Страницы

08.09.2013

Ağ günə cıxdımı qara gözlərin?

Xəzər Süleymanlı

Yuxumu gözümdən oğurlayandan, 
Ağ günə çıxdımı qara gözlərin?
 Elə ağladım ki arxanca sənin, 
Yuyuldu yollardan ayaq izlərin... 

Daha tükənmişəm,daha bitmişəm, 
Sənin nə vecinə rahat yatırsan...
 Mən sənə haqqımı halal etmişəm, 
Sən niyə yuxuma haram qatırsan?

Qayıtmaz o günlər, bilirəm indi.
Qoyardın başını, sinəmə hərdən 
Gecəni ikiyə bölürəm indi, 
O yanında sən yat, bu yanında mən


Məktub...

Yoxluğun cətindir mənə əzizim...
 Bəlkə qayıdasan?! düşün dərindən,
 Bir məktub yazıram sənə əzizim,
 Ayrılıq gününün, ilk səhərindən...

Bu evdə hələ də var ayaq izin, 
Otaqdan-otağa aparır məni. 
Daraqda sacların,güzgüdə üzün, 
Mən necə bir yerə toplayım səni?

Ümidim əriyir daha get-gedə, 
Qəlbimin küncünə qısılıb qalıb, 
Sənin ən sevdiyin köynəyimdə də,
 Saçının bir teli asılıb qalıb...

Gözüm bir nöqtəyə baxır anbaan, 
Diqqət et,gör hardan-hara gəlmisən?! 
Ən uzun cümləyə sığmayan adam, 
Kiçik bir nöqtəyə sığa bilmisən...

Gedənə ağlamaq qəribə işdir...
 Gülümsə gələn də,ağla gedən də. 
Səndən də heç gözüm su içməmişdi. 
Bu qədər göz yaşı,hardandı məndə?

Комментариев нет:

Отправить комментарий