç nəfərlik otaqlarına çəkilib sabah olacaqlar barədə danışırdı. Otaqlardan gələn gülüş səsləri  divarlara dəyibçiliklənirdi. Ancaq  həmişə olduğu kimi bu gecədə o gülüşləri bir az sonar hönkürtülər, qarğışlar əvəz etdi. Belədə olmalıydı. Axı bura Qocalarevi idi.
Buranın sakinlərinin gözləri daima yaşlı idi. O gözləri yaşlı qoyan insanlar vardı. Gülüşləri həmişə qısa olardı. Göz yaşları barədə bunu demək olmazdı. Axşam yeməyindən sonar bəzən də əvvəl başlayan ağlamaqları səhərə qədər davam edirdi. Yorulmadan bura gəlib çıxma səbəblərini biri-birilərinə danışırdılar. Qıraqdan baxa elə gələrdi ki, onların dərdi heç zaman bitməyəcək. Lakin onlarında dərdlərinin bitdiyi zaman olurdu - əllərinin içindəki ömür xətləri sona çatıb, həyatları bitəndə.

Yoldaşları öləndə buranın sakinləri ağlamırdılar. Heç üzlərində kədər mimikasıda yaranmırdı. Onlar bura gəldikləri gün üzlərində elə bir kədər mimikası yaranmışdı ki, hələ də üzlərində qalmışdı və qısa gülüşlərdə onları silə bilmirdi.
Bircə o, bu səs-küydən uzaq idi. O deyəndə ki, - Dərviş. Onu burada hamı belə çağırırdı. Bu ləqəbi isə ona Qocalarevinin ilk sakinlərindən olan Rüstəm müəllim vermişdi. Adının sonundakı “müəllim” sözünü elə-belə demədim. O, doğurdanda müəllim işləmişdi, buraların sakini olana qədər. Dərvişə isə bu ləqəbi ona görə vermişdi ki, o elə əsl sufi dərvişləri kimi təkcənəliyə çəkilir, heç kimlə bir kəlmə kəsmir, hər kəsin uğunaraq güldüyü söhbətlərdə isə dodaqları belə qımışmırdı. Ilk vaxtlar dşünürdülər ki, hamı kimi o da əvvəllər belə olsada sonralar onlara qaynayıb, qarışacaq. Amma belə olmadı. Dərviş ilk gündən necə idisə, eləcədə qalmışdı.
Belədə olmalıydı. Başqa cür olada bilməzdi. Çünki Dərvişin üzü indiyə qədər dəyişilməyən bu mimikanı o zaman almışdı ki, doğma oğlu ona dünyada valideynə deyiləcək ən iyrənc sözü demişdi və “dərviş” onun yanında heçnəydi – “dur çantanı yığ. Sabah qocalarevinə gedəcəksən, kaftar.”
Gecənin qaranlığında Qocalarevinin sükutunu gülüş və ağlama səsləri hələdə pozmaqda idi. Bu səslər içərisidə bir səs ona daha tanış gəlirdi – aşpaz Kübranın səsi.
Aşpaz Kübra buranın sakinlərindən idi. Amma işsiz-gücsüz dayana bilmədiyindən müdirdən xahiş edib burada aşpaz işləyirdi. Dərviş bura gələndə ilk dəfə aşpaz kübrayla danışmışdı. Buna danışmaq demək olardısa.
Dərvişin bura gəlməsindən bir ay keçsə də o, hələ heç kimlə bir kəlmə kəsməmişdi. Rüstəm müəllimdə onun bu vəziyyətini görüb ona “dərviş” ləqəbi verdi. Qocalar soruşanda da deyərdi ki, - “dərvişlər günlərlə bəzən də aylarla özlərinə qapılıb heç kəslə danışmazlar yalnız nə barədəsə düşünüb, dualar edərlər. bizim yeni sakinimizdəhərəkətləriylə onlara bənzəyir.” Amma hələ ki, heç kim ona cürət edib “dərviş” deməmişdi.  Ta Dərviş günorta yeməyində əlində məcməyi yemək verilən pəncərənin önündə dayanıb Kübraya sakitcə baxana qədər. Kübrada bu fürsəti əldən verməyib ona ilişməyə başlamışdı:
- Hansı yeməkdən istəyirsiniz?
- ...
- Niyə susursunuz?
- ...
- Cavab verində.
- ...
- A yoxsa hələ təkcənəliyiniz bitməyib Dərviş bəy? Ha...ha...ha...
Yeməkxanadakı bütün qocalar ona qoşulub ağızlarındakı salma dişlərini taqqılda da-taqqılda da gülmüşdülər. Ən çox gülən isə Rüstəm müəllim olmuşdu. Axı bu ləqəbi ona Rüstəm müəllim “yapışdırmışdı”. Dərviş isə öz görkəmini pozmadan məcməyisinidə götürüb boş masalardan birində oturdu.
…Səhər yeməyindən sonra hamı bir nəfər kimi köməkləşib Qocalarevinin yeməkxanasını bəzəmişdilər. Bu gün onlara ölkənin ən populyar müğənniləri gələcəkdi. Elə qocalarda qadınlı kişili yeməkxana kimi yamanca bəzənmiş, qonaqları qarşılamağa hazırlaşırdılar. Hətta müdirə belə tapşırmışdılar ki, müğənnilərə desin ki, qəmli, lirik mahnılar oxumasınlar. Qocaların könlünə oynamaq düşmüşdü.  Ancaq hər kəsdən fərqlənən, yeməkxananın bəzədilməsində iştirak etməyən. heç özüdə bəzənməyəm biri vardı – Dərviş.
Müğənnilər biri-birinin arxasınca səhnəyə çıxıb öz oynaq mahnıları ilə qocaları feyziyab edirdilər. Buranın Qocalarevi olduğunu bilməyən birisi qıraqdan baxsaydı buradakıların başlarına ağappaq taxma saç, ağ rəngli saqqal qoyan dəcəl uşaqlar olduğunu düşünərdi – Dərvişdən başqa. Onların hərəkətləri insanı belə düşünməyə vadar edirdi. Mini konsertin sonunda müdir çıxış edərək, gələn qonaqlara təşəkkürünü bildirəndən sonra bir-bir masalara yaxınlaşıb əvvəldən özünün gözaltı etdiyi qocalara mikrofonu yaxınlaşdırıb, onlarında görüş haqqında təəssüratını öyrənirdi. Birdən-birə hansısa qüvvə onu hamıdan qıraqda əllərini sinəsində birləşdirib oturmuş saqqalıyla saçının uzunluğu eyni olan, beli bükük, üzünün rəngi ilə masanın ağ örtüsü seçilməyən Dərvişə sarı çəkib apardı. Dərviş isə təkcənəliyə çəkilib, xəyallara dalmışdı. Onu bu xəyallardan müdirin əlini çiyninə qoyması oldu. Başını qaldırıb altdan yuxarı müdirə baxdı. Qızılda olan üst dişlərini nümayiş etdirirmiş kimi hırıldayan müdir əlindəki mikrofonu ona yaxınlaşdırıb, görüş barədə olan təəssüratlarını eşitməyə tələsirdi. Dərviş isə  müğənnilər oxuyan zaman bu ahıl insanların yaşlarına görə olmayan hərəkətlərini yadına salıb, onlara qoyduğu adın deyilmə zamanının gəldiyini bilirdi. Elə oturduğu yerdəcə görkəmini pozmadan  dedi:
-Qocalarevindəki uşaqlar. 

Комментариев нет:

Отправить комментарий