Страницы

04.09.2013

BİR AXIMDIR BU...

Xosrov Barışan

Bir axımdır bu...
Barmaqlarıvın uclarına sataşacaq.
Daha;
Bəzəyənməyəcəksən üzlərivi
Baxışları caydıraraq.
Və bot sındırandan, bot
Qayıra bilənməyəcəksən.

Bir axımdır bu...
Dişlərivin daldasına bulaşacaq.
Bayat iylər burnuvu yandıracaq.
Daha;
Çeynəyə bilənməyəcəksən adımı,
Dilimi dibdən dişləyərək.
Daha;

Mənə dərdlər verərək
Sorub, somorub dadımı,
Tüpürənməyəcəksən ağzıma
Zad-madıvı,
Dərdlərimə bir şəfa olsun deyə.

Bir axımdır bu...
Gözlərivin qaranlığına ulaşacaq,
Qamaşdırarkən açacaq baxışıvı.
Daha; anlayacaqsan
Gecələrimin ışıqların.
Elektrik sayacına
Gərək qalmayacaq.

Bir axımdır bu...
Ayaqlarıva dolaşacaq.
Eşq ildiyi dək
Valayandıracaq.
Daban çatların ən
Estratejik bölgən olacaq,
Qarışqa qoşun ilə belə;
Sülh edəcəksən.
Ayaqların;
Qanadların olacaqdır.
Fasiləni ölçə biləcəksən yə,ni.

Bir axımdır bu...
Dodaqların alışacaq.
Sözlərində danışacaq.
Susayacaq dodaqların,
Hər yükləndirən an
Yaladığın təbəssümə.
Yə,ni susmağı öpməyi də öyrənəcəksən,
Şəhvətsiz ancaq
Çılpaq bir yataqda.
Sonra susacaqsan.
Bulandıran düşüncəvi
Qırtlağından qusacaqsan.
Və görəcəksən ki
Hər sözüm; bir gözdür.

Bir axımdır bu...
Saçlarıva daraşacaq.
Qaşıyacaqsan;
Boğan, qamçı vuran
Şəpələrin köklərini.
Həvəsli bir yel əsərək,
Parkda ağacların
Yapraq tükətməsin
Qanacaqsan,
Qoruyaraq;
Düşmancıl ortamda
Yaşıllığı.

Bir axımdır bu...
Axım sözcüyünün düzəni belə qarışacaq!

Bir axımdır bu...
Üzü yuxarıya sarı.
Qımıldaması;
Seçmə yasasına uyan,
Duvaları yo...x
İstəməyi duyan.

Bir axımdır bu...
Dünyamıza yaraşacaq,
Yaraşdıraraq hər bir şeyi.
Sənsə;
Görəcəksən bu kəz,
Görmədiyin
Görməliləri.

Bir axımdır bu...
Mən sənin,çün axacağam,
Sən mənim,çün.

Комментариев нет:

Отправить комментарий