Страницы

30.09.2013

Vasif Əlihüseyn - ELNARƏ MÜƏLLİMƏ ÜÇÜN


Sentyabrın 20 də bizdən ayrılan, fakulitəmizin dekanı Elnarə müəlliməmiz bu gedişlə hamımızı ağlatdı.  Onu tanıyanlar, Elnarə müəllimə haqqında xatirələrini yazdılar. Mən də xatirələrimi yaza bilərdim, amma Elnarə müəlliməmiz haqda şeir yazmaq, xatirələrimi yazmaqdan çətin idi mənim üçün. Ona görə də, mən çətin olanı seçdim və yazdığım bu şeiri əzizimiz, anamız Elnarə müəlliməmizin əbədi xatirəsinə həsr edirəm. Allah rəhmət eləsin!

Dərd yükü qırır belini,
bu acını bilənlərə.
Dünya öncə qucaq açır
bu dünyaya gələnlərə.


Bax, bu da yolun ağıdır,
kimlərim dərd ortağıdır.
Hamı göz yaşı axıdır,
çiyinlərdə gedənlərə.

Bu yollar sinə dağlayır,
zülüm zülümdən ağlayır.
Dünya zülüm qalaqlayır,
anaları ölənlərə.

Комментариев нет:

Отправить комментарий