Страницы

07.09.2013

Şeirimi


Saday Şəkərli

Bağışla, yer eşib, göy ağlamışam,
qısqanıb yazmışam dağa şeirimi,
qara fikirlərin əlindən alıb,
dostlarım köçürdüb ağa şeirimi.

Gizləndim, bərq vuran dərddən usanıb,
uzanıb qılınctək boyu əsamın,
varlı məmləkəti dilənçi sanıb,
çox ucuz satmışam baha şeirimi.

Qışdan oğurlayıb, yaza döndərib,
min toyu çöndərib yasa döndərib,
dondurub, özünü buza döndərib,
qoruyub qoynunda kaha, şeirimi.


Sanmayın bir dərdim, kədərim olmur,
sonu görünməyən qədərim, olmur,
and olsun allaha xəbərim olmur,
Mən özüm yazmıram daha şeirimi...

Комментариев нет:

Отправить комментарий