Страницы

17.09.2013

Azadlıq heykəli

Ozal Xəlil

Azadlıq heykəli 
Qan qoxan abidə
Şeytana satılmış ruhlar 
Qışqırıq səsləri
Hindular
Zəncilər 
Ərəblər
Sömürülmüş millətlər 
Neftlə, qanla qidalanan
Bozarmış sifətlər 

Azadlıq heykəli 
Saxta dəyərlərin
Demokratik qətllərin 
Liberal əyyaşlığın 

Kapitalist `qardaşlığın`
Sarsılmaz Qalası
Hələ çox can var alası 
Hələ çox Uşaq can verəcək
Çox Ana ağlayacaq 
ABŞ qırıb,məhv edəcək 
BMT bağlayacaq 

Azadlıq heykəli 
Yayacaq millətçilik
Böləcək xırda-xırda
Biz qıracağıq özümüzü
Olacağıq qan düşməni
Vuracaq son zərbəni
Bizə ABŞ axırda

Azadlıq heykəli 
Orda zorlanmış Femina
Orda ölmüş insanlıq
Orda ölmüş dəyərlər
Orda saxta münasibət 
Orda murdar `gözəllər` 

Azadlıq heykəli
Səbirli ol 
Bugün Suriyadayıq
Sabahsa sizdə
Sizdə bitməz axmaqlıq 
Bəhanəysə bizdə.

Комментариев нет:

Отправить комментарий