Страницы

17.09.2013

Əziz Əlibəyli - Mən "Milena"nı sevirəm

Münbit torpaqda əkilən ağaca bənzəyir istedad. Gün işığı bol olunca, yağış suyu isladınca və bir də onun dayandığı torpaq onu sevincə bu ağacın qol-budağı sevgidolu göylərə doğru ucalmağa başlayır. İnsanın istedadı da belədir. Bu əgər o insanın timsalında əks edilibsə nə xoşbəxtdir o. İstedadının çiçəkləndiyi zaman çox balaca idim. Onun qəzetlərdən, jurnallardan kəsib saxladığımız hekayələrini əzbər bilirdik. Çünki, qələmindən çıxan duzlu,dadlı yazılarında qonşumuz "Ələsgərin", dayımız "Xudaverdinin" obrazlarına vurğun idik.
Hələ, on- on beş il əvvəl "Ulduz"jurnalının siamasında ulduzlaşan bu insan Zəka Vilayətoğlu idi.

Dünya ədəbiyyatında, bəlkə, elə bizdə də roman janrı ilə ədəbiyyata gələn çox az adam var. Çünki, rasional olaraq inasının təkamül və məntiqi ədədi silsilə ilə artmalıdır. İllərini xırda yazılarla dolduran bir çoxları bununla da qələm təcrübəsi qazanmaq və sonra da roman kimi böyük həcmli əsər yazmağa girişərlər.
Amma, Zəka Vilayətoğlu zamanı çox gözlətməmişdi. "Şah ölüm" romanı ədəbiyyatda nərdivanın ilk pilləsini qoymuşdu. O illərin ən çox müzakirə edilən,tərifləri ilə yanaşı haqsız tənqidlərini də öz ətrafına toplamağı bacaran əsər yazıçının qüdrətinin və istedadının yüksəlməsi yolunda mayak idi.
Romanını sadəcə iki əhəmiyyətini göstərmək kifayət edər ki, söhbət nədən gedir?
"Şah Ölüm" romanı 90-cı illərin sonunda yazılan ən maraqlı və seçkin əsər idi. Hansı ki, həmin dövrdə Azərbaycan nəsrinin-60-80-ci illərində yetişmiş qüdrətli qələm nümayəndələri artıq 90-cı illərdə tərəddüd və böhran dövründə idi və demək olar ki, daha dişədəyər bir əsər meydana çıxmırdı. Bu baxımdan, əsər yeni dövrə daxil olan və tərəddüd dövrünü qurtarmağa məcbur edən ilk əsər oldu. İkincisi isə, roman xx əsrin ilk rübünün qaranlıq səhifələrinə işıq tutan samballı tarixi salnamə idi. Bu iki-tarixi və bədii konstruksiyanın tandemi üzərində qurulan roman çoxsaylı oxucu tələblərindən sonra, bu dəfə latın əlifbasında işıq üzü gördü.
Beləliklə, Azərbaycan ədəbiyyatında Zəka Vilayətoğlu dövranı parlamağa başladı.
…Günümüzdə bir qədər ədəbiyyatın tələbləri və ölçüləri dəyişir. Daha çox eksperimentlər üzərində qurulan yeni yazıların çoxusunda meyar, ölçü və təsnifat ayarları yaranmağa başlayır.
Məsələn, bu gün ədəbiyyata gəlmək üçün və özünü yazar adlandırmaq üçün heç bir qadağa və maneə yoxdur. Bu yaxşı olsa da, daha çox istedasız kəsimin ədəbiyyata sirayət etməsinə gətirib çıxartdı. Əgər bir ayda 4 kitab nəşr edilirsə onun üçü insest, seksual münasibətlərin, yaxud da millilikdən kənar-anqlo-sakson təfəkkürünün köləliyinə xidmət edən yazılardır. Azərbaycanlı bir kitabsevərin bu cür əsərləri ailədə oxuması və müzakirə etməsi bu baxımdan anormaldır.
Çünki, milli xüsusiyyətlərin deqredasiyası ilə məşğul olan və primitiv, bədiilikdən uzaq,daha çox gənc sferanın altşüuruna təsir məqsədi daşıyan əsərlər heç bir vaxt ədəbiyyta daxil ola bilməz.
Belə dövrdə isə ciddi ədəbiyyat ənənəsi daşıyan, bəşəri məqamlara uyğun gələn(fraqmentallığa varmadan obyekt olaraq insan taleyini ön plana çıxarmaq kimi) bədii əsərlərə ciddi ehtiyac yaranır.
Ədəbiyyatla məşğul olanların bolluğunda əsl ədəbiyyat ortaya qoymaq yalnız istedadı ilə yanaşı düzgün ideya seçimini edə bilənlər üçün ideal zamandır.
Elə bu zaman üçün də çox gözləmək lazım gəlmədi.Çünki, bu günlərdə Zəka müəllim "Milena" adlı kitabı ilə artıq ədəbi meydandadır.
"Araz" Nəşriyyatında işıq üzü görən kitabın adı "Milena" adlanır. Kitabda "Milena","Bağışlayın, cənab" povestləri və "Külqabı", "Skripkaçı","Armanın ölümü" hekayələri yer alır.
Kitabın adını daşıyan “Milena ” povesti haqda bir neçə kəlmə demək yerinə düşər.
Əvvəlcə, onu qeyd edim ki, Zəka Vilayətoğlu qürbətdə yaşayan həmvətənlərimizlə bağlı bir neçə maraqlı bədii yazıların müəllifidir. Güllələnmiş qaranlıqlar( "VƏTƏN" nəşriyyatı 2010) tam haqla deçək lazımdır ki, Rusiyada yaşayan həmvətənlərimizdən bəhs edən ilk bədii –ciddi  əsər idi. Ümummiyyətlə isə, yazıçının yaradıcılığında Rusiya mövzusu xüsusi yer tutur. Əgər nəzərə alsaq ki, hər 8 vətəndaşımızdan ikisi Rusiyada yaşayır, bu insanların taleyinin əsər mövzusu olması tam qanunauyğundur.
“Milena” da bu xəttin davamı kimi ərsəyə gələn, amma dilinin keyfiyyəti ilə seçilən povestdir.Əsərin leytmotivi Rusiyada yaşayan azərbaycanlıların ümumiləşmiş obrazı olan rəssamdır.
Yazıçı bu obrazin timsalında iki cəmiyyət arasındakı fərqləri və imkanları maraqlı şəkildə tənasüb etdirir.Hamının bildiyi həqiqəti-rus qadınları ilə evlənən oğullarımızın taleyini aydınladır. Son günlər cəmiyyətimizin daha bir problemi olan-Rusiyada yaşayıb, yaşı 35-i keçən adamların gəlib Azərbaycanda 18 yaşında gənc qızlarla evlənməsini də təsvir edir. Rəssamın fırçası ilə xalqın bədbəxt bir nümayəndəsinin  obrazını yarada bilən yazıçı məişətin içərisindən günün problemlərinə ayna tutur.Bu marağın və diqqətin sonunda oxucu, özünün çoxdan (sanki) yaşadığı həyatına geri dönür. Yaxın günlərdə kitab mağazalarının bəzəyi olacaq “Milena” ədəbiyyatın zövqünü və ləzzətini daddırmağa layiq təam olacaq.

Комментариев нет:

Отправить комментарий