Страницы

30.09.2013

Azərbaycanlı Qanuni Oğrular: Sabirabadlı Hikmət

Bu ideyada yaşayan insanları düzgün anlayıb, başa düşmək lazımdır

 Azərbaycanda oğru dünayasının nə vaxt yarandığını heç kim birmənalı söyləyə bilməz. Belə versiyalar var ki, bu qanun Rusiyadan formalaşıb, bir çox terminlər də rus mənşəlidir. Rusiyada kriminal aləmin yaranması bir başa Stalin dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var, çar II Nikolayın dövründə də kriminal aftoritetlər olub. Bu versiya tam əsasını tapmasa da, inkar etmək də düzgün deyil. 
 Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təstiqin tapmasına nəinki mane olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizim qurulub.

 Ötən əsrin 70-ci illərində mərkəzi Uralda kriminal aləmə nəzarət edən “Sedoy” ləqəbli qanuni oğru olub. Bakıdakı 17 saylı həbsxanada baş vermiş qiyamı yatirtmaq üçün Bakıya gətirilib. Sonradan bu əməli ona ölüm hökmünün çıxarılmasına səbəb olub.
 Qanuni Oğru adını almaq elə də sadə məsələ hesab olunmur. Bu adı almış şəxslər kriminal aləmdə son sözünü deyənlərdi, yəni onların sözü mübahisə və müzakirə obiyekti olmur. Bu qanunun ilk yeddi maddədən ibarət olan normativ sənədi Bakılı kriminal aftoritet Diktator Ağakərim tərəfindən hazırlanıb, sonradan bu qanun keçmiş Sovet İttifaqında yayılıb.
 Kərimov Ağakərim İbrahim oğlu (Diktator Ağakərim) 1924-cü ildə Bakıda anadan olub. Kriminal aləmdə Boq Urala, Myasnik Kərim, Maqiran, Zver Kərim, Diktator Ağakərim, Diktator Bakinski ayamalarıyla tanınan “izvesni” kriminal avtoritet olub. İlk məhkumluğunu erməni zabitini öldürdüyünə görə çəkib, ömrünün əksər hissəsin həbsxanada keçirib. Məhkəmənin çıxardığı hökmlə 1976-cı ildə güllələnib.
 Diktator Ağakərimlə yanaşı həmin illərdə istər resbublikada, istər onun hüdudlarından kənarda böyük nüfuz sahibi, Bakı oğrularının “Xaç Atası”, Sanka Zver ləqəbli Qanuni Oğru Cabir Qasımov olub. Cabir Qasımov 1920-ci ildə Bakının Zığ qəsəbəsində anadan olub. Təəssüf ki o dövrdə Qanuni Oğru tituluna layiq görülən Dağlı Qədir, Azyaski Hüseyağa, Əmircanlı Xan, Korzubi Vaqif, Göygöz Sabir, Ağa Mirzə və digər Azərbaycanlı qanuni oğrular barəsində geniş məlumatlar yoxdur.
 Qanuni oğruların azadlıqda olan cüzi səhvləri bağışlansa da, həbsxanada olan cüzi səhvləri heç bir zaman bağışlanmayıb. İlk illərdə ciddi şərtlərdən biri Avtoritetlərin ailə qurmaması olub, sonradan islahatlar aparılıb, bu qadağa aradan götürülüb. SSRİ-də kiməsə “qanuni oğru” adı verilmə mərasimləri “karonavaniya” çox məhdud çevrədə reallaşıb, burda bir qayda olaraq çox az sayda nüfuzlu Avtoritetlər iştirak edib. İttifaq parçalandıqdan sonra bu mərasimlər müstəqil dövlətlərin özündə keçirilib. Artıq “Fitfa”lar ayrılıqda çıxarılırdı, “opşak”a hər kəs özü rəhbərlik edirdi. Əvvəlcədən tanınan Aftoritetlər yenə də hamı tərəfindən qəbul olundu, amma sonradan ayrı-ayrı resbublikalarda ad alan Aftoritetlər bu səviyyədə tanına bilmədilər.
 Muxtarov Hikmət Məmmədqulu oğlu.1956 – 2006 Sabirabadin Kurkənd kəndi. İlk məhkumluğu 1974 (3 il, Bakı, Xələc). 1981-ci ildə yenidən həbs olunaraq 7 il azadlıqdan məhrum olunub. Rostovdan Böyuk Qardaş ləqəbi ilə Novoçerkassk qapalı türməsinə etap olunub. Leninqradın “Kresti” kiçmanında və Vorkuta zonlarında cəza çəkib. İttifaqda tanınan klassik “VOR”lardan olub.
 1997-ci ildə Bakıda saxlanılıb və 2 gündən sonra azad olunub. 2001-ci ildə yenidən 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra azad olunub. 20-ci əsrin ən məhşur oğruları" kitabında yer alıb.
 Yaşadığımız yeni yüzilliyin birinci altı ili yaddaş tariximizə rəngarəng siyasi-ictimai durumla çox maraqlı şəxsiyyətlərlə nüfuz elədi. Ümumiyyətlə, sonuncu onillikdə özünü qəhrəmanlıq zirvəsinə qaldıranların biri və bəlkə də birincisi Böyuk Qardaş Sabirabadlı Hikmət idi. Bu illərin ağrılı-acılı dönəmində öz kişi simasını qoruyub saxlamaq çox az adamlara müəssər olur. Bütün bu sınaqlardan cəsarətlə çıxanlara xalqın tərəzi gözü daha dəqiq qiymətini verib.
 Rəhmətlik Bəxtiyar sağlığında Böyuk Qardaşı “Mərdliyin Simvolu” adlandırmaqla yanılmamışdı. Yetim Hüseyn Sabirabadlı Hikmətə “İman Sahibi” kimi hörmət bəsləyərdi. İman sahibinin yeganə istəyi mənəvi zənginlik, daxili kamillik olar. Böyük Qardaş mərd, sadiq, hiyləsiz, riyasiz, təmənnasız, xeyirxah və nəcib əməllər sahibidir.
 Mən bir neçə dəfə Bəxtiyarin Novxanıdakı restoranında Hikmətin də iştirak etdiyi məclisdə oturmuşam. Bir dəfə hətta onun ad gününü də qeyd eləmişik. Masanın başında tək oturmaqdan imtina elədi. Yetim Hüseynlə yanaşı əyləşəcəyini söylədi. Mən məclisə gələndə Bəxtiyar, Ağbaş Çingiz, İrəvan, Gülağa, Cahangir və bir neçə gürcü avtoritet oturmuşdu. Sonradan rəhmətliklər Meyranquluoğlu Ənvər, Tahir oğlu Tələt, Ağabala oğlu Valeh, Söhbətlə Kolya Karandaş da gəldilər. Hikmət çox danışan adam deyildi. Bəlkə də həmin məclisdə Yetim Hüseyn, Bəxtiyar, Ənvər kimi “vsesoyuznı” qanuni oğrular oturduğuna görə danişmaqdan çox dinləməyə üstünlük vermişdi.
 Amma onun sağlığına badə qaldıran Yetim Hüseynin sözləri hələ də qulağımdadır.
-Hikmət hamıya eyni dərəcədə xoş gəlməyi bacaran, hərəkət və davranışı nəzakətli, içərisi təmiz insandır. Bunu mənə Moskvadakı nepmanski, dünya görmüş qanuni oğrular da deyiblər. Savoska, paytaxtda hamının ehtiramını qazanmış qanuni oğru mənə deyirdi ki, başqalarının eybəcərlik sayaraq ikrahla kənara çəkildikləri vaxt Böyük Qardaş axıdılacaq qanları durdurmağı, onları sakitləşdirməyi bacarandr. Bu sözləri mən vsesoyuzni qanuni oğru Kalinadan da eşitmişdim. Hikmət Kalinaynan çox yaxın olub. Basilava Bəxtiyar da həmin fikirdədir.
 Qardaş insanlarla sərbəst, gülümsəyə-gülümsəyə danışır, dürüst ifadələrlə qarşısındakını inandırır. Bu isə onun ən qüdrətli silahıdı. O elə davranmalıdı ki, ondan çəkinməsinlər. O, oğrudu, çox gözəl bilirdi neyniyirdi. Onun qiyafəsi dəyişər, amma qəlbi, ideyasının mahiyyəti əvvəlki kimi qalar.
 Hər Qanuni Oğrunun özünə məxsus həyatda qoyduğu izlər və qoruyub yaşatdığı ideya olub. Böyuk Qardaş Hikmət müqəddəs ideyanı son axan qanına kimi qoruyub yaşadan şəxsiyyət idi.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий