Страницы

29.09.2013

Ailə balansı

Ülviyyə Tahir

Hər bir qadında bizim valehedici qadinlıq enerjimiz yatır. Amma hər qadında səviyyə ayrıdır. Bu anadan gəlmə xüsiyyətlərimizdən və gələcək həyat yolumuzdan asılıdır. Ən önəmli məsələ isə siz içinizdəki o qadınlığı nə qədər bəsləyirsiniz və ya o qadınlığın inkişafı üçün nə edirsiniz- bax bundadır. Qadın enerjisi axıcıdır, hərəkətlidir və özünəməxsus forması yoxdur. Əgər forması yoxdursa, o bu formanı almaq üçün can atacaqdır. Formanı isə yalnız kişi verə bilər. Buradan da bizim seçimlərimiz doğur ki, öz enerjimizə uygun damarı tapa biləcəyikmi?
Ona görə də siz də seçiminizi elə şəkildə edin ki, enerjiniz dağılmaq əvəzinə tam bir dam forması alaraq komfort hiss etdirsin. Enerjiniz özünü ifadə etməli və forma almalıdır.
Bəs ardınca nə baş verir? Bu lap maraqlıdır.
Əgər qadın özünə uygun tərəfdaşı tapandan sonra onu diqqətdən kənar qoyaraq özü ilə məşgul olarsa, onda onun seçimi dəyişikliyə uğrayacaqdır. Onda kişiyə qarşısındakı qadının enerjisi kifayət etməyəcəkdir. O yeni enerji mənbələrinin axtarışına çıxacaqdır. Bəs siz necə təsəvvür edirdiniz?! Axı kişi də bir formadır. Formaya isə məsuliyyətli bir şəkildə sahiblənmək lazımdır. Və yenə enerji məsələsində kəsişmə.
Ailədə enerji nədir? Ailədə enerji əhəmiyyətli bir məsələdir. Ailədə enerji ailənin təmin olunmasıdır. Formatınız qalib, güclü, qətiyyətli və şanslı olmaqdır. Bunların hamısına kişinin enerjisi yetməlidir. Bu enerjinin qaynagı olan qadının enerjisi isə kifayət qədər olmalıdır ki, kişi öz ilhamını buradan ala bilsin. Bir sözlə, kişi qadından enerji götürməlidir.
Buradan bir sual meydana çıxır: Bəs qadın öz enerjisini hara xərcləyir? Adətən bizim qadınlar, elə demək olar ki, bütün qadınlar öz enerjilərini tənqidlərə, lazımsız təkliflərə və özünü ən yaxşı etmək cəhdlərinə xərcləyir. Bu gedişlə enerji qadından kişiyə ötürülmür və haralardasa itib batır, yollarda batacaq bir hala gəlir. Ona görə də bu cütlüklər zəif, iradəsiz və passiv cütlüklər olurlar. Bütün bunları nəzərə almadan gözəl bir yaşam tələbində olmaq istəyənlərə yalnız bir neçə sual vermək lazımdır: Dön bir daxilinə bax! Hanı sənin enerjin? Hara istiqamətlənib? Niyə ərin səndən enerji götürə bilmir? Sənin enerjin ərinin səadətinə yoxsa şəxsi mənfəətinə sərf olunur?      

Комментариев нет:

Отправить комментарий