Страницы

27.08.2013

Rus və Ukraynalılar Suriyaya döyüşməyə gedir

 Suriyaya rus və ukraynalılardan ibarət könüllülər korpus göndəriləcək. Onlar qanuni hökumətə ölkədə qayda-qanunları bərpa etməyə kömək edəcək, terrorçulara qarşı mübarizə aparacaqlar. Bu barədə lenta.ru saytına Ukrayna kəşfiyyatının veteranı, həmin korpusun təşkilatçısı Serqey Razumovskiy xəbər vermişdir
 "Bizə müraciət edənlərin sayı-hesabı yoxdur. Əsasən Rusiya, Belorusiya və Moldaviya vətəndaşlarıdır"- Razumovski bildirmişdir. May ayının ortalarında o videomüraciətlə könüllülərdən ibarət korpus təşkil edəcəyini bildirmişdir. O, bu müraciətdə keçmiş SSRİ hərbi veteranlarına, rus və ukraynalı zabit heyətinə səslənərək, Suriyanın xalqının yanında olmağa və qanuni hökuməti dəstəkləməyə çağırmışdır.
Razumovski bildirmişdir ki, hərbçilər Bəşər Əsədə ölkədə konstitusion hüquqları bərpa etməkdə köməklik göstəməkbir çox imtiyazlar da əldə edəcəklər. Suriya hökuməti keçmiş Sovet hərbçilərinin göstərdikləri kömək müqabilində vətəndaşlıq və yaşamaq üçün ev verəcək, o cümlədən onların ailəsinin sığortasını təmin edəcək.

Комментариев нет:

Отправить комментарий