Страницы

04.09.2013

Məhv olan bir nəsil

Tural Sahab

 - Bakirəliyini ərinə saxlamasın?
- Gerici olmasın, soyunsun paltarını.
- Evlənməsin, gəncliyini yaşasın...
  Bu və bunlar kimi düşüncələrlərnən qızlarımızı yoldan çıxarmaq istəyənlər var.
İndi mən onlara şeytanın əsgərləri deyəcəm, məni gerici, dinci deyə öz aləmlərində təhqir edəcəklər.
Ancaq, sabah evləndikləri qız bakirə çıxmayanda və ya qızlarını 15 yaşında oğlanla yataqda tutanda başlayacaqlar ağlaşma qurmağa.

Gəlin dini, imanı qoyaq bir kənara və məsləyə milli mentalitetimizin gözü ilə baxaq. Hansımız razı olarıq neçə-neçə kişi ilə yatmış bir qadınla evlənməyi.
Məncə, heç birimiz
Bəs, bakirəliyin olmaması nə deməkdir, yəni sabah aldığımız arvadın bizdən öncə “görəsən neçə kişi ilə yatıb” düşüncəsi ilə həyatımızı məhv eləmək.
İndiyə kimi hər zaman başını örtənlərin suçlandığını gördüm bu cəmiyyətdə, lakin yataq paltarında gəzənlərin alqışladılar.
Nə imiş? Azad seçim haqqı varmış, istəsə paltar geyinməyədə bilərmiş.
Bəs ay mənim demokrat qardaşlarım, hicablıya niyə qarışırsız.
Lütfən məni , bu dəfə də şəriətci adlandırmayın. Hicab  ürək məsələsidi.İstəyən istifadə edə bilər istəyən etməz.Zorla hicab geyindirməyin axırı isə İrandakı kimi cəhənnəmlə bitər.
Hə əziz ata, analar bir azda sizinlə dərdləşək. Bilirsinizmi bu gecə yuxuda Molla Nəsirəddini gördüm, mənə  bəzi sözlər dedi. Sizə çatdırmam üçün.
Əvvala salamladı, sonra dedi ayə( sizə xitabən)  ürəyiniz necə gəlir 16 yaşlı qızlarınızı o, urusetdə hər cürə əxlaqsızlığı edib 35 yaşından sonra ailə qurmaq həvəsinə düşənlərə verirsiniz. Vicdanınız heçmi sızlamır?
Birdə oğlanlarınız bazlığa gedəndə, içgi içəndə, hansısa qızı ağlar qoyanda niyə fərəhlənirsiniz?
 Bilmirsinizmi ki, qızlarınız da , oğlanlarınıza baxacaq, özlərini onlara oxşadacaq.Yadaki, başqasının oğlu da, sizin qızı yoldan çıxaracaq.
Nəisə əzizlərim mollanın işi çox olduğundan tez sağollaşdı və getdi.
Mən bir az özümdən, bir az onun dediklərindən sizə danışdım. Nəticə çıxarmaq qalır sizin boynunuza.

Комментариев нет:

Отправить комментарий