Страницы

06.09.2013

Bəşər Əsəd duruş gətirəcək

Elşən Atayev

Hücum edə bilərlərmi? Bəli. Hücum edə bilməzlərmi? Bu da bir ehtimal. Üstəlik indi güclənir. Niyə? Rusiya, İran, Çin deməyəcəm, bu bilinən tərəflərdir. Müxalifət kimi təqdim edilən qüvvələr Suriyalı deyil və zaman keçdikcə içlərindəki Suriyalı, başından bəri Əsədə müxalif olan ünsürlərin ayrıldığını düşünmək doğru olar. 2011-ci ilin martında bir müddətdir hazırlanan plan partladığında Əsədin xalq dəstəyi 60% olaraq dəyərləndirilirdi. Bu gün bu dəstək artıb və Sünni əhali belə yavaş-yavaş “rejim qalsa daha yaxşıdı” fikrinə gəlib. Əsədə müxalif olan yerli əhalidən ibarət müxalifət nümayəndələrinin Əsədi sevməklərinə ehtiyac yoxdu, onlar Bəşəri sevməsələr belə, çox gözəl başa düşürlər ki, yerli əhalidən təşkil olunmayan müxalifət sionistlər, amerikanlar, ingilislər tərəfindən idarə edilən oyuncaqlardır. Yerli əhalidən ibarət olan müxalifət isə, artıq demək olar ki qalmayıb. Bəşər Əsəd əskəri güc olaraq da, xalqın vicdanında da qazanmaqdadır. Dərhal müdaxilə şərt görünür.
Bir neçə ay daha gözləsələr, işğalçı xarici güc Suriya ordusu tərəfindən əzilə bilər. Əsədi devirmək üçün əllərindən gələni edib bir nəticəyə gələ bilməyən xarici qüvvələr indi də kimyəvi silah bəhanəsi gətirdilər. Kimyəvi silah məsələsində dəlillərin Əsəd lehinə olduğu həm Rusiayaya, həm də ABŞ-a bəllidir. İndi bir məsələ var ki, müxalifətin kimyəvi silahdan istifadə etməsi sübut olunduğunda ABŞ öz “demokratik” prinsiplərinə dayanaraq müxalifətə qarşı çıxmalıdı. Necə ki, Vladimir Putin Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi sübut olunacağı halda Suriya məsələsində bir daha düşünəcəklərini söylədi, Birləşmiş Ştatlar da eynisini etməlidir. Axı Amerikan demokratiyasına yaraşmaz kimyəvi silahdan istifadə edənlərlə bir sırada dayanmaq. Hansı ki o silah dinc əhaliyə qarşı istifadə edilib.

Комментариев нет:

Отправить комментарий